Məhkəmə qərarları › İş №2(007)-1364/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1364/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1364/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o Cavabdeh ilə 24 may 2016-cı il tarixdə nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə rəsmi nikahdan 18 may 2017-ci il təvəllüdlü X3 adlı oğlu anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri tutmadığı və o ailəsinə lazımi qayğı göstərmədiyinə görə onunla aralarında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(007)- 2740/2019 saylı qətnaməsi ilə ləğv edilmiş və bu barədə ona Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 iyul 2020-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. O cümlədən məhkəmə qətnaməsi ilə 18 may 2017-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, 22 iyul 2019-cu il tarixdən başlayaraq 18 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda dolanacaq xərclərinin yüksəlməsi ilə əlaqədar bu məbləğ çox azdır və uşağın saxlanılması üçün yetərli deyil. Hazırda cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş, onun gəliri ayda 1000 min manat təşkil edir. Ona görə də, 18 may 2017-ci il təvəllüdlü X2 aliment məbləği sabit olmaqla hər ay 250 (iki yüz əlli) manat olmaqla aliment məbləği təyin olunmalıdır. Çünki valideyn kimi cavabdeh maddi rifah halında yaşayırsa, o zaman azyaşlı övladında maddi rifah halında yaşamağa haqqı var. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(007)-2740/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 18 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnaçə qəbul edilməsini xahiş edir. Cavabdeh 12.02.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianı qismən qəbul edir, hər ya 180 manat aliment ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2740/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 24 may 2016-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2714 № ilə qeyd edilmiş nikahın pozulması, 18 may 2017-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı himayəsində saxlanılması, 18 may 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 22 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməsi, 18 may 2017-ci il tarixdə anadan olmuş X3 üç yaşına çatanadək 22 iyul 2019-cu il tarixdən hesablanmaqla Cavabdeh hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 362177 nömrəli nikahın ppzulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuşdur. Nikaha 31.01.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 968793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 18 may 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 18 may 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 18 may 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar