Məhkəmə qərarları › İş №2(007)-1390/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1390/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1390/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3977,29 manat əsas, 2,96 manat faiz olmaqla cəmi 3980,25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 60,21 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Sorğuları ilə bağlı Bakı şəhəri 1 saylı “Asan Xidmət" mərkəzində notariat ofisinin 08 fevral 2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Məhkəmə iclasında Cavabdeh iddia münasibətdə bildirdi ki, oğlu və həyat yoldaşı anidən ölmüşdür. Krediti həyat yoldaşı Vəliyev Mehman götürmüşdür. Digər banklar borcu bağışlamışdır. İddiaçı bank onu çağırsa da, stresə düşdüyü üçün gedə bilməmişdir. O işləmir, ayda 5-10 manat pul qazanır, onun 54 yaşı var, pensiya almır. Həyat yoldaşından Şamaxınən ucqar kənddə 10 sot torpaq qalmışdır. Torpaq sahəsinin qiyməti 1000-2000 manat olar. Bütün bu qeyd etdiklərinin məhkəmə qətnaməsi qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tariхli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. "xxxx" KB ASC tərəfindən göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 1 saylı “Asan Xidmət" mərkəzində notariat ofisinin cavab məktubu ilə xx.xx.2021-ci il tarixdə X3 vərəsəsi-arvadı Cavabdeh tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. X1 iddiaçıya olan borcunun cavabdehdən tutulması üçün hüquqi əsas yaranmışdır. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 3977,29 manat əsas, 2,96 manat faiz borcu olmaqla, cəmi 3980,25 manat məbləğində borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X3 oğlu iddiaçı "xxxx" KB ASC ilə bağladığı xx.xx.2021-ci il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X4 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 vəfat etdiyindən və onun vərəsəsi Cavabdeh olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh X4 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh da onun vərəsəsi olduğundan yaranmış borc məbləğini və digər xərclər onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tariхli kredit müqaviləsi üzrə 3977,29 manat əsas borc, 2,96 manat faiz borcu olmaqla, cəmi 3980,25 manat borc məbləği və ödənilmiş 60,21 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tariхli kredit müqaviləsi üzrə 3977,29 manat əsas borc, 2,96 manat faiz borcu olmaqla, cəmi 3980,25 manat borc məbləği və ödənilmiş 60,21 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar