Məhkəmə qərarları › İş №2(007)-141/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-141/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-141/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı ipoteka predmetinin əvvəlki vəziyyətə qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı pul tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (İddiaçı ASC) 20 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi ilə illik 15.5 faizlə 168 ay müddətinə 32400 ABŞ dolları məbləğində kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzili alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilib, dövlət reyestrində qeydə alınıb.Cavabdeh bank qarşısında öhdəliyini lazımı qaydada yerinə yetirmədiyi üçün bankın məhkəməyə müraciət etmək hüququ yaranıb. Bu zaman bank qarşısında yüklü edilən, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilinin söküldüyü aşkarlanıb.Qeyd edilən fakt aşkarlandıqdan sonra Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı pul tələbi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib.Hazırda iş üzrə iddia tələbinin əsas və predmetinin dəyişdirilməsi zərurəti yaranıb.Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib və məhkəmənin xx.xx.2022- ci il tarixli, 2(007)-116/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh1 xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla İddiaçı ASC-nin xeyrinə 21156.43 ABŞ dolları məbləğində əsas borc, 18259.33 ABŞ dolları məbləğində faiz borcu borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 39615.76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilib.Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka predmeti olan əmlak Bankın məlumatı olmadan söküldüyündən hazırda tutulan borc məbləğinin əmlaka yönəldilməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması qeyri mümkündür.Belə ki, cavabdehlər Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın sökülməsi zamanı iddiaçı təşkilata məlumat verməyiblər və nəticədə Bank öz hüquqlarından lazımi qaydada istifadə edə bilməyib.Kredit müqaviləsi üzrə borc məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırda iddianın əsasının və predmetinin dəyişdirilərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilin yerləşdiyi ərazidə tiklməkdə olan əmlakın sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunması və cavabdehlərdən müştərək qaydada borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat məbləğində və xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqının tutularaq iddiaçı “Yelo Bank" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını zəruri hesab edir.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilinin yerləşdiyi ərazidə tiklməkdə olan əmlakın sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunması vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat məbləğində və xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqının tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə,Cavabdeh2 MMC-nin, Cavabdeh1 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 iyun 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, hüquqlarını müdafiə etdiyi Cəmiyyətlə Cavabdeh1 arasında dəyişdirilmə müqaviləsi bağlanıb və həmin müqavilə əsasında Cavabdeh1 məxsus mənzil sökülmüş o, yeni mənzil ilə təmin olunmuşdur. Hətta təmin olunduğu mənzilin dəyəri əvvəlki mənzilin dəyərindən qat-qat artıqdır. Onların ümumiyyətlə həmin mənzilin ipoteka ilə yüklü olması barədə məlumatları olmayıb. Belə də ki, onlar mənzili məhv etməmişlər əksinə yeniləmişlər və həmin mənzilə dair hüquqi sənədləşmənin aparılmasına da etriaz etmirlər, mənzil ortadadır sənədləşmə aparılsın və yenidən yeni mənzil ipoteka ilə yüklü edilsin. İddiaçı belə bir tələblə məhkəməyə müraciət edərək əsassız varlanmağa cəhd göstərir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən şıxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: 20 sentyabr 2007-ci il tarixli,1003(İP N) saylı “Alqı-satqı və İpoteka”müqaviləsindən görünür ki, satıcı-Cavabdeh1 dəyəri 34928 manat olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilini alıcının-“Nioyl” İKB mülkiyyətinə verir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2016-cı il tarixli,29 saylı sərancanmından görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixli 002 saylı saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış binalarının və qeyri yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx"MMC-nin istifadəsainə verilmiş,sifarişçiyə tapşırılmışdır ki,sahəni yerində qəbul etsin,onun sanitar vəziyyətinə nəzarət etsin,ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi,eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll etsin...” Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən "xxxx" İKB-nin İdarə Heyətinin sədri cənab Nikloz Shurqaiaya ünvanlanmış 03 may 2019-cu il tarixli məktuubda qeyd olunur ki, “xx.xx.2019-cu il tarixli,14/4870 saylı məktubunuzla bağlı bildiririk ki, Nizami Rayonu, M.Abbasov küçəsi 6 saylı bina yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli,29 nömrəli sərəncamı ilə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC-nin istifadəsainə verilmişdir və hal-hazırda inşaat işləri davam etdirilir.Aqidiyyəti üzrə müraciıət etməyiniz məqsədəuyğun hesab olunur” MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzili “Nioyl”İKB/Sumqayıt filialı qarşısında 14 il müddətinə ipoteka ilə yüklü edilmişdir. "xxxx"MMC İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli,08 saylı məktubda qeyd olunur ki,”xx.xx.2021-ci il tarixli,KVD-9468 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, "xxxx"MMC ilə Cavabdeh1 arasında imzalanmış 15 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 18.0 kvm.ümumi sahəsi olan mənzili Akt əsasında 6 nömrəli evin 33 nömrəli mənzil "xxxx"MMC-yə təhvil vermişdir."xxxx"MMC isə həmin mənzilin əvəzində yeni tikilən binadan 65.7 kvm.ümumi sahəsi olan D-1.4 saylı tam təmirli mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh1 verəcək” "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 15 sentyabr 2016-cı il tarixli müqavilənin 2-ci bəndinin 2.2-ci yarımbəndinə əsasən “Sakin”- Cavabdeh1 boşaltdığı mənzili “MMC”-yə başqa şəxslərin hüquqlarından azad, yüksüz və kommunal borcları olmadan təhvil vermək barədə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavə üzrə tərtib olunmuş 15 sentyabr 2016-cı il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli 18 kvm.mənzili səndsiz mənzil kimi "xxxx"MMC-yə təhvil vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-116/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddiası qismən təmin olunmuş, Cavabdeh1 39615.76 ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası "xxxx"MMC-nin 22 iyun 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 18.0 kvm.ümumi sahəsi olan mənziliin 22 iyun 2022-ci il tarixinə orta icarə haqqı 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 293.1. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. “İpoteka haqqında”Azərbaycan Respublikası qanununun aşağıda istinad olunan maddələrinə əsasən: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.5. ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir (mülkiyyətçisidir) 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. 7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq; İşin hallarından görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən ("xxxx" ASC) 20 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi ilə bankdan illik 15.5 faizlə 168 ay müddətinə 32400 ABŞ dolları məbləğində kredit götürüb.Borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzili alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilib. Lakin Cavabdeh1 ona məxsus daşınmaz əmlakın bank qarşısında ipoteka ilə yükülü olmasını nəzərə almadan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin girov və ipoteka münasibətlərini tənzimləyən müddəalarını kobud şəkildə pozaraq "xxxx"MMC ilə 15 sentyabr 2016-cı il tarixli müqavilə bağlamış,xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu,M.Abbasov küçəsində yerləşən 18.0 kvm.ümumi sahəsi olan mənzili Akt əsasında "xxxx"MMC-yə təhvil vermiş,sonuncu isə mənzili sökmüşdür. Cavabdeh "xxxx"MMC-nin məhkəmədə iştirak edən nümayəndəsi həmin şirkətin mənzilin ipoteka ilə yüklü olmasından xəbərdar olmadığını bildirsə də,bu hal "xxxx"MMC-ni məsuliyyətdən azad etmir.Belə ki,əmlakın yüklü olub-olmamasını yoxlamadan onu öz mülkiyyətinə qəbul edən şəxs bunun nəticəsində 3-cü şəxslərə dəymiş ziyanın ödənilməsi üçün cavabdehdir. Beləliklə,məhkəmə hesab edir ki,cavabdehlər qanunvericiliyə uyğun olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaka dair heç bir hüquqi əsası olmayan 15 sentyabr 2016-cı il tarixli müqavilə bağlamaqla bilərəkdən iddiaçının qanunla qorunan hüquqlarını pozmuşlar. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-116/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borcun tutulması” dair iddiası qismən təmin olunması, Cavabdeh1 39615.76 ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunsa da, həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak məhv olduğundan qətnamənin icrası mümkün olmamışdır.Nəticədə iddiaçı əldə edə biləcəyi vəsaitdən(və ya əmlakdan)məhrum edilmişdir. Bundan başqa,iddiaçı ipoteka predmetini vaxtında əldə etsəydi ondan öz istəyinə uyğun olaraq əlavə bəhər götürə bilərdi.Lakin daşınmaz əmlak müqavilə ilə müəyyən olunmuş müddət bitdikdən sonra borc əvəzinə (müqavilənin müddəti 15 sentyabr 2021-ci il tarixdə başa çatmışdır) banka təhvil verilmədiyindən,bank əldə edə biləcəyi gəlirdən mərhum olmuşdur. Mütəxəssis rəyindən görünür ki,həmin ərazidə qeyd olunan mənzilin bir aylıq kirayə haqqı 400 manata bərabərdir. Ona görə də iddia təmin olunmalı,Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilinin yerləşdiyi ərazidə tiklməkdə olan əmlakın sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunması vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulmalı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat məbləğində və xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzilinin yerləşdiyi ərazidə tiklməkdə olan əmlak sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa olunması vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat, xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar