Məhkəmə qərarları › İş №2(007)-1377/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1377/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1377/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Zülfiqar oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Zülfiqar oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı əldən çıxmış fayda tələbinə dair hissədə iddianın həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə borclu Cavabdeh Zülfuqar oğlu ilə 03 iyun 2020-ci il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Belə ki, həmin müqaviləyə əsasən borclu (ikinci tərəf) Cavabdeh Zülfıqar oğlu əldə etdiyi nəqliyyat vasitəsi ilə bağlı yaranmış 13800 (on üç min səkkiz yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edərək, qeyd olunan məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə iddiaçıya tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı borclu X2 pulu tələb etməsinə baxmayaraq o, hər dəfə yeni-yeni bəhanələr gətirib, iddiaçını aldadıb və pulu qaytarmaqdan yayınmışdır. O, pulu qaytarmamış və iddiaçını get-gələ salıb aldatmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması,cavabdehdən iddiaçının xeyrinə 13800 əsas borcun,1000 manat əldən çıxmış faydanın və vəkilə ödənilmiş 210 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Notarial qaydada təsdiqlənmiş 03 iyun 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin məzmunundan görünür ki, borclu (ikinci tərəf) Cavabdeh Zülfıqar oğlu İddiaçı əldə etdiyi nəqliyyat vasitəsi ilə bağlı yaranmış 13800 (on üç min səkkiz yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edərək, 03 sentyabr 2020 ci il tarixinədək qeyd olunan məbləği birinci tərəfə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki,İddiaçı ilə cavabdeh arasında 03 iyun 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və Cavabdeh Zülfıqar oğlu İddiaçı əldə etdiyi nəqliyyat vasitəsi ilə bağlı yaranmış 13800 (on üç min səkkiz yüz) manat borcunun olduğunu bəyan və tam etiraf etmiş, 03 sentyabr 2020 ci il tarixinədək qeyd olunan məbləği birinci tərəfə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür.Buna baxmayaraq öz öhdəliklərinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X2 İddiaçı xeyrinə 13800 manat əsas borc,1000 manat əldən çıxmış fayda,vəkilə ödənilmiş 210 manat pul və 30 manat dövlət rüsumu tutulsun. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar