Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1441/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Mirzəyevin sədrliyi, X5 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC -dən illik 1 faizlə 60 ay müddətinə 2754.44 manat kredit götürüb.Borcun təminatı olaraq Cavabdeh2 ilə 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanıb.Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2022-ci il fevralın 18-dək X2 banka 26 dekabı 2019-cu il larixli kredit müqaviləsi üzrə 2290.69 manat əsas borc, 9.03 manat faiz, 18.9 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2318.62 manat borcu vardır. X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 18.9 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulub və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 9.45 manat məbləğimlə tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd edilənlərə əsasən cavabdehlər X1 və Cavabdeh2 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2290.69 manat əsas borc, 9.03 manat faiz, 9.45 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2318.62 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi,əlavə olaraq qeyd etdi ki,iddiaçı məhkəməyə müracət etdikdən sonra cavabdeh əsas borcdan 100 manat ödəmişdir.Həmin ödəniş nəzərə alınmaqla qalan hissədə iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatınl dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: X4 ilə İddiaçı ASC ilə bağlanan 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki,cavabdeh İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2754.44 manat kredit götürüb. 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 qeyd olunan kredit müqaviləsinə əsasən öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2190.69 manat əsas borc, 16.3 manat faiz borcu, 59.87 manat cərimə borcu olmaqla cəmi 2266.86 manat kredit borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 43.09 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktublarından görünür ki,iddiaçı məhkəməyə müraciət edənədək pretenziya qaydasına əməl etmişdir. Azərbaycan respublikası mülki məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, X4 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2754.44 manat kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanıb.Lakin bank öz öhdəliklərinə əməl etsə də, cavabdehlər həmin müqavilələr üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişlər. Belə ki, həmin kredit müqaviləsi üzrə cavabdehin cəmi 2318.62 manat kredit borcu vardır. İddiaçı isə, 2290.69 manat əsas borc, 9.03 manat faiz, 9.45 manat cərimə borcu olmaqla cəmi 2309.17 manat borcun tutulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin 100 manat ödəniş etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı,cavabdehlərdən müştərək qaydada 2190.69 manat əsas borc, 9.03 manat faiz, 9.45 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.17 manat borc və 43.09 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və azərbaycan respublikası mülki prosessual məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X1 və Cavabdeh2 müştərək qaydada 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2190.69 manat əsas borc, 9.03 manat faiz, 9.45 manat cərimə borcu olmaqla cəmi 2209.17 manat borc və 43.09 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində bakı şəhəri nizami rayon məhkəməsi vasitəsi ilə bakı apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1441/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1441/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver