Məhkəmə qərarları › İş №2(007)-1440/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1440/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1440/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Qəfim oğlu ilə 16 noyabr 2012ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahdan 20.10.2013cü il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında 16 noyabr 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsində bağlanmış və 1493 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, 20 oktyabr 2013-cü ildə doğulmuş X5 onun yanında qalması müəyyən edilmiş, onun saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 20 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bankdan kredit götürdüyünün nəzərə alınmasını, həmçinin iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında, xx.xx.1982-ci ildə Qusar rayonunun Qalacıq kəndində anadan olmuş Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 16 avqust 2016-cı ildə verilmiş AZ-İ 246945 “li nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə X6 arasında olan nikah pozulmuş, bu barədə 16 avqust 2016-cı il tarixdə akt qeydləri kitabında 253 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əfəndiyeva soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən 07 noyabr 2013cü il tarixdə verilmiş 211942 №li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 20 oktyabr 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3933/2015 saylı, 15.12.2015-ci il tarixli qətnaməsi ilə X6 və Cavabdeh arasında 16 noyabr 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəüsində bağlanmış və 1493 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, 20 oktyabr 2013-cü il tarixdə doğulmuş X5 anasının yanında saxlanması, 20 oktyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından 20 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan sabit pul məbləğində aliment artırılsın, tərəflərin birgə nikahından 20 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar