Məhkəmə qərarları › İş №2(007)-1466/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1466/2023

14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1466/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlaklar yataq dəsti (çarpayı, şifoner, komod və stol)- 1 ədəd, uşaq yataq dəsti - 1 ədəd, divankreslo dəsti, kəfkirli saat 1 ədəd, qorka 1 ədəd, soyuducu - 1 ədəd, stol - 1 ədəd, stul 6 ədəd, mebel qapı - 1 ədəd, xalça 2 ədəd, qırmızı rəngli bogema kravin rumka ilə 6 ədəd, xrustal bagema kravin rumka ilə - 6 ədəd, bogema meyvə qabı yaşıl - 2 ədəd, bogema konfet qabı göy rəngli 2 ədəd, xrustal güldan - 1 ədəd, madonna güldan – 1 ədəd, madonna uzun meyvə qabı 2 ədəd, madonna ağzı qapalı qənd qabı - 1 ədəd, xrustal iri rumka - 5 ədəd, xrustal orta rumka - 6 ədəd, xrustal rumka araq stəkanı - 6 ədəd, xrustal uzun mürəbbə qabı - 2 ədəd, xrustal hündür meyvə qabı - 1 ədəd, xrustal ağzı qapalı konfet qabı - 2 ədəd, dərin dayaz kasa qab dəsti- 60 ədəd, kravin rumkası 6 ədədli - 2 dəst, çay stəkanı xrustal - 6 ədəd, nəlbəki - 6 ədəd, oxlov 1 ədəd, dayaz, qab 3 buludlu - 10 ədəd, kasa balaca - 6 ədəd , kasa yekə -6 ədəd , çörək qabı 2 ədəd, madonna salfet qabı- 2 ədəd, çay dəstgahı 6 rumkalı - 1 dəst, padnos - 2 ədəd, 3 mərtəbəli madonna qab- 2 ədəd, dəmir çaynik, qəfədan- 1 dəst, tok çayniki - 1 ədəd, sokçəkən maşın - 1 ədəd, ütü- 1 ədəd, vedrə yekə - 1 ədəd, vanna yekə 2 ədəd, vedrə zibil üçün - 1 ədəd, su fincanı - 1 ədəd, divan kreslo üstü boz qara rəngli 1 dəst, slolüstü (kotanlı) - 2 ədəd, zərli qara- 1 ədəd, jurnal üstü süfrə (qara zərli)- 1 ədəd, stolüstü bənövşəyi gül 1 ədəd, kofe dəsti (göy)-6 ədəd, çay dəstgahı (madonna göy)- 6 fincanlı -1 dəst, balaca içi qırmızı sulu rumka - 3 ədəd, zərli iri tort qabı boz - 1 ədəd, narıncı rəngdə 6 dayaz boşqabı, səd buludlu 1 ədəd, qaşıq dəsti - bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı- 12 ədəd, iri qaşıq dəsti- 6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı - 1 dəst, emal olunmuş göy qazan dəsti 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxtada- 1 dəst, çilçıraq - İ ədəd, yastıq - 3 ədəd, iki yataqlı döşək - 1 ədəd, iki yataqlı yorğan 1 ədəd, uşaq üçün yastıq - 1 ədəd, uşaq üçün döşək - 2 ədəd, uşaq üçün yorğan 2 ədəd, uşaq üçün yataq örtüyü (çəhrayı)- 1 dəst, pərdə kətan - 2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal - 1 ədəd, tünd qırmızı rəngli yataq örtüyü - 2 yastıqlı - 1 dəst, kostyum şalvarla- 1 dəst, kostyum ətəklə- 1 dəst, şalvar cins - 2 ədəd, cins kapri 1 ədəd, yupka - 1 ədəd, köynəklər qış üçün- 6 ədəd, köynəklər yay üçün - 11 ədəd, toy geyimi don ağlı-qaralı - 1 ədəd, tək atlasdan kostyum 1 ədəd, jaket - 2 ədəd, çanta- 3 ədəd, ayaqqabı payız- 3 ədəd, boyun şərfləri- 3 ədəd, kəmərlər - 2-3 ədəd, saç- feni 1 ədəd, fen dəsti, qızın geyimləri: payız kurtkası 3 ədəd, palto 2 ədəd, papaq - 2 ədəd, çəkmə - 2 cüt, yay ayaqqabısı - 4 cüt. payız, ayaqqabısı 4-5 cüt, idman dəsti- 4 ədəd, jaket - 2 ədəd, köynəklər, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar - Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)- 3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)- 591/2023 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, göründüyü kimi iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi bu Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş 11204 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142211, terminal nömrəsi: K0232011, əməliyyat İD: 177585055, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 10:57) görünür ki, İddiaçı hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 132 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, mülki işin məhkəmə icraatı mümkün olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 132 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 132 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142211, terminal nömrəsi: K0232011, əməliyyat İD: 177585055, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 10:57) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar