Məhkəmə qərarları › İş №2(007)-1354/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1354/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1354/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(007)-3038/2019 saylı qətnaməsi ilə qaynatası Cavabdeh qızı 21 aprel 2012-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilib. Cavabdehin oğlu Əlizadə Məmmədli ilə nikahları pozulduğu vaxtdan bugünədək nə o, nə də atası cavabdeh uşaqla maraqlanmayıb, heç bir maddi-mənəvi dəstək göstərməyiblər. Uşağın həm mənəvi, həm də fiziki ehtiyaclarının hamısını o, təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, qızının artıq 10 yaşı tamam olacaqdır. Onun saxlanması üçün lazım olan xərclər əvvəlki kimi geyim, yemək və s. bu kimi xərclər deyil. Onun təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranıb.Tərəfindən mediasıya prosesinin keçirilməsi üçün 50,00 manat məbləğində haqq ödənilib. Həmçinin tərəfindən məhkəməyə müraciət üçün 130,00 manat məbləğində xərc çəkilib.Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, Cavabdeh 21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin, məhkəməyə müraciət üçün çəkdiyim 130,00 manat məbləğində xidmət haqqının, həmçinin 50,00 manat məbləğində mediasıya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, alimenti vaxtlıvaxtında ödəsə də, qarşı tərəf uşağı onlarla görüşdürmür.Dəfələrlə uşaqla görüşməsi üçün müraciətlər etsə də, bunun müsbət nəticəsi olmayıb. Buna baxmayaraq hər ay 193 manat aliment ödəməyə razıdır. Qaldı ki, əlavə cəkilən xərcə görə ödənilmiş 180 manatı ödəmək fikrində deyiləm. Xahiş edirəm iddia qismən təmin olunsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Nizamı Rayon Məhkəməsinin 2007)-3038/2019 saylı 16.102019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 26 avqust 2019-cu il tarixdən başlayaraq,21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 26 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki,iddiaçı hüquqi yardıma görə 130 manat “X4 CompaniY” MMC-yə ödəmişdir. Ödəniş qəbzindən görünür ki,mediassiya sessiyasında iştirak etmək üçün 50 manat ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini ,eləcə də cavabdehin alimentin artırılması hissəsində iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2007)-3038/2019 saylı 16.10.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, Cavabdeh 21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment, 130,00 manat məbləğində xidmət haqqının, həmçinin 50,00 manat məbləğində mediasıya xərci İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia məhkəmə xərclərinin tutulması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2007)-3038/2019 saylı 16.10.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Cavabdeh 21 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 130,00 manat məbləğində hüquqi xidmət haqqı, həmçinin 50,00 manat məbləğində mediasıya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar