Məhkəmə qərarları › İş №2(007)-1448/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1448/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1448/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh 2277.40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 1(007)-369/2022 nömrəli. 29.11 2022-ci il tarixli hökmünə əsasən xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək. Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh 14.01 2023-cü il tarixdə idarənin qeydiyyatına alınmış və ona həmin tarixdə “Attenti” markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdıkdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum nəzarət subyekti kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Flektron Monitorinq İdarəsində olan "Attenti" elektron monitorinq sistemində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Tərtib edilmiş protokoldan göründüyü kimi elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki iş üzrə Cavabdeh xx.xx.2023-cu il tarixdə idarəyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə ona tətbiq edilmiş elektron nəzarət vasitəsi olan mobil nəzarət qurğusunu itirdiyi bildirmişdir. Cavabdeh, həmçinin izahatında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini qeyd etmişdir. Məhkum tərəfindən itirilmiş elektron nəzarət vasitəsinin dəyərinin xx.xx.2023-cü il tarixədək könüllü şəkildə ödənilməsi ilə bağlı tərəflərindən Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. Hesab edir ki, Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına gorə hökmün icrası ilə əlaqədar ona təhvil verilmiş mobil nəzarət qurğusunu itirmiş və nəticədə onlara maddi ziyan dəymişdir. “Attenti" markalı elektron nəzarət vasitələrini tədarük edən "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinin komplektasiyası pozulmuş və cihazın komplekti təkrar istifadəyə yararsızdır. "xxxx" QSC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2277.40 (ƏDV daxıl) təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə verilmiş 09.06 2022-ci il tarixli etibarnaməyə əsasən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsz vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutulmasını təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri uzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddia predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 1(007)-369/2022 nömrəli. 29.11 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh hazırki iş üzrə 19 mart 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 10 (on) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsmış, Cavabdeh üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. - 22 dekabr 2022-ci il tarixli göstərişin surətindən görünür ki, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 1(007)-369/2022 nömrəli, 29.11 2022-ci il tarixli hökmü icra olunması üçün İddiaçınə göndərilmişdir. - 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, məhkuma məlikəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - 14 fevral 2023-cü tarixli izahatdan görünür ki, Cavabdeh elektron nəzarət vasitəsini itirdiyini bildirmişdir. - 01 mart 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh mobil nəzarət qurğusunun tərəfindən itirilməsi ilə əlaqədar dəymiş ziyanın xx.xx.2023-cü il tarixədək göstərilən hesaba ödənilməsi və ödəniş qəbzinin İddiaçınə təqdim edilməsi tələb olunmuşdur. - "xxxx" QSC-nin 25 mart 2023-cü il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, "Attenti" sadə qolbağının komplektasiyası pozulmuşdur. Yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, kabura və çanta aşkarlanmamışdır. Bu səbəbdən cihazın komplekti təkrar istifadəyə yararsızdır. - "xxxx" QSC-nin 29 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2277.40 (ƏDV daxıl) təşkil edir. - “Respublika Psixiatriya Xəstəxanası” X2 xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasına qəbul olmuşdur. Həmin tarixdə də müayinə və müalicədən imtina etmişdir. - Ambulator kitaqbçadan çıxarışdan görünür ki, Cavabdeh baş beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikləri, kobud davranış pozuntuları diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdən evə sahə psixiatrik müşahidəsinə yazılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 1(007)-369/2022 nömrəli, 29.11 2022-ci il tarixli hökmünə əsasən xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək. Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh 14.01 2023-cü il tarixdə idarənin qeydiyyatına alınmış və ona həmin tarixdə “Attenti” markalı 1 ədəd elektron qolbaq ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adaptorundan ibarət elektron nəzarət vasitəsi verilmişdir. Cavabdeh 14 02.2023-cu il tarixdə idarəyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə ona tətbiq edilmiş elektron nəzarət vasitəsi olan mobil nəzarət qurğusunu içkili olduğu üçün itirdiyi bildirmişdir. "xxxx" QSC-nin rəyinə əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (ƏDV daxıl) müəyyən edilmişdir. Məhkum tərəfindən itirilmiş elektron nəzarət vasitəsinin dəyərinin xx.xx.2023-cü il tarixədək könüllü şəkildə ödənilməsi ilə bağlı tərəflərindən Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. Nəticədə iddiaçıya 2277.40 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 1(007)-369/2022 nömrəli, 29.11 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. İddiaçı tərəfindən cavabdehə həvalə edilmiş qurğular barədə cavabdeh kifayət qədər məlumatlandırılmış, cavabdehə bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş və Cavabdeh öz imzası ilə bununla bağlı tərtib olunmuş iltizamı imzalayaraq bütün bunları qəbul etmişdir. Lakin, cavabdeh ona həvalə edilmiş 2277.40 manat dəyərində 01 ədəd mobil qurğunu iddiaçıya qaytarmamış, eyni zamanda onun dəyərini ödəməmişdir. Buna görə də iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmiş və həmin qurğunun dəyərini tələb edir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh məsuliyyəti öz üzərinə götürdüyündən həmin məbləği ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 2277.40 manat məbləğində maddi ziyan vurduğu bilavasitə Cavabdeh tərəfindən verilmiş yazılı iltizam və protokollarla təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsait Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumundan azad olduğu üçün 42.77 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar