Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1369/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğinin artırılaraq Cavabdeh birgə nikahlarından doğulmuş 15 iyun 2017-ci il təvəllüdlü X5 və 27 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, ümümlikdə cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 iyul 2016-cı il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində onunla Cavabdeh arasında nikah qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahlarından 15 iyun 2017-ci il təvəllüdlü X8 və 27 mart 2019-cu il təvəllüdlü X11 anadan olmuşlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahlarından doğulmuş 15 iyun 2017-ci il təvəllüdlü X8 və 27 mart 2019cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, ümümlikdə cəmi hər ay 320 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bu səbəbdən də hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləği artırılaraq Cavabdeh birgə nikahlarından doğulmuş 15 iyun 2017-ci il təvəllüdlü X8 və 27 mart 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, ümumlikdə cəmi hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, hal-hazırda kredit borcu var. Sabit əmək haqqı alır. Əlavə gəlir yeri yoxdur. Aliment məbləğinin artırılmasına etiraz edir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2017-ci il tarixdə verilmiş AZ-İİİ 955957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 iyun 2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22 iyun 2017-ci il tarixdə 217 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 aprel 2019-cu il tarixdə verilmiş AZ-İV № 246217 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 mart 2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09 aprel 2019-ci il tarixdə 64 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı 27 sentyabr 2019-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 19.07.2016-cı il tarixdə 5 saylı Bakı "Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış 3833 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 İddiaçı yanında saxlanılması, Cavabdeh 06.05.2019-cu il tarixdən başlayaraq 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 15.06.2017-ci il tarixdə doğulmuş X8 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14489/2019 tarixli 11 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 50 manat məbləğində alimentin tutulması hissəsində ləğv edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3072/2020 saylı 29 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı və vəkili X4, habelə Cavabdeh və vəkili X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)- 14489/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli AZ-İ № 371557 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 29 sentyabr 2020-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 oktyabr 2020-ci il tarixdə 335 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə İmanov, qadına isə Gəncəliyeva soyadı verilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X2 Xitməti” MMC-nin 11 mart 2021ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X2 Xitməti” MMC-də Mütəxəssis vəsifəsində işləyir və əmək haqqısı aşağıdakı kimidir. Hesablanmış əmək haqqı 494 manat, cəmi tutmalar 83,15 manat, ödəniləcək məbləğ 410,85 manat. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh birgə nikahlarından 15.06.2017-ci il tarixdə X8 və 27.03.2019-cu il tarixdə X11 doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında qalmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı 27 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh 06.05.2019-cu il tarixdən başlayaraq 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 15.06.2017-ci il tarixdə doğulmuş X8 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14489/2019 tarixli 11 dekabr 2019cu il tarixli qətnaməsi isə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 50 manat məbləğində alimentin tutulması hissəsində ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 29 iyun 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14489/2019 tarixli 11 dekabr 2019cu il tarixli nəticəsi ilə razılaşmışdır. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin yetərli olmadığı, uşaqların tələbatını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarına görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı 27 sentyabr 2019-ci tarixli qətnaməsi ilə Cavabdeh 06.05.2019-cu il tarixdən başlayaraq 15.06.2017-ci il tarixdə doğulmuş X5 və 27.03.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı maddi cəhətdən çətinlik çəkməsi əsası ilə aliment məbləğinin dəyişdirilərək artırılması tələbini irəli sürmüşdür. Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddi duruma saldığını, iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğinin artırılaraq Cavabdeh birgə nikahlarından doğulmuş 15 iyun 2017-ci il təvəllüdlü X5 və 27 mart 2019cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, ümümlikdə cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə əlavə hal olaraq xatırladır ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğinin artırılaraq Cavabdeh birgə nikahlarından doğulmuş 15 iyun 2017-ci il təvəllüdlü X5 və 27 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, ümümlikdə cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1369/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1369/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver