Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-147/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X18, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X8, İddiaçı12 İdris oğlunun, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 Qulu oğlunun, X19 və İddiaçı25 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçılar İddiaçı25, İddiaçı4, İddiaçı16, İddiaçı2, İddiaçı10, İddiaçı23, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X18, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X8, İddiaçı12 İdris oğlunun, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 Qulu oğlunun, X19 və İddiaçı25 Cavabdehqarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, X39, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X26, İddiaçı12 İdris oğlu, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 Qulu oğlu, X40 və İddiaçı25 Cavabdeh qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət edərək, onların da, iştirakı ilə Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2,5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə Bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün, 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəliblər və bu işi şifahi tapşırıq müqaviləsi ilə, Cavabdeh və başqa bir kənd sakini X3 həvalə ediblər. Onlar həmin torpaq sahəsinin alınması üçün pul qoyublar. Cavabdeh və X12 qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdeh onlara bildirib ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsindən torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. 2023-cü ilin mayında onlara məlum olub ki, cavabdeh həmin torpaq sahəsini Məmmədli bələdiyyəsindən yox, X64 adlı şəxsdən (ünvan: ünvan 1inatlı pay torpağı olub və Cavabdeh bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Halbuki, 2012-ci ildə ağsaqqalların iştirakı ilə keçirilən iclas zamanı torpağın cavabdehin şəxsi mülkiyyətinə keçirilməsi barədə ona tapşırıq verilməyib. Cavabdeh həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də onlardan və kənd camaatından razılıq almayıb, bütün bunları onlardan xəbərsiz edib. Bu isə o deməkdir ki, 2016-cı ildən başlayaraq, orada dəfn edilən yaxınlarının qəbirləri üçün hər an problemlər yarana bilər. Çünki Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir və şəxsi mülkiyyətdə olan torpaq sahələrində, kənd təsərrüfatı təyinatlı torpaqlarda qəbiristanlıq salına bilməz. Həmin “Qaydalar” fiziki şəxslərin, istər fərdi mülkiyyətçi, istərsə də birgə mülkiyyətçilər olsun, ictimai təşkilatdan qəbiristanlıq salmasını qadağan edir. Göründüyü kimi, bu gün qüvvədə olan qanunlar qəbiristanlıq yerlərinin şəxsi mülkiyyətdə olmasını birmənalı olaraq qadağan edir və qəbiristanlıqların idarəçiliyi yalnız bələdiyyələrə aiddir. Bundan başqa, Cavabdeh ölümündən sonra onun vərəsələri tərəfindən də bu torpaq sahəsi üçün problemlərin yaranacağı qaçınılmazdır. Mövcud qanunların tələblərini və gələcəkdə yarana biləcək problemləri nəzərə alaraq, onlar, Cəhri qəsəbəsinin bir qrup sakini cavabdehə təklif ediblər ki, həmin torpaq sahəsini təcili öz şəxsi mülkiyyətindən çıxarsın, kənd camaatına qaytarsın. Bu vaxt, o torpaq sahəsinin alınmasında iştirak edən şəxslər arasında, torpağın Cavabdeh adından kimin adına və necə keçirilməsi haqqında fikir ayrılığı yaranıb. Bir qrup təklif edib ki, torpaq birgə mülkiyyət kimi pul qoyan adamların adına ümumi birgə mülkiyyət kimi qeydə alınsın. Onlar isə təklif ediblər ki, mövcud qanunlar və Nazirlər Kabinetinin yuxarıda göstərdikləri Qərarı, mülkiyyətçilərin sayından asılı olmayaraq, qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən yaradılmasını nəzərdə tutduğuna görə, bu torpaq sahəsi, bağışlama müqaviləsi ilə, əvəzsiz və qeyd-şərtsiz olaraq Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirilməlidir. Belə olan halda, Cavabdeh və bir qrup şəxs torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsinin əleyhinə çıxıblar və torpağın ümumi birgə mülkiyyət kimi qeydə alınmasında israr ediblər. Onlar isə hesab edirlər ki, əvvəla, 2012-ci ildə bu torpaq sahəsi alınanda, pul qoyub-qoymamasından asılı olmayaraq, bu torpaq sahəsi Cəhri və Gülşənabac kənd sakinlərinin hamısının və gələcək nəsillərin qəbiristanlıq ehtiyacları üçün alınıb və bir şəxsin, yaxud da qarşı tərəfin iddia etdiyi kimi, 354 şəxsin xüsusi mülkiyyəti kimi qeydə alına bilməz. İkincisi, neçə adamın mülkiyyətində olmasından asılı olmayaraq, mövcud qanunlar qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən salınmasını nəzərdə tutduğu üçün, bu torpaq sahəsi doğma kəndləri Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməlidir ki, o torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qanuna uyğun formada qəbiristanlıq kimi istifadə edilməsi mümkün olsun. Hətta, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, Cəhri qəsəbə sakinlərindən bir qrupu (147 nəfər) cavabdehə müraciət edərək, tələb ediblər ki, onların payına düşən torpaq sahəsini Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirsin. Həmin 147 şəxslə Cəhri qəsəbə bələdiyyə arasında bu barədə razılıq əldə edilib və Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyətinə qəbul etməyə hazır olduğu barədə rəsmi məktub yazdı. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Cavabdeh təklif edir ki, həmin sahə pul qoyan 354 adam arasında bölünsün, hər kəs öz payı üzərində istədiyi kimi sərəncam versin. Bu isə faktiki olaraq, qəbirstanlığın dağılması deməkdir. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoyublar. Bilsəydilər ki, nə vaxtsa bu torpaq sahəsi şəxslərin mülkiyyətinə veriləcək, heç vaxt pul qoymazdılar. Həmin torpaq sahəsinin kənd sakinlərinə, onların yeganə rəsmi təmsilçisi olan Cəhri bələdiyyəsinə verilməsi ilə bağlı təkliflərini qəbul etmədiyinə görə, Cəhri kənd sakini, həmin torpaq sahəsinin alınmasında ilk təşəbbüsün sahibi və ən çox pul qoyanlardan (10000 manat pul qoyub) biri kimi İddiaçı25 14 avqust 2023-cü il tarixli iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsində Cavabdeh və X56 qarşı iddiaqaldırıb. Bir çox həmkəndliləri də müstəqil tələb irəli sürən və sürməyən şəxslər kimi həmin işə qoşulublar. Həmin işə baxılarkən, 05 mart 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək bildirib ki, o, Cəhri kənd sakinlərinin puluyla alınmış torpaq sahəsindən 147 nəfərin payına düşən hissəni geri qaytarmağa etiraz etmir. Ona görə də, İddiaçı25 həmin iclasda iddianın baxılmamış saxlanması barədə ərizə verib və hakim də bunu qəbul edib. Həmin məhkəmə iclasından sonra cavabdeh yenə də torpaq sahəsini öz adından çıxarmaqdan, Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə yayınıb. Aralarında yaranmış mübahisəni sülh yoluyla, danışıqlarla həll edə bilməyiblər. Ona görə də, bu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Onlarda cavabdehdən tələb edirlər ki, onların da pulu ilə alınmış torpaq sahəsini, bağışlama müqaviləsi ilə, əvəzsiz və şərtsiz olaraq Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirsin. Cəhri qəsəbə bələdiyyəsi isə həmin torpaq sahəsini qəbul etməyə hazır olduğunu, Abşeron Rayon Məhkəməsinə ünvanladığı rəsmi məktubla artıq bildirib. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Bu torpaq sahəsi bölünəcəyi halda, o, özünün əsas funksiyasını, yəni qəbiristanlıq kimi istifadə edilə bilmək təyinatını itirəcək. Onların fikrincə, o torpaq sahəsi bölünə bilməz, bələdiyyə mülkiyyətindən başqa, hər hansı fiziki və ya hüquqi şəxs(lər)in mülkiyyətinə verilə bilməz. Onlar qəbiristanlıq üçün alınmış torpaq sahəsindən, paylarını tələb edən şəxslərin paylarına uyğun, onlara haqq ödəməyə hazırdırlar. Təki Cəhri qəsəbəsinin və Gülşənabad kəndinin gələcək nəsilləri o torpaq sahəsindən halallıqla və mübahisəsiz olaraq təyinatı üzrə istifadə edə bilsinlər.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı25 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iki kəndin sakinləri pul yığıb verəndə qəbiristanlıq üçün torpaq sahəsinin alınmasını istəyirdilər. Bu torpaq isə Səxavətin şəxsi mülkiyyətindədir. Səxavətin torpağı öz adına aldığını sonradan biliblər. 70000 manat pul yığılıb həmin pula alınmış torpaq Səxavətin şəxsi mülkiyyətindədir. Ona pulun verilməsi ilə bağlı sübut var, pul verənlər imza edib ağsaqqaların iştirakı ilə ona tapşırılıb torpaq. Onların siyahısında 354 adam var. 150 mindən artıq pul yığmışlar. Bu torpaq bələdiyyə torpağı deyil, kənd təsərrüfatı təyinatlı torpaqdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı16, İddiaçı2, İddiaçı10, İddiaçı23 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçılar X39, İddiaçı5, İddiaçı7 və İddiaçı21 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdilər və iddia tələbinin təmin edilməsini xahiş etmişdilər.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Burada hamı paylı mülkiyyətçidir. Əvvəl tam pay onun adına idi, lakin hazırda o, iki dəfə ayrı ayrı şəxslərə cəmi 17 nəfərə hər birinə 1/200 pay satıb. Ağsaqqallardan ibarət iclasda onun adına alınması təklif olunmuşdur. X53 sağdır, digərləri rəhmətə gediblər. X7 balansındadır. X7 ərazisində yerləşdiyi üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Məktuba əsasən yerli bələdiyyəyə müraciət etmələri tövsiyə olunub.
İş materialları:
7. Cavabdeh tərəfindən Cəhri və Gülşənabad kənd sakinlərinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış təklifə cavabdan görünür ki, hal-hazırda Abşeron Rayon Məhkəməsində bu məsələ ilə bağlı “Torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və pul tələbinə dair” e-2(012)-283/2024 saylı mülki iş davam edir. Məhkəmə iclaslarında Abşeron Rayon Polis İdarəsində və sosial şəbəkələrdə də dəfələrlə qeyd edilən torpaq sahəsinin həqiqətəndə Cəhri və Gülşənabad kənd sakinləri ilə birlikdə ümumi vəsaiti ilə alındığını bildirib, heç zaman inkar etməyib. Bununla yanaşı torpaq sahəsinin alınması məqsədindən kənar heç bir hərəkət etməyib, ümumi danışıqlardan kənara çıxmayıb. Lakin buna baxmayaraq qeyd edilən torpaq sahəsinin alınması üçün pul vəsaiti qoyan hər kəsin ödədiyi pula münasibətdə torpaq sahəsi verilməsinə və ya torpağın paylı mülkiyyətə çevrilməsinə heç bir etiraz etmir. Onu da qeyd edir ki, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxsin sonradan öz mülkiyyət hüququnu Cəhri bələdiyyəsinə və ya üçüncü şəxsin mülkiyyətinə verməsi həmin şəxsin hüququdur.
8. 18.11.2012-ci il tarixdə Cəhri kənd ağsaqqallarının müzakirəsinin nəticəsindən görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər: Cavabdeh başda olmaqla, X3 həvalə olundu. Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər. Ailədə neçə oğul varsa, ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər; Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdan 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər; Bundan sonra hüzürü düşən şəxslər məclislərində israfçılıq olmasın deyə çay, qənd, limon, xurma və halva qoyulması tələb olunur; Məclis axşam 20:00-a və ya 20:30-dək davam olunsun ki, hamı çatdırıb iştirak edə bilsin; Qəbiristanlığda layihədə göstərildiyi kimi 1, 2, 3, 4-cü cərgədə böyüklər, 5-ci cərgədə 2 yaşdan 5 yaşa qədər uşaqlar, 6-cı cərgədə ana bətnində tələf olunmuş və 1 yaşına qədər uşaqlar dəfn olunsun; Dəfn kimliyindən asılı olmayaraq ardıcıl formada sıra ilə getməsi, baş daşlarının ucuz və sadə formada düzəldilməsi tələb olunur; Bundan sonra hər bir kəs yeni ailə qurarsa 100 manatdan başlayaraq vəsait yığımında iştirak etməsi vacibdir; Hər təsərrüfat üçün 5 manat üzvlük haqqı verilsin ki, bundan sonra çadırların qurulması, müəyyən xidmətlərin və bizə lazım olan işçilərin məvacibi ödənilsin.
9. 18.11.2012-ci il tarixdə Cəhri kənd ağsaqqlarının iclasının nəticəsində görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər Cavabdeh başda olmaqla X3 həvalə olunsun; Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər; Ailədə neçə oğul varsa ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər. Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdarı 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
11. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, qəbiristanlıq kimi istifadə olunması üçün Cəhri kənd sakinlərinin yığdıqları vəsait hesabına onun adına rəsmiləşdirilən, mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2,50 torpaq sahəsinin kateqoriyasının, təyinatının dəyişdirilməsinə etiraz etmir, razıdır.
12. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 313 saylı məktubun surətindən görünür ki, onun RİH Başçısına ünvanladığı, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışı ilə mülkiyyətində olan, Məmmədli bələdiyyəsi ərazisində yerləşən 2,5 ha torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi barəsindəki müraciətinə Memralıq və tikinti şöbəsində baxılmışdır. Məlumat üçün bildirirlər ki, mülkiyyətində olan torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin müsbət rəyi alınmalıdır.Yuxarıda qeyd edilənləri nəzərə almaqla ona məxsus torpaq sahəsindən kənd qəbirstanlığı kimi istifadə edilməsinə etiraz etmirlər.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 04-22/7- 435 saylı məktubun surətindən görünür ki, onun xx.xx.2013-cü il tarixli ərizəsinə cavab olaraq bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində yerləşən 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salınması ilə əlaqədar tərəflərindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsi ilə ətrafdakı yaşayış məntəqələri arasında normativ sanitariya-mühafizə zonasına riayət edildiyi, sahədən mühəndis kommunikasiyaların keçmədiyi, eləcədə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 313 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarının və sanitariya qaydalarının tələblərinin təmin edilməsi şərti ilə həmin sahədə kənd qəbiristanlığının salınmasına etiraz etmirlər.
14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 15/424 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sənətlər Nazirliyi, Abşeron rayonu Məmmədli kəndi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX 010142 nömrəli Çıxarışına əsasən mülkiyyətinə aid, ümumi sahəsi 2.5 ha olan ərazinin kənd qəbiristanlığı məqsədilə istifadə olunmasına ekoloji tələblər baxımından ilkin etirazı olmadığını bildirir. Ərazinin yerləşmə mövqeyi üzrə CH-245-71 nömrəli norma sənədinin tələblərinin (300m) təmin olunduğu və Abşeron rayon İH-nin ilkin razılığının olması nəzərə alınsın. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi təmin olunmalı və ərazi təyinatı üzrə istifadə olunmalıdır.
15. Cavabdeh ilə X27, X13, X14, X20, X9, X33, X41, X28 arasında xx.xx.2023-cü tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hərbirinə) X27, X13, X14, X20, X9, X33, X41 və X15 2400 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir.
16. Cavabdeh ilə X34, X35, X16, X52, X21, X42, X43, X44, X36 arasında xx.xx.2023-cü tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hərbirinə) X34, X35, X16, X52, X21, X42, X43, X44 və X22 2700 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir.
17. Qəbzlərdən görünür ki, İddiaçı25 Cavabdeh 10000 manat pul ödəmişdir.
18. Cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qəbiristanlıq statusunun verilməsi üçün sərancam verilməsini xahiş etmişdir.
İşin faktiki halları:
19. Məhkəmə iclasında müəyyən olundu ki, Naxçıvan Muxtar Respublikasının Cəhri və Gülşənabad kənd sakinləri ilə cavabdeh X45 arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırıq müqaviləsinə əsasən kənd sakinlərinin qəbiristanlıq ehtiyaclarının təmin edilməsi üçün torpaq sahəsinin alınması Cavabdeh və X3 tapşırılmışdır. Kənd sakinlərinin vəsaiti hesabına Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının:
2.1.1-ci bəndinə əsasən qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi. 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. 5.3.1-ci bəndinə əsasən qəbiristanlıq köçürüldükdə, qəbiristanlıq bağlı elan edildikdə və yeni yaşayış məntəqəsi salındıqda yeni qəbiristanlığın salınması barədə qərar qəbul edilir. 5.1-ci bəndinə əsasən qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. 6.1-ci bəndinə əsasən qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. 9.1.3-cü bəndinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda qəbiristanlıq salına bilməz. 10.1-ci bəndinə əsasən qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır 16.1-ci bəndinə əsasən qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir.
22. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; bələdiyyələrə vəsiyyət edilən əmlak; qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak və s. bələdiyyə əmlakının yaranması mənbələri kimi müəyyən olunmuşdur.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 91-ci maddəsinə əsasən torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.
24. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı:
1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. 1.6-cı bəndinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
26. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:
2-ci maddəsinə əsasən qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
28. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar əslində Cavabdeh xüsusi mülkiyyətində olan 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilərək kateqoriyasının dəyişdirilməsini və həmin əraziyə qəbiristanlıq statusunun verilməsini xahiş edirlər. Çünki həmin torpaq sahəsində iddiaçıların yaxınlarına məxsus qəbirlər mövcuddur. Həmin torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla cavabdehin xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salına bilməz. Bundan əlavə qəbiristanlıq bələdiyyənin müraciəti əsasında salınır. Eyni zamanda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Sənədlərdən görünür ki, cavabdeh bu barədə ərizə ilə müraciət etmişdir, lakin müraciəti Məmmədli Bələdiyyəsi etməli idi. Həmçinin iş materiallarından müəyyən olunur ki, fiziki şəxslər bələdiyyələrə könüllü maddi yardım şəklində əmlak verməklə yanaşı, bələdiyyələrə əmlak vəsiyyət edə bilər ki, bu da, bələdiyyə əmlakının yaranması mənbələri kimi müəyyən olunmuşdur.
29. Həmçinin qəbiristanlığın salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. İş materiallarından da göründüyü kimi Məmmədli Bələdiyyəsinin belə bir müraciəti yoxdur.
30. Hazırda cavabdeh Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını bildirsə də məhkəmə hesab edir ki, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir.
31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, artıq cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsini (hər birinə) X17, X4, X5, X10, X2, X23, X29, X15, X24, X25, X6, X37, X11, X30, X31, X32 və X1 onların mülkiyyətinə vermişdir.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə əsasən cavabdehə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün cavabdehin xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsassız olduğundan təmin edilməməlidir
Məhkəmə baxışının hədləri:
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
35. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
Nəticə:
36. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X18, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X8, İddiaçı12 İdris oğlunun, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 Qulu oğlunun, X19 və İddiaçı25 Cavabdeh qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları rədd edilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, X18, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X8, İddiaçı12 İdris oğlunun, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 Qulu oğlunun, X19 və İddiaçı25 Cavabdeh qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova