Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1406/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən iddia təbbinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(103)-10757/2019 saylı qətnaməsinə əsasən, birgə nikahlarından 12 noyabr 2013-cü iİ tarixdə anadan olmuş X1 üçün o, yetkinlik yaşına çatana qədər Cavabdeh Fələli oğlundan hər ay tutulmalı olan 117 (yüz on yeddi) manat alimentin məbləği artırılaraq, hər ay 175 manat sabit pul məbləğinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün ona-İddiaçı iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 15 noyabr 2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində aralarında bağlanmış 349 saylı nikahın pozulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(007)- 2879/2016 saylı qətnaməsi ilə X6r iddiası təmin edilərək, Cavabdeh və Fətəliyeva (Davidova) Aysel Flad qızı arasında 15 ııoyabr 2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində bağlanmış və 349 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 12 noyabr 2013-cü il tarixdə inadan olmuş X7, anası Fətəliyeva (Davidova) Aysel Fladı qızının yanında qalması qət edilmişdir. Məhkəmənin qətnaməsindən ümumiyyətlə məlumatı olmamışdır, təsadüfən 2019-cu ilin aprel ayında xəbər tutmuşdur. Bundan sonra nikahın pozulması haqqında şəhadətnamənin və məhkəmə qətnaməsinin ona təqdim olunması ilə bağlı ərizələrlə müvafiq orqanlara müraciət etmişdir. 30 aprel 2019-cu il tarixdə Nikahın pozulması haqqında Şəhadətnamə və 16 may 2019-cu il tarixdə məhkəmə qətnaməsi ona təqdim olunmuşdur. İddiaçı Cavabdeh onun yaşayış ünvanını və əlaqə telefonunu bildiyi halda məhkəmədən gizlətmiş, məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və nəticədə ondan xəbərsiz nikahın pozulmasına nail olmasına baxmayaraq 4 (dörd) ildən artıq müddətdir ki, nə aliment ödəməmiş, nə də birgə nikahından dünyaya gəlmiş 12 noyabr 2013-cü il təvəllüdlü X2 üçün ona köməklik göstərməmişdir. O, Balkı Apellyasiya Məhkəməsinə 10 iyun 2019-cu il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2( 103)-10757/2019 saylı qətnaməsi ilə, birgə nikahlarından 12 noyabr 2013-cü il tarixdə anadan olmuş X8, anası Fətəliyeva (Davidova) Aysel Hadı qızının yanında qalması və onun yetkinlik yaşma çatanadək saxlanması üçün 26 avqust 2016-cı il tarixdən etibarən hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin X10 tərəfindən ödənilməsi qəl edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti Cavabdeh həmin vaxtdan bəri bir dəfə də olsa ödəməmişdir. Uşağın bütün maddi və mənəvi ehtiyaclarını özü qarşılamalı olmuşdur. Bu səbəbdən İsmayıllı Rayon İcra və probasiya Şöbəsinə 21 sentyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək X3 Bakı şəhəri Apellyasiya Məhkəməsinin 14 avqust 20 9-cu il tarixli, 2(103)- 10757/2019 saylı qətnaməsi üzrə heç bir ödəniş etmədiyini, 26 avqust 2016-cı il tarixdən etibarən hər ay ödəməli olduğu 117 (yüz on yeddi) manat məbləğində alimentin 4 (dörd) il müddətində yığılaraq 5616 (beş min altı yüz on altı) manat məbləğində aliment borcu qisminə gəldiyini bildirmişdir. Heç bir nəticə əldə olunmamışdır, əks tərəf qanunvericilikdən yayınaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini bir dəfə də olsa ödəməmişdir. Onun barəsində qanunvericilikdə nəzərdə tutulan hər hansı tədbirin görülüb-görülməməsinə dair dəqiq məlumat ala bilməmişdir. Hazırda “Aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə müraciət edərək X4 Bakı şəhəri Apellvasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2( 103)-10757/2019 saylı qətnaməsinə əsasən 26 avqust 2016-cı il tarixdən başlayaraq hər ay ödəməli olduğu, amma ödəməkdən yayındığı 117 (yüz on yeddi) manat aliment məbləğinin artırılaraq hər ay minimum 175 manat müəyyən edilməsinin birgə nikahlarından 12 noyabr 2013-cü il tarixdə dünyaya gəlmiş X5 əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün vacib olduğunu hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-10757/2019 nömrəli qətnaməsinə əsasən, cavabdeh X9 apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(007)-2879 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh və Fətəliyeva (Davidova) Aysel Hadi qızı arasında 15 noyabr 2013-cü il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində bağlanmış və 349 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, 12 noyabr 2013-cü il tarixdə anadan olmuş X11 anası Fətəliyeva (Davidova) Aysel Hadi qızının yanında saxlanılması, alınsın Cavabdeh 26 avqust 2016-cı il tarixdən başlayaraq, 12 noyabr 2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment, verilsin anası Fətəliyeva (Davidova) Aysel hadi qızına, alınsın Cavabdeh 10 (on) manat dövlət rüsumu verilsin dövlət büdcəsinə, alimentlə bağlı hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 12 noyabr 2013-cü il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)- 10757/2019 nömrəli qətnaməsinə əsasən, cavabdeh X9 apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(007)-2879 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh və Fətəliyeva (Davidova) Aysel Hadi qızı arasında 15 noyabr 2013-cü il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində bağlanmış və 349 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, 12 noyabr 2013-cü il tarixdə anadan olmuş X11 anası Fətəliyeva (Davidova) Aysel Hadi qızının yanında saxlanılması, alınsın Cavabdeh 26 avqust 2016-cı il tarixdən başlayaraq, 12 noyabr 2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment, verilsin anası Fətəliyeva (Davidova) Aysel hadi qızına, alınsın Cavabdeh 10 (on) manat dövlət rüsumu verilsin dövlət büdcəsinə, alimentlə bağlı hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019cu ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı iddia tələbində alimentin iddia ərizəsi veridliyi tarixdən hesablanaraq tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 noyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2( 103)-10757/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 noyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,0 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 noyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2( 103)- 10757/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 noyabr 2013cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,0 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1406/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1406/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver