Məhkəmə qərarları › İş №2(007)-1464/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1464/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1464/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Sahı̇ b qızının iştirakı ilə, İddiaçı Sahı̇ b qızının Cavabdeh qarşı “alimentin artırılması və xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sahı̇ b qızı Cavabdeh qarşı “alimentin artırılması və xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində müəyyən olunması, eyni zamanda X1 2022-ci il tarixdə əməliyyat xərci olan 3436 manat vəsaitin yarısı 1718 manat vəsaitin cavabdeh tərəfindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsinin 2017-ci il tarixli 2(007)-373/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah ləğv edilmiş və Cavabdeh xx.xx.2007-ci il tarixdə adanadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment hər uşaq üçün 137 (yüz otuz yeddi) manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-2250/2018 nömrəli iş üzrə məhkəmə iclasında alimentin miqdarı hər uşaq üçün 154 manat ümumilikdə isə 308 manat müəyyən edilmişdir. Daha sonra 2020-ci il tarixdə yaşayış minimumu artırıldığı zaman hər uşaq üçün 170 manat olduğu zaman artırılaraq 2 uşağa cəmi 340 manat müəyyən edilmişdir. Hazıda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləği uşaqların saxlanmasına kifayət etmir. Dəfələrlə cavabdehə aliment kimi ödədiyi məbləğin az olmasını, uşaqlarının saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik göstərmək istəmir, onların müalicələri, təlim-tərbiyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına öz maaşı ilə məşğul olur. Belə ki, böyük uşağın 16, kiçiyin isə 12 yaşı var və ölkə ərazisində olsa belə ata kimi bir dəfə də olsa belə uşaqları ilə maraqlanmır onların bütün problemlərini özü tək həll etməyə çalışır. O, bütün gün işdə olduğundan, yaşayış yeri məktəbdən uzaq olduğundan uşaqların dərsə, hazırlığa gedib gəlməsi üçün taksi xidmətlərindən istifadə edir ki, bu da əlavə xərclərin meydana gəlməsinə səbəb olur. Uşaqların məktəbə gedib-gəlməsinə yardım etməsi üçün dəfələrlə mürciət etsə də cavabdeh onun vaxtının olmadığını deyərək yardım etməkdən boyun qaçırmışdır. Nəticədə kiçik uşaq 3-4 ay demək olar ki, məkbəbə getməmişdir. Hal-hazırda məktəbə yaxın kirayə evdə yaşayır. Hamıya bəllidir ki, uşaqlar böyüdükçə artan xərclər, eyni zamanda ölkə üzrə infilyasiya nəticəsində ərzaq mallarının bahalaşması uşaqların saxlanması xərclərinin artımını təsdiq edir. Dövlət tərəfindən minimum alimentin miqdarı da elə bu səbəbdən hər il artırılır. Lakin qeyd etdiyi kimi, tək ana olaraq bu xərclərin öhdəsindən gəlmək olduqca çətindir. Həmçinin pandemiya zamanı böyük uşaq Covid 19 virusunun təsiri nəticəsində preforasiya olunmuş apendesit diqnozu ilə ilə xəstaxanaya yerləşdirilmiş və əməliyyat və xəstəxana xərclərini də borc alaraq (3400 manat) ödəmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2023-cü il tarixdə etiraz verərək iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, mülki iş üzrə İddiaçı ona qarşı yazdığı “alimentin artırılması” tələbinə dair iddia tələbini qanunsuz və əsassız olduğu üçün heç bir şəkildə qəbul etmir. O, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Səhhətində ciddi problemlər var. O, hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat alimenti vaxtı-vaxtında ödəyir. İddiaçı ilə rəmi nikahları məhkəmə qaydasında pozulduqdan sonra o, X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 adlı övladı anadan olmuşdur. Eyni zamanda onun daha əvvəlki, 1-ci nikahından anadan olan övladı xx.xx.2001-ci il təvəllüdlü X3 hazırda onun himayəsindədir, magistratura təhsili alır, onun bütün maddi ehtiyaclarını, xərclərini özü çəkir. Qanunvericiliyin tələblərinə əsasən hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar. Hazırki iş üzrə İddiaçı aylıq qazancı 2500 (iki min beş yüz) manat yetəri qədər kifayət edir ki, iki uşağa baxa bilsin. Hansı ki, İddiaçı hazırda SOCAR-da (Neft şirkətində) hüquqşünas vəzifəsində işləyir. Özünün deməsinə görə aylıq maaşı 2500 (iki min beş yüz) manatdır. Göründüyü kimi İddiaçı ilə nikahlarının ləğvindən sonra onun ailə vəziyyətində dəyişiklik olmuşdur. O, ailə qurmuşdur. Yeni nikahdan bir azyaşlı övladı anadan olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Maddi sıxıntılar içərisindədir. Lakin İddiaçı ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. Maddi vəziyyəti isə yüksək səviyyədədir. Aylıq qazancı 2500 manatdır. İddiaçı ilə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 2022-ci il tarixində apendesit diaqnozu ilə cərrahi əməliyyat olunanda o, 500 (beş yüz) manat pulu İddiaçı vermişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi 3400 manat məbləğ isə apendesit diaqnozu ilə cərrahi əməliyyat üçün ağlabatan məbləğ deyil. İddiaçı ilə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 2022-ci il tarixində apendesit diaqnozu ilə cərrahi əməliyyat olunarkən çəkilmiş xərcin yəni, 3400 manatın nə zaman hara, kimə ödədiyini təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı tamah məqsədi ilə şişirdilmiş rəqəm yazmışdır. Hazırda İddiaçı birgə nikah dövründə əldə etdikləri birgə qazanclarından aldığı 2 mərtəbəli şəxsi həyət evi var, yeni model Ford Fiesta markalı şəxsi avtomobili var. O, Cəbrayıl rayonundan məcburi köçkündür. Maddi sıxıntılarının olmasına baxmayaraq, çətinliklə də olsa 340 manat alimenti iddiaçıya vaxtı-vaxtında ödəyir. Məhz bu səbəblərə görə İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğundan, tamah məqsədi ilə yazıldığından məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi qanuni və əsaslı olardı. O, iddiaçının iddia tələbini heç bir şəkildə qəbul etmir. Məhkəmə iclasında İddiaçı Sahı̇ b qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, uşaqları məktəbə aparmağa taksi pulu çatdırmır. Uşaqların taksi xərci çoxdur deyə cavabdehdən onun aparıb-gətirməsini xahiş etsə də, cavabdeh onu da etmir. Uşaqların məktəbinə görə məktəbə yaxın yerdə kirayə ev tutmuşdur. Uşaq keçən dəfə əməliyyat edilmiş, onun 3436 manat xərci çıxmışdır. Cavabdeh həmin xərcin yarısını versin. Onun qohumları, yaxınları hamısı imkanlıdır. Cavabdeh bir dəfə belə olsun uşaqlarla maraqlanmır, uşaqları ilə görüşmür. Zəng etmir, öz həyatını yaşayır. O işləyir, cavabdeh isə uşaqlar üçün heç nə etmir. İki mərtəbəli evi onun atası tikib. Cavabdeh uşağa deyib ki o gedəndə bütün cehizlərini aparıb. Deyir ki, yenidən evlənmiş, kredit götürmüş, yeni əşyalar almışdır. Onun mətbəx mebeli, kondisioner, televizor, yataq mebelindən ibarət əşyaları olmuşdur. O, “Ford Fies” markalı maşını satıb öz borclarını ödəmiş, kirayə ev tutmuş, evə əşya almalı olmuşdur. O, Dövlət Neft Şirkətində işləyir, 2000 manata yaxın maaş alır. Amma yenə də uşaqların saxlanılmasına çatdırmır, uşaqlar repetitora gedir. Atası rəhmətə gedəndən sonra köməyi qalmamışdır, əvvəl atası kömək edirdi. Cavabdeh fərdi sahibkardır. “Star” Market qardaşınındır. Orada cavabdeh adminstrator işləyir. Cavabdeh hal-hazırda üçüncü nikahdadır. Cavabdeh onun qonşuluğuna köçmüşdür. Alimenti əksik ödəyir. Cavabdeh yaşadıqları evi satmış, oradan onlara pul verməli olduğu halda borcunun olduğunu, onu verəcəyini demişdir. Digər ev boş qalıb, Biləcəri tərəfdə yerləşir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh etirazın məzmununa uyğun izahat verərək aliment ödəməkdən boyun qaçırmadığını, onun yenidən ailə qurmasının nəzərə alınmasını, ailəsinin tələbatın ödədiyini, ağlabatan bir məbləğ təyin olunmasını, 200 manat ödəməyə razı olduğunu bildirdi və əlavə olaraq bildirdi ki, iddiaçıdan 2017-ci ildə boşanmışdır, onların birgə nikahından iki qızları var və o, hər zaman övladlarına həm maddi, həm də mənəvi dəstək olmuşdur. Daha sonra yenidən evlənmişdir və hal-hazırda ikinci evliliyindən Səfərov Yusif adında 5 yaşlı oğlu vardır. O, 2015-ci ilə kimi Vergilər Nazirliyində çalışmış, öz ərizəsi ilə işdən çıxmışdır. Hazırda nə rəsmi, nə də qeyri-rəsmi iş yeri, gəliri yoxdur. İddiaçı ilə onun birlikdə 2 mərtəbəli evləri olmuş, hansı ki, atası onu onlar üçün almışdır. O, həmin evdən bütün əşyaları götürüb çıxmış, sıfırdan ev qurmuşdur, belə ki, hələ də təmir edə bilmir. İddiaçı uşaqları ondan 2 il gizlətmişdir. O, uşaqları məhkəmə qərarı ilə görürdü. Ramil Səfərov onun qardaşıdır və ona o, kömək edir. Onun çoxlu borcu vardır. Qızının 2022-ci ilin yanvar ayında əməliyyat olunmasından onun 3-4 ay sonra xəbəri olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Sahı̇ b qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 373/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş uşaqların anaları İddiaçı Sahı̇ b qızının yanında saxlanılması, Cavabdeh, xx.xx.2016-cı il tarixdən başlanılmaqla xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment hissədə dərhal icra edilməsi qət edilmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbi ilə iddia qaldırmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2250/2018 nömrəli qətnaməsi ilə 31 mart 2007-ci il tarixdə anadan olmuş X4 və 30 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulmalı olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(007)-373/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 31 mart 2007-ci il tarixdə anadan olmuş X4 və 30 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 154 manat olmaqa, cəmi 308 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1027/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 31 mart 2007-ci il təvəllüdlü X2 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(007)-2250/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 31 mart 2007-ci il təvəllüdlü X2 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170,0 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər uşaq üçün hər ay 300 manat olmaqla 600 manat aliment və 3436 manat əməliyyat xərcinin yarısı 1718 manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Bununla bağlı iş materiallarına sübut olaraq əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 310362 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, X2 Covid-19 testinə və əməliyyata görə 3436 manat xərc çəkilmişdir. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 440 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “X1 2022-ci il tarixdə əməliyyat xərci olan 3436 manat vəsaitin yarısı 1718 manat vəsaitin cavabdeh tərəfindən tutulması” hissəsi ilə bağlı bildirir ki, uşağın əməliyyatı ilə bağlı iddiaçının 3436 manat xərc çəkməsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 310362 nömrəli mədaxil qəbzi ilə müəyyən edilmiş və bu fakt iddiaçı tərəfindən sübuta yetirilmişdir. Hansı ki, uşağın müalicəsi və məliyyatı üçün əlavə xərc tələb edilən uşaq ananın himayəsində olmaqla uşağın müalicəsi ilə bağlı qalan bütün qayğılar da iddiaçının üzərinə düşmüşdür. Buna görə də 3436 manat xərcin yarısı olan 1718 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin etirazında bildirdiyi X4 2022-ci il tarixində apendesit diaqnozu ilə cərrahi əməliyyat olunanda o, 500 (beş yüz) manat pulu İddiaçı verməsi barədə dəlili ilə bağlı bildirir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1027/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 200 manat olmaqla 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Sahı̇ b qızına ödənilməli, xx.xx.2007-ci il təvəllüdlü X2 əməliyyatına çəkilmiş 3436 manat xərcin yarısı olan 1718 manat vəsait Cavabdeh tutulub İddiaçı Sahı̇ b qızının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1027/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 200 manat olmaqla 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Sahı̇ b qızına ödənilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 əməliyyatına çəkilmiş 3436 manat xərcin yarısı olan 1718 manat vəsait Cavabdeh tutulub İddiaçı Sahı̇ b qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Sahı̇ b qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar