Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1368/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2970 manat borcun, 50 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 1800 manat məbləğində borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanında yerləşən “BAKCELL” adlı telefon mağazasını icra müqaviləsi əsasında işlədir. Cavabdeh həmin mağazada onun yanında usta işləyən Qaçay vasitəsi ilə tanımışdır. Belə ki, Qaçay Cavabdeh onun uzaqdan tanışı olduğunu və kreditlə telefon istədiyini bildirmişdir. O, isə Qaçayın yanında işlədiyinə və zamin durduğuna görə razılaşmış, cavabdeh 2021 və 2022-ci illərdə ona müxtəlif vaxtlarda özünə, qızına və bacısına aldığını bildirməklə 1 ədəd “İphone 8 plus”, 1 ədəd “İphone 12 pro max” və 1 ədəd “İphone XS” götürmüş və ümumi ödəməli olduğu məbləğ 6.410 manat təşkil etmişdir. Qeyd edir ki, cavabdeh həmin məbləğin 3.440 manatını ödəmiş, 2970 manat pul isə ödənməmiş qalmışdır. Dəfələrlə cavabdehdən borcunu bağlamasını tələb etsə də hər dəfə müxtəlif bəhanələr ilə onu yubatmış və borcu ödəməkdən boyun qaçırmışdır. Sonradan isə ona məlum olmuşdur ki, o, telefonları ondan götürüb lombarda girov qoyaraq pul götürmüşdür. Sonuncu dəfə cavabdehə məxsus mənzilə gedərək pulu ödəməsini istəmiş, o, isə ona şər-böhtan ataraq Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə şikayət etmiş, lakin əməlində heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığından rədd edilmişdir. Qeyd edir ki, cavabdeh polis bölməsində izahat verərkən ona borcu olduğunu etiraf etmişdir və həmin izahat da iddia ərizəsinə əlavə ediləcəkdir. Qeyd olunanları əsas götürərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehdən 2970 manat məbləğində borc pul, eləcə də 50 manat dövlət rüsumu tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin azaldılmış həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul edir. İddiaçıya 1800 manat borcu vardır. 3000 manat dəyərində olan “İphone 12 pro max” markalı mobil telefon üçün 1100 manat ilkin ödəniş etmişdir. “İphone 8 plus” markalı mobil telefonun qiyməti 700 manat idi onu tam ödəyib. “İphone XS” markalı mobil telefon 1100 manat dəyərində idi ondan da 200 manat ilkin ödəniş etmişdir. Sonradan 3 ay ərzində hər ay 200 manat vermişdir. Qızı da işləyirdi hər ay 100 manatdan 10 ay ödəniş etmişik. Telefonlar işlənmiş idi. Odur ki, borcunu etiraf edir və təmin edilməsinə etiraz etmir və bu barədə ərizə təqdim etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanlandığı 10 oktyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:45 radələrində qızının kreditlə götürdüyü telefon mağazasından 4 nəfər şəxs yaşadığı ünvana gələrək qızı telefon kreditini ödəmədiyi üçün onun ünvanına nalayiq ifadələr işlətmişlər. - Cavabdeh Sumqayıt ŞPİ-nin 5-ci PB-də verdiyi izahatdan görünür ki, o, xx.xx.2022ci il tarixdə ərizə ilə müraciət edərək Elmin adlı şəxsin onun yaşadığı evə gələrək qızının ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bununla bağlı olaraq bildirir ki, həmin vaxt o əsəbi idi. Sonradan o, evə gedərkən qızının ona onların işlətdiyi mağazadan telefon alması və telefonun kreditini gecikdirdiyi üçün onların ünvanına gəldiklərini və həmin vaxt onların qapısını döydüklərini, ancaq onların ünvanına heç bir qeyri-qanuni hərəkətə yol vermədikləriin və heç bir nalayiq ifadə və söz işlətmədiklərini müəyyənləşdirdi. Bu səbəbdən onun hal-hazırda onlardan heç bir şikayəti, tələbi yoxdur və Elmin adlı şəxsin işlətdiyi telefon mağazasına olan təxminən 2900 manata yaxın pulu hər maaş aldıqca 100 manat olmaqla ödəyəcəkdir. - Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 20 oktyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə etdiyi müraciətlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərdiyi xüsusatlar mülki məsələdir, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququ vardır. - 02 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 3 ədəd mobil telefon almışdır. Həmin mobil telefonlara görə müxtəlif vaxtlarda satıcıya pul ödəmişdir. Lakin borcunu tam olaraq ödəməmiş, hazırda 1800 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddia tələbini qəbul edir və İddiaçı olan borcunu etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbinin həcmini azaldarkən ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1368/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1368/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver