Məhkəmə qərarları › İş №2(007)-139/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-139/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-139/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ ndən 20656 manat vurulmuş zərərin əvəzi kimi və ona dəymiş zərər-avtomobilin dəyərinin aşağı düşməsinə görə əlavə 10000 manat və ümumilikdə 30656 manat pulun + 295 manat “Əfəndilər MMC-yə ödənilmiş məbləğ kimi cəmi 30951 manat və ödənilmiş dövlət rüsumu kimi 183 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ xx.xx.2023-cü il tarixdə İddiaçı qarşı “pul və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı görülmüş işin dəyəri olan borc qalığı 177 manat pulun, işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nin İddiaçı qarşı “pul və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(007)- 2184/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh “Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(007)-7501/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh “Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İlk iddia üzrə İddiaçı 27 fevral 20324-cü il tarixdə ərizə verərək bildirmişdir ki, cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ ilə barışıq əldə olunmuşdur. Bu səbəbdən iddia ərizəsindən imtina etməyini nəzərə alaraq mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 mülki işin icraatına xitam verilməsi barədə ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ilk iddia üzrə iddiaçının iddiasından imtina etməsi barədə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, ilk iddia üzrə iddiaçı iddiadan imtina etdiyinə və məhkəmə imtinanı qəbul etdiyinə görə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş 29879 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 183 manat ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD: 222126255; Terminal nömrəsi: K0204011; Büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2023, saat: 16:48) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 183 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "Şərqmotors" Məhdud Məsuliyyətli Cəmı̇ yyətı̇ nə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 183 manat ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD: 222126255; Terminal nömrəsi: K0204011; Büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2023, saat: 16:48) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar