Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1379/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı2 özünün,əsl olmayan iddiaçının əsl İddiaçı1 ilə əvəz olunmasını xahiş etmiş,daha sonra yeni ərizə verərək iddiçı hüquqlarının bərpasını xahiş etmişdir. Hər iki halda ərizələr təmin olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini onunla əsaslandırdı ki, 2017-ci ildə Cavabdeh onun əri Tahirə demişdir ki, pul ver Moskva şəhərində biznes quracaq əri ilə şərikinə pul qazanacaqlar. O, ilk öncə razılıq verməmiş,sonradan ərinin təkidi ilə pulu vermək qərarına gəlmişdir. Bakı şəhərində İlhamın uşağının təhsil haqqına görə 2000 ABŞ dolları vermişlər, 70000 ABŞ dollarını isə iki dəfəyə Moskva şəhərinə göndərmişlər.Pulun hamısı ona məxsus olmuşdur.Lakin pulları əri Tahirin vasitəsi ilə İlhama vermişdir. Xeyli müddət keçsə də, cavabdeh ona pulu qaytarmamışdır.Dəfələrlə o və əri Tahir cavabdehdən pulun qaytarılmasını tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır.Onlar 2019-cu ildə qərara qəlmişlər ki, İlhamın ailəsinin yanına gedib, bununla bağlı məlumat versinlər.Əri ilə birlikdə İlhamın evinə gedəndə İlhamın arvadı demişdir ki, “mən elə Sizi gözləyirdim, bilirdim ki, gələcəksiniz.”Bundan sonra onlar yalvardılar ki, yanvar ayına kimi gözləyin 10000 ABŞ dollarını qaytaracaqlar.Məcbur olub yanvar ayınadək göslədilər.Lakin sonradan məlum oldu ki, arvadı da onları aldadıb. Bundan sonra onlar polisə müraciət etdilər.Polisdə araşdırmadan sonra İlham bir nəfər Türkiyə vətəndaşını onların yanına göndərdi.Həmin şəxs onlara bildirdi ki,İlhamın bütün borcunu hissə-hissə o,ödəyəcəkdir.O, hiss-hissə 4 min manat ödədi.Lakin sonradan həmin Türkiyə vətəndaşı da telefonunu söndürdü və onunla əlaqə saxlaya bilmədilər.Hal-hazırda Cavabdeh ona 72353 ABŞ dolları borcu vardır.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 72353 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi və izahat verərək göstərdi ki, Cavabdeh ilə uzun müddətdir ki,dostluq edir.O və arvadı İradə Bakı şəhərində ev almaq istəyirdilər.Ona görə İradəyə məxsus olan ev pulunu münasib mənzil almaq üçün saxlamışdılar.İlham da, ailənin dostu kimi bunu bilirdi. İlham təxminin 2017-ci ilin avqust ayının axırlarında- sentyabr ayının əvvəllərində ona dedi ki, Moskva şəhərində Tahir adlı dostuna məxsus şirniyyat və təndir sexinə şərik olub o, da orda işi genişləndirmək üçün əlavə dönərxanalar açmaq istəyir.Lakin bunun üçün ona pul lazımdır, bu səbəbdən də, onu özünə şərik götürmək istəyir. Həmin vaxt İlhama demişdir ki,arvadı İradədə bir qədər pul var.Mənzil almaq üçün yığmışdır. İlham ona dedi ki, sizdə olan pulla 2-3 otaqlı köhnə binada mənzil ala bilərsiniz.Ondansa pulu ver biz şərik olaq, pul dostda batmaz artar.Mayamız yerində qalar qazancımızdan da Sizə yeni mənzil alarıq. İlham ona dedi ki, bunu onun ailəsi də bilir, hətta lazım olsa atasından qalan evi də mənzili də ona verə bilər.O arvadı İradə ilə məsləhətləşib İlhamın təklifi ilə razılaşdı. Bakı şəhəri Nizami rayonu ərazisində İlhamın yaşadığı evin yaxınlığında olan kafedə sentyabrın əvvəllərində 4000 manat, qısa müddət sonra 2000 ABŞ dolları 27 sentyabr 2017-ci il tarixdə 30000 ABŞ dolları, 02 oktyabr 2017-ci il tarixdə 35000 ABŞ dolları, qısa müddət sonra isə 3000 ABŞ dolları olmaqla İlhama cəmi 72.353 ABŞ dolları pul vermişdir.Həmin pulların hamısı İradəyə məxsus olmuşdur.Qeyd etmək istəyir ki,onun İlhamla danışıqlarının əksəriiyyətini telefon vasitəsi ilə yazmışdır və İlhamın səsini yazarkən ona bu barədə xəbərdarlıq etmişdir.Həmin telefon danışıqlarında İlham ondan aldığı pulları etiraf etmiş və yaxın vaxtda qaytaracağına söz vermişdir. Bundan sonra İlham Moskvadan və Antalyadan onun mobil telefonuna foto və videçəkilişlər göndərib. Ondan aldığı pulların bir qismini çörək və şirniyyat sexinə, xərclədiyini bildirmiş,bir qisminə isə Antalyadan nar tədarükü edərək xüsusi soyuduculara yerləşdirdiyini və narın mayasından əlavə 25000 ABŞ dolları qazanc verəcəyini bildirmişdir. İlhamın dediyinə görə Moskvadakı iş hər bir ayda 3000 ABŞ dolları qazanc verəcəkdir. Nəhayət 26 dekabr 2018-ci il tarixdə İlham onlara bildirdi ki, 72353 ABŞ dollarından 43000 ABŞ dolları xeyirləri olub, yəni hal-hazırda onlarla birgə iş birliyindən pulları ataraq 113.353 ABŞ dolları olub.Hətta inandırmaq üçün həmin puldan onlara 2000 ABŞ dolları göndərdi. Bundan sonra bir müddət İlhamdan xəbər çıxmadı. Onlar maraqlanmağa başlayan zaman məlum oldu ki, İlham onları aldadaraq, etibarlarından sui-istifadə edərək, külli miqdarda pulllarını ələ keçirib. O, İlhama dəfələrlə bildirmişdir ki, bu pullar arvadına məxsus olmaqla alacaqları mənzilin puludur. O, isə hər dəfə söz verirdi ki, onların hal-hazırda yaşadıqları mənzilin kirayə pulunu verəcək, lakin ay başa çatanda hər dəfə bir bəhanə uyduraraq kirayə haqqını verməkdən yayınırdı.İlhamın onu aldatdığını başa düşəndə məcburən 27 noyabr 2019-cu il tarixdə İlhamın yaşadığı mənzilə getmiş və olanlar barədə onun ailəsinə məlumat vermişdir.Onun arvadı bildirdi ki, İlahama demişdir ki, Sizi altadmasın, bir gün bunun üstü açılacaq və onlar bizim evimizə gələcəklər. Bundan sonra İlhamın oğlu və arvadı onunla telefon əlaqəsi saxlayıb evə çağırdılar, bundan sonra məsləhətləşib ona dedilər ki, onların yeni tikilidə mənzilləri vardır, həmin məzildə təmir işləri aparılır, təmir bitəndən sonra özləri həmin mənzilə köçəcəklər, bu mənzili isə bazar qiymətinə uyğun qiymətləndirərək borc əvəzinə bizə verəcəklər. Bir müddət sonra məlum oldu ki, İlham arvadı ilə boşanıb və bütün əmlakları onun adına rəsmiləşdirib ki, ona olan borcu tələb edə bilməsin. Bundan sonra mən bu hadisə ilə bağlı polisə müraciət etdi və orada araşdırma aparıb qərar qəbul etdilər. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı2 xeyrinə 72353 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddia tamamilə əsassızdır.Belə ki,İddiaçı1 hansısa bir şəxs vasitəsi ilə İlhama hissə-hissə pullar göndərdiyini bildirir.Lakin həmin şəxsin adını soyadını bilmir.Bundan başqa,onlar əsas sübut kimi iddiaçıların İlhamla telefon danışıqlarını göstərirlər və bildirirlər ki,qeyd olunan danışaqlarda İlham hər şeyi olduğu kmi etiraf etmişdir.Lakin bu audioyazılardan sübut kimi istifadə oluna bilməz.Hətta iddiaçıların qeyd etdiyi kimi,İlham onun səsinin yazılması barədə xəbərdar olunsa belə,qeyd olunan audioyazılardan sübut kimi istifadə oluna bilməz.Hüquqlarını təmsil etdiyi şəxsin polisdə aparılan araşdırma zamanı borcu etiraf etməsi ilə bağlı qəbzlə əlaqədar onu deyə bilər ki,əvvala həmin qəbzdə hansı məbləğdə puldan söhbət getməsi məlum deyil.Belə ki,qəbzdə hər-hansı bir məbləğ göstərilməmişdir.İkincis,Cavabdeh qeyd olunan qəbzi hansı şəraitdə yazıb imzaladığını ona danışmışdır.O,demişdir ki,qəbzi yazan gün təhqiqat aparan müstəntiq ona hədəqorxu gəlmişdir.Onu səhərdən axşama qədər orada ac-susuz saxlamışlar.O da məcbur olub öz əli ilə həmin qəbzi yazıb imzalamışdır.Göründüyü kimi,iddiaçıların əlində hərhansı bir mötəbər sübut yoxdur.Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində aparılmış və məhkəmə tərəfindən tələb olunaraq işə əlavə olunmuş 424 saylı təhqiqat materiallarından görünür ki,izahatı alınmış Cavabdeh Şükür oğlu İddiaçı1la dostluq münasibətlərində olduğunu,bununla bağlı Moskva və Antaliya şəhərlərində gördüyü işlər barədə məlumatlar verdiyini bildirsə də Tahirin ona cəmi 2000 manat pul verdiyini,Tahirlə heç bir şərik iş görmədiyini bildirmişdir. Buna baxmayaraq təhiqat zamanı 08 sentyabr 2020-ci ildə yazdığı iltizamda bildirmişdir ki, “Mən Cavabdeh həmin iltizamı verirəm ondan ötrü ki, bir həftə ərzində İddiaçı1 aldığım pulun bir qismini ödəyəcəyəm.Bundan başqa istintaqın çağırışlarına gələcəm bu barədə xəbərdar edildim” Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin müstəntiqi Şahid ifadə verərək göstərdi ki, 2020-ci ildə İddiaçı2 və İddiaçı1 şikayət ərizəsi əsasında başlanmış təhqiqat araşdırması zamanı həm şikayətçilərin,həm də Cavabdeh izahatlarını almışdır. Cavabdeh təhqiqat araşdırmasının əvvəlində şikayətçilərdən pul aldığını etiraf etməsə də,sonradan şikayətçilərin iddia etdiyi məbləği etiraf etmiş,hətta 08 sentyabr 2020-ci ildə bu barədə iltizam vermişdir.İltizamda etiraf etdiyi məbləğ göstərilməmişdir.O da qəbul etdiyi qararda pulun məbləğini göstərməmişdir.Buna səbəb o, olmuşdur ki,mübahisə mülki xarakterli olduğundan pulun hansı məbləğdə olması hüquqi əhəmiyyət kəsb etmirdi.Lakin Cavabdeh ilə apardığı söhbət zamanı onun şikayətçilərə təqribən 70000 ABŞ dolları borcu olduğunu bildirmişdir. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı Namiq Məmmədovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında 05.03 2020-ci il tarixli qərarda qeyd olunur ki, “Material üzrə İddiaçı1 təqdim etdiyi 1 ədəd SD diskə baxış keçirilmiş,və baxış zamanı orada 20 ədəd müxtəlif fayllarda səs yazılarının,hesablamaların,və şəkillərin yerləşdiyi,həmin səs yazılarına baxış keçirilən zaman orada Tahirlə İlhamın danışıqlarının əks olunduğu və həmin danışıqlarda İlhamın Tahirə işlərin getdiyini,sexlərin genişləndiyini,habelə Rusiya Federasiyasının Moskva şəhərindən Türkiyənin Antaliya şəhərinə işlə bağlı getdiyini deməsi,onların evdə olan zaman orada pulların verilməsi və verilən pulların qaytarılmaması barədə bəhslər, bununla da İddiaçı1 ərizə və izahatlarında göstərilən bir çox xüsusatların öz təsdiqini tapması müəyyən olunmuşdur.Toplanmış materialların təhlili nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 2017-ci ilin sentyabr ayının dəqiq tarixini xatırlamadığı günündə 4000 manat pulu,İlham Moskva şəhərində işləmək üçün gedəcəyiniu deyib 2000 ABŞ dolları pulu və ailəsi üçün lazım olduğu 3000 ABŞ dolları pulu borc olaraq İlhama Bakı şəhəri Nizami rayonu ərazisində vermiş,27.09.2017-ci il tarixdə 30000 ABŞ dolları Rusiya Federasiyasının Moskva şəhərinə,02.10.2017-ci il tarixdə 35000 ABŞ dolları pulu X1 şəhərinə naməlum şəxsin vasitəsi ilə Cavabdeh göndərmiş,bununla da Cavabdeh birgə biznes və iş qurmaq üçün göndərilmiş pulları Rusiya Federasiyasının Moskva şəhərində və X1 şəhərində ələ keçirilmişdir” Həmin qərar İddiaçı2 şikayəti əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı ilə ləğv olunsa da,araşdırma zamanı müəyyən olunan xüsusatlar,yəni təqdim olunmuş səs yazısı rəsmi qaydada dinlənilərkən aşkar edilən hallar hazırkı iş üçün mühim əhəmiyyət kəsb edir. Bundan başqa,qeyd olunan disk məhkəmə iclasında da tərəflərin iştirakı ilə dinlənilmişdir.İddiaçı1la Cavabdeh arasında gedən danışıqlar zamanı İddiaçı1 sonuncunu onun səsinin yazılması barədə xəbərdar etmişdir.Danışıqlar zamanı,xüsusilə də Cavabdeh məxsus evdə İddiaçı1,İddiaçı2,Cavabdeh,onun arvadı Gülnarə və oğlu Elçinin iştirakı ilə keçirilən söhbət zamanı hazırkı iş üzrə iddiaçıların Cavabdeh həqiqətən də 72.353 ABŞ dolları pul vermələri öz təsdiqini tapmışdır. Həmin audiodiskdə o da öz əksini tapmışdır ki,Cavabdeh Türkiyə Respublikasının ərazisində yerləşən nar anbarından video çəkmiş,həmin çəkilişi İddiaçı1 göndərmişdir.Belə ki,həmin videoyazıda Cavabdeh əlində nar tutaraq arxasındakı qutularda olan narları göstərir və bildirir ki,tezliklə bunları satmaq üçün Moskva şəhərinə göndərəcək və əldə etdiyi qazancdan onun payına düşən hissəni ona göndərəcək. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qeyd olunan danışaqlarda İlham adlı şəxsin onun hüquqlarını müdafiə etdiyi Cavabdeh olmasını təkzib etməmiş və həmin səslərin Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsini tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki,təqdim olunmuş audeo diskdə danışan İlham adlı şəxsin məhz Cavabdeh olması heç bir şübhə doğurmur. Bundan başqa, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 08 sentyabr 2020-ci ildə hüqüqlarını müdafiə etdiyi şəxsin öz əli ilə yazıb imza etdiyi iltizamı hədə qorxu və uzun müddət polis bölməsində saxlanııldığı üçün yazdığını bildirsə də bunu təqdim edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki,Cavabdeh verilmiş pulun məbləğinin 72. 353 ABŞ dolları olması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapsa da iddiaçılar cavabdehin 4000 ABŞ dolları məbləğində pulun başqa şəxs vasitəsi ilə onlara qaytardığını bildirmişlər. Ona görə də iddia 68.353 ABŞ dolları hissədə əsaslı olduğundan təmin olunmalıdır. Qalan hissədə iddia təmin olunmamlıdır. Bundan başqa,İddiaçı1 pulun İddiaçı2 xeyrinə tutulmasını xahiş etdiyindən pul İddiaçı2 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı2 xeyrinə 68.353 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) pul tutulsun və 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1379/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1379/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver