Məhkəmə qərarları › İş №2(007)-1397/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1397/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1397/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2(007)-2254/2014 saylı qətnaməsi təyin olunmuş alimentin məbləğinin artırılaraq, 12.05.2009-cu il təvəllüdlü X7 və 14.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin artırılması və 14.06.2010cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 may 2012-ci il tarixli 2(007)-336/2012 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Qətnaməyə əsasən 12.05.2009-cu il təvəllüdlü X7 və 14.06.2010-cu il təvəllüdlü X3 ananın yanında qalması və uşaqlar 18 yaşına çatanadək cavabdehin aylıq qazancının 1/3 hissəsi və hər ay hər bir uşağa görə 39 manat, cəmi 78 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2014-cü ildə o, alimentin artırılması barədə yenidən Bakı şəhəri Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2(007)-2254/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 12.05.2009-cu il təvəllüdlü X7 və 14.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 53 manat, cəmi 106 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, böyük övladı 6-cı sinifdə oxuyur və onun həm maddi, həm də mənəvi tələbatları artmışdır. Eyni zamanda ikinci övladı 14.06.2010-cu il təvəllüdlü X8 əzələ distrofiyası, proqressivləşən əzələ distrofiyasından əziyyət çəkir. Yerimə qabiliyyəti yoxdur, əlil arabasından istifadə edir. Uşağa əlillik dərəcəsi təyin olunmuşdur. Mütəmadi olaraq müayinələrə və müalicəyə ehtiyacı var. Bütün bunlar da əlavə xərclər tələb edir. Ona görə də alimentin artırılması və cavabdehin ata kimi uşağın əlavə xərclərdə iştirak etməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin 14 yanvar 2011-ci il tarixli arayışından görünür ki, X11 12 may 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 20 avqust 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 1391 №-li doğum haqqında alt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası X4r. - Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin 14 yanvar 2011-ci il tarixli arayışından görünür ki, X8 14 iyun 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 12 avqust 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 1566 №-li doğum haqqında alt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası X4r. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2254/2014 saylı, 05.06.2014-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08.05.2012-ci il tarixli, 2(007)-336 saylı qətnaməsi ilə müəyyən edilən alimentin sabit pul məbləği ilə tutulan miqdarında dəyişiklik edilməsi, Cavabdeh 12.05.2009-cu ildə anadan olmuş X11 və 14.06.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay hər bir uşağa görə 53 (əlli üç) manat, cəmi 106 (yüz altı) manat sabit pul məbləğində alimentin, 02 may 2014-cü il tarixdən başlayaraq alınaraq X5 verilməsi qət edilmişdir. - X2 309 saylı epikrizindən görünür ki, 14.06.2010-cu il təvəllüdlü X6 qoyulan kliniki diaqnoz R62.0 İnkişaf etaplarının ləngiməsi, psixo-motor gerilik, yerişin qüsuru, Nitqin geriliyi, Qavraması və dərketmə geriliyi. - X10 11.01.2018-ci il tarixli arayışından görünür ki, 14.06.2010-cu il təvəllüdlü X1 İnkişaf Mərkəzinə 01.02.2017-ci ildə Loqoped, Psixoloq məşğələrinə gəlmiş və 10.12.2017-ci ildə məşğələləri dayandırılmışdır. - Protez-ortopedik İstehsalat və Reabiliyasiya Mərkəzinin **********016 saylı qaiməsindən görünür ki, X6 bir ədəd kreslo-araba-əsas korpus, sabitləşdirici bel kəməri (çanaq hissənin fiksasiyasına görə arabadan yıxılmanı sığortalayır), oturacaq eni 25 sm, gəzinti üçün, ön təkərlər tökmə, 8 düym-HM-Əlil arabası təhvil verilmişdir. - “xxxx” MMC-nin 15.03.2021-ci il tarixli 289 saylı arayışından görünür ki, X8 25.09.2020-ci il tarixdə “Miopatiya”-diaqnozu ilə klinikanın həkimi Rəhimə Atəşin qəbulunda olmuş, müayinə nəticəsində ona fizioterapiya və realibitasiya müalicəsi məsləhət görülmüşdür. Xəstənin vəziyyətinin yaxşılaşması üçün müalicə kursu 20 seans davam etməlidir. Hər seans 80 dəqiqə davam edəcək. 1 seansın qiyməti 90 manatdır. Müalicə prosedurları aşağıdakılardır: a) Reinforcoment, b) VMS, c) Reabilitasiya. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 12.05.2009-cu ildə X11 və 14.06.2010-cu ildə X8 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2254/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08.05.2012-ci il tarixli, 2(007)-336 saylı qətnaməsi ilə müəyyən edilən alimentin sabit pul məbləği ilə tutulan miqdarında dəyişiklik edilməsi, Cavabdeh 12.05.2009-cu ildə anadan olmuş X11 və 14.06.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay hər bir uşağa görə 53 (əlli üç) manat, cəmi 106 (yüz altı) manat sabit pul məbləğində alimentin, 02 may 2014-cü il tarixdən başlayaraq alınaraq X5 verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay 53 manat olmaqla, cəmi 106 manat miqdarında aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İddiaçı Cavabdeh 350 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “14.06.2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərcin tutulması” hissəsi ilə bağlı bildirir ki, AM-nin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə, 14.06.2010-cu il təvəllüdlü X3 əzələ distrofiyası, proqressivləşən əzələ distrofiyasından əziyyət çətdiyini, dolayısıyla uşağın periodik tibbi müayinə və müalicələrinin vacibliyini, hazırda da müalicələrinin davam etməsini, buna əlavə vəsaitin xərclənməsini və həmin xərclərin qarşılanmasının cavabdehin də borcu olduğunu nəzərə alaraq, hesab edir ki, Cavabdeh 14.06.2010-cu il təvəllüdlü X3 müalicəsi üçün 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2254/2014 saylı, 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 12.05.2009-cü il təvəllüdlü X7 və 14.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, 14.06.2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar Cavabdeh əlavə xərc kimi uşaq üçün hər ay 50 manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2254/2014 saylı, 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 12.05.2009-cü il təvəllüdlü X7 və 14.06.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 14.06.2010-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar Cavabdeh əlavə xərc kimi hər ay 50 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar