Məhkəmə qərarları › İş №2(007)-1351/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1351/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1351/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, X4 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbi onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyii şəxs cavabdehlə 20 ildən artıq müddətdə qonşu olublar. Bu müddət ərzində çox yaxşı münasibətləri olub, evlərinə gediş-gəlişi olan şəxs kimi iddiaçıda cavabdehə inam yaranıb. Cavabdeh 2019-cu ildən müxtəlif vaxtlarda ona təcili pul lazım olduğunu bildirərək iddiaçıdan 1000-2000 manat borc istəyib və yaxın zamanda qaytaracağını bildirib. Çox yaxın qonşu olduqlarına görə iddiaçı heç bir sənədə, sübuta ehtiyac duymadan,eyni zamanda qonşusunun pis vəziyyətdə olduğunu nəzərə alaraq ona düşünmədən pul verib. 2020-ci ilin fevral ayında növbəti dəfə pul istədikdə iddiaçı onun borclarının çox olduğunu bildirmiş və ondan aldığı məbləği öz xətti ilə yazılı surətdə borcunu etiraf etməsini istəmişdir. Cavabdeh də, bu sənədi yazaraq iddiaçıdan fevral ayında ümumilikdə 28420 manat borc pul aldığını və bu məbləği 2020-ci ilin sentyabr ayınadək qaytaracağını bildirən qəbz yazmışdır. İddiaçıya ara-sıra verilən məbləğlər 3000 manatdan az olduğu üçün onları şifahi müqavilə ilə, aralarında olan razılığa əsasən verib. 2020-ci ilin fevral ayından sonra cavabdeh yenidən iddiaçıya müraciət edərək, uşaqlarının xəstə olmasını, evlərini satlığa qoyduqlarını və tez bir zamanda satıb iddiaçıya olan borcunu ödəyəcəyini bildirərək iddiaçıdan yenidən aşağıda qeyd edilən müqavilələrdə göstəriilən məbləğlərdə borc istəmişdir. Qeyd olunan məbləğlərlərin dəyərinin 3000 manatdan çox olduğunu nəzərə alaraq onları yazılı formada notariat qaydasında bağlamışlsr. Tərəflər arasında 19 may 2020-ci il tarixində kredit müqaviləsi imzalanıb. Həmin müqavilənin 1ci bəndinə əsasən borc verən borc alana 4000 manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 19 noyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında növbəti kredit müqaviləsi 12 iyul 2020-ci il tarixində imzalanıb. Həmin müşavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 3000 manat məbləğində borc pul verir.Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 10 sentyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında sonuncu kredit müqaviləsi 08 avqust 2020-ci il tarixində imzalanıb. Həmin müqavilənin 1-ci bəndinə görə borc verən borc alana 4500 manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndində görə borc alan krediti 07 sentyabr 2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürür.Qeyd olunan tarixdən bu günə kimi ümumilikdə olan 39920 manat borc üzrə iddiaçıya hər hansı bir ödəniş olunmayıb. Hər dəfə borcu tələb etdiyi zaman cavabdeh müxtəlif bəhanələrlə borcu qaytaracağını bildirib, lakin borc öhdəliyini icra etməyib. Hər dəfə 1-2 gün vaxt istəyib və qısa bir zamanda qaytaracağını bildirib, lakin iddiaçı pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə öhədliyinin icrasından yayınıb. Bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olub. Qeyd olunanlara əsasən Cavabdeh 39920 manat əsas borc məbləğinin, bank uçot dərəcəsi kimi hesablanmış 2954 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1996 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 31 manat pulun,cəmi 44901 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, Xalidə onunla heç vaxt qonşu olmayıb, onu bu pul söhbətinə qədər heç bir vaxt görməmişdir. O,Xalidənin anası Zərifəni faizə pul verən şəxs olaraq hamı kimi tanımışdır. İddiaçının öz iddia ərizəsində təsvir etdiyi işin faktiki halları barədə bildirmək istəyir ki, bu hallar tamamilə əsassızdır və yalandır, işin faktiki hallarını əks etdirmir iddia ərizəsini oxuyan hər kəsi çaşdırmaq məqsədi daşıyır.O, nə Xalidə adlı şəxsi nə də ki, onun anası Zərifəni şəxsən tanımamışdır. Onlarla heç bir münasibəti olmayıb, heç vaxt onların evinə gedib gəlməmişdir.O, Xalidə adlı qadını ümumiyyətlə tanımır. Bu pul məsələsi ortaya çıxan vaxtdan sonra bilmişdir ki, Xalidə adlı qadın onun yaşayış yerindən bir neçə küçə aralıda yaşayan və bütövlükdə hamının faizə pul verən kimi tanıdığı Zərifə adlı qadının qızıdır. 2019-cu ilin dekabr ayında maddi vəziyyəti pis idi pula ehtiyacı olduğu üçün o, Zərifədən 500 manat faizə pul almışdır və ayın sonunda ona 150 manat faiz ödəməliydii. Ayın sonunda faizi ödəyə bilmədiyii üçün Zərifə ona dedi ki, 150 manat faiz pulu vermədiyinə görə faizin üstünə əlavə gündəlik 4.50 manat faiz ödəyəcəksən. Baxmayaraq ki,o, pulu götürəndə gündəlik faizlə bağlı hər hansı bir söz deməmişdi. İddiaçı onu çox sıxdığı üçün məcbur olub ondan yenidən 700 manat faizə pul almışdır ki, əvvəlki borcunu və faizini ödəsin. Hətta bundan sonra o, bir dəfə 1000 manat bir dəfə də 800 manat Zərifədən faizə pul götürmüşdür və həmin pulları faizi ilə birikdə ona qaytarmışdır. 12 dekabr 2019-cu il tarixdə götürdüyü 500 manat və sonradan götürdüyü 700 manatla birlikdə cəmi 1200 manat edir. İddiaçı 12 dekabr 2019-cu il tarixdən təxminən 2020-ci ilin payız aylarına qədər aylıq faizləri və həmin faizlərə hesablanan faizləri ona ödətmək istəyir. Onu artıq sıxışdırdaqları üçün o, məcburiyyət qarşısında qalıb Zərifənin qızı Xalidə ilə birlikdə notariusa gedib 4000 manat pulun ona faiz verilməsi barədə kredit müqaviləsi bağlamış və əvvəlki 1200 manatın,onun faizinin və faizinə hesablanan faizinin müəyyən hissəsini çıxmışdır.Bundan sonra həm köhnədən qalan əsas, faiz, faizin faizi borcu, həm də təzə aldəğı 4000 manatın özü, faizləri və faizin faizləri yenidən əlavə şişmiş vəziyyətdə borc yaratmışdır.O, yenidən bu şişmiş borcu bağlamaq üçün 10 iyul 2020-ci ildə 3000 manat Xalidə ilə əslində faizlə verdiyi kredit müqaviləsi əvəzinə notariusa gedib onunla adi kredit müqaviləsi bağlamışdır.Sonuncu dəfə yenə də yığılan əsas borc, faiz borcları, faizin faizlərini bağlamaq üçün 07 avqust 2020-ci ildə Xalidə ilə notariusa gedib əvvəlki qaydada ondan kreditə faizlə pul alması barədə kredit müqaviləsi adı altında müqavilə bağlamış və Xalidə 4500 manat ona pul vermişdir. Beləliklə o, Zərifəyə 850 manat şapka ödəmişdir, onun qızı Xalidə ilə hər noturiusa gedəndə ona ayrı-ayrı vaxtlarda 200, 100,300 manat şapka ödəmişdir.Bundan sonra Zərifə ondan ayrıca 1450 manat şapka kimi yenə pul almışdır.Xalidəyə 4000 manatlıq borca görə 3600 manat faiz ödəmişdir. 3000 manatlıq borca görə 900 manat ödəmişdir. 4500 manatlıq borca görə 1350 manat ödəmişdir.Üstəlik 08 sentyabr 2020-ci il tarixli, 4500 manat borcun 2000 manatını Zərifəyə qaytarmışdır. Həmin vaxt 2500 manatın faizi kimi 750 manat, 2000 manatın faizi kimi 600 manat Xalidəyə ödəmişdir. 08 sentyabr 2020-ci ildə Zərifə onu evinə çağırdı, qızı Xədicə ilə birlikdə aqressiv şəkilədə onun üstümə düşdülər və ona ciddi psixoloji-mənəvi təzyiqlər göstərdilər, onu uşağı ilə qorxutdular, dedilər ki, götür yaz ki, Xalidəyə 28420 manat pul borcun var.Onlar həmin sənədi təzyiq altında yazdırıb həmin sənədə 11 fevral 2020-ci il tarixini qoydurdular.O,Xalidəyə və onun qızına dedi ki, bu gün 08 sentyabr 2020-ci il tarixidir, onlar dedi, tarixin əhəmiyyəti yoxdur, bu ərizəni yazdırırlar ki, inamları artsın. Bir müddət sonra onu məhkəməyə verəndə məlum oldu ki, təzyiqlə yazdırmalarının səbəbi məhkəməyə vermək olub. Burada bir sual yaranır, əgər o, 28420 manat borclu idisə onda nəyə görə Xalidə ayrı ayrılıqda cəmi 3 dəfə onunla noturiusda kredit müqaviləsi bağlayıbdır. Borcunu ödəməyən adama yenidən nəyə görə borc verirdi. Bu da onu sübut edir ki, 28420 manat olan borc ağ yalandır.Onun cəmi 9500 manat borcu vardır, həmin borcu da hissə-hissə ödəməyə razıdır.Odur ki, qeyd olunanlara əsasən iddinın qismən,yəni,9500 manat hissədə təmin olunmasna dair qətnamə çıxarılmasınə xahiş edir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 da eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Sadə yazılı formada bağlanmış 11.02.2020-ci il tarixli müqavilədən görünür ki,X1 Xalidə Zakir qızından 21 sentyabr 2021-ci il tarixdə qaytarmaq şərti ilə 28420 manat borc pul almışdır. Tərəflər arasında Bakı şəhərindəki 15 saylı Notariat Ofisində bağlanmış 19 may 2020-ci il traixli müqavilədən görünür ki, X1 Xalidə Zakir qızından 19.11.2020-ci il tarixdə qaytarmaq şərti ilə 4000 manat borc pul almışdır. Tərəflər arasında Bakı şəhərindəki 30 saylı Notariat Ofisində bağlanmış 12 iyul 2020-ci il traixli müqavilədən görünür ki, X1 Xalidə Zakir qızından 10.09.2020-ci il tarixdə qaytarmaq şərti ilə 3000 manat borc pul almışdır Tərəflər arasında Bakı şəhərindəki 20 saylı Notariat Ofisində bağlanmış 07.08. 2020-ci il traixli müqavilədən görünür ki, X1 Xalidə Zakir qızından 07.09.2020-ci il tarixdə qaytarmaq şərti ilə 4500 manat borc pul almışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqavilələri bağlanmış,iddiaçı cavabdehə müxtəlif vaxtlarda, 28420 manat,4000 manat,3000 manat və 45000 manat borc pul vermişdir. 28420 manat borcun verilməsi barədə müqavilə sadə yazılı formada, digər üç müqavilə isə notarial qaydada bağlanmışdır. Cavabdeh kreditin tam olaraq 21 sentyabr 2021-ci il tarixədək (sonuncu müqavilə üzrə) qaytarılması barədə öz üzərinə öhdəlik götürsə də müqavilənin şərtlərinə əməl etməmişdir. Hal-hazırda cavabdehin ödənilməyən borcu 39920 manat təşkil edir. Məhkəmə hesab edir ki,iddia qismən əsaslıdır.Belə ki, 39920 manat borcun və 30 manat dövlət rüsumunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Notarial qaydada bağlanmış müqavilələrdə borcun faizlə verilməsi barədə bənd olsa da hansı faizlə verilməsi göstərilməmişdir. Sadə yazılı formada bağlanmış müqavilədə isə borcun faizlə verilməsi öz əksini tapmamışdır. Bundan başqa ,bank uçot dərəcəsi kimi hesablanmış 2954 manat pulun tələb olunması hissəsində iddia əsaslandırılmamışdır. Ona görə də bank uçot dərəcəsi kimi hesablanmış 2954 manat məbləğində pulun,öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1996 manat pulun tələb olunması hissəsində məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı,Cavabdeh Telman qızından İddiaçı xeyrinə 39920 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 39920 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar