Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1479/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3315/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdü X2, yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3315/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, X2 onun yanında qalması müəyyən olunmuş və uşağın yetkinik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən uşağın saxlanması üçün tutulan 154 manat məbləğində aliment ilə o, hazırki vaxtda uşağın saxlanılmasında çətinlik çəkir. Alimentin tutulmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri xeyli miqdarda artmışdır və belə olan halda 154 manat məbləğlə uşağın saxlanılması qeyri-mümkündür. Eyni zamanda cavabdehin Xalqlar Dostluğu yarmarkasında dükanı vardır və cavabdeh həmin dükanı icarəyə vermişdir. Bundan başqa cavabdehin Sabunçu rayonu Razin qəsəbəsində yerləşən ticarət mərkəzində dükanı vardır, həmin Türkiyə və Dubay parçalarının topdan və pərakəndə satışı ilə məsğuldur və aylıq qazancı kifayət qədər təşkil edir. İddia ərizəsinə əlavə olunmuş ********** nömrəli VÖEN-dən görünür ki, cavadeh vergi ödəyicisidir və vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Aliment ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə əlaqədar mediatora müraciat etmiş, lakin Cavabdeh alimentin artırılmasına razı olmadığına görə mediator tərəfindən ona xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/10-00110 nömrəli arayış verilmişdir. O da məcburiyyət qarşısında qalaraq alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, onun nə X1, nə də Sabunçu rayonu Razin qəsəbəsində yerləşən Ticarət Mərkəzində dükanı yoxdur. Heç bir yerdə işləmir, heç bir ticarətlə məşğul deyildir. Onun vaxtı ilə ticarətlə məşğul olmaq üçün ********** nömrəli VÖEN-i olmuşdur, sonralar həmin fəaliyyətini dayandırmış, VÖEN-də bağlamışdır. İddiaçı qevd etdiklərini iddia etdiyi halda, bunlara dair sübutları da məhkəməyə təqdim etməli idi. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, onun biznes fəaliyyəti ilə məşğul olmağına dair iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ondan hər ay 500 manat sabit pul məbləğində aliment tutulması üçün heç bir əsas yoxdur. Bundan başqa, onun xx.xx.2015ci il təvəllüdlü qızı Aylin Xəlilova ilə ünsiyyəti barədə qanuni qüvvəsini almış məhkəmə qərarı vardır. Lakin iddiaçı onun qızı ilə ünsiyyətini məhdudlaşdırmış, onun qızı ilə görüşməyinə 9 aydır ki, imkan vermir, uşağa kəskin psixoloji təsir etdiyindən qızı onunla və ailəsi ilə görüşə gəlməkdən imtina edir. Faktiki olaraq iddiaçı qanunvericiliyin tələblərini pozur. Həmçinin birgə nikah dövründə avtomaşınları olmuş, onun da dəyərinin 50% məbləğini, yəni 4300 manatını iddiaçıya vermişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir, əlavə gəliri də yoxdur. Qazancı olmadığı halda belə uşağının hər bir şeyinə kömək edir. Övladının qidası, geyimi, hətta repetitor yanında hazırlıqlarına belə özü kömək edir. İcra məmuruna da bununla bağlı şikayət etmişdir. Aliment ödəməyə ona ailəsi kömək edir. Onun imkanı yoxdur. Uşağın hazırlığı üçün o, 150 manat ödəyir. O, əvvəl parça satışı ilə məşğul olmuşdur. Karantin oldu və işlər dayandırıldı. Onun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır və o, bununla bağlı məhkəməyə arayış təqdim etmişdir. Eyni zamanda, iddiaçı onun artıq 5 ildir ki, uşaq ilə görüşünə maneə törədir. Hər dəfə uşağı ilə görüşmək istədikdə özü də görüşdə iştirak edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə hazırlıq və baxış iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə hazırlıq və baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak etmiş tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdü X3 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3315/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdü X2 anası İddiaçı yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 154 manat aliment tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni alimentin hər ay 500 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmiş və 60 manat mediasiya xərci çəkmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 500 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin gəlirinin yüksək olmasını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən hazırda cavabdehin adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli uçota dair arayışı ilə Cavabdeh sahibkarlıq və ya digər vergi tutulan əməliyyatların xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması, hazırda onun fəaliyyətinin dayandırılmış vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödədiyi mediasiya xərcini tələb etdiyindən iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait cavabdehdən tutularaq onun xeyrinə ödənilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan xx.xx.2015-ci il təvəllüdlü Xəlı̇ lova Aylin Bakı̇ r qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3315/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü Xəlı̇ lova Aylin Bakı̇ r qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, Hüseynova Esmı̇ ra Eyvaz qızına verilməli, İddiaçı Xəlı̇ lova Aylin Bakı̇ r qızı tərəfindən ödənilmiş 60 manat ilkin mediasiya sesiyası üçün mediasiya xərci cavabdeh Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan xx.xx.2015-ci il təvəllüdlü Xəlı̇ lova Aylin Bakı̇ r qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3315/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü Xəlı̇ lova Aylin Bakı̇ r qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, Hüseynova Esmı̇ ra Eyvaz qızına verilsin. İddiaçı Hüseynova Esmı̇ ra Eyvaz qızı tərəfindən ödənilmiş 60 manat ilkin mediasiya sesiyası üçün mediasiya xərci cavabdeh Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Hüseynova Esmı̇ ra Eyvaz qızının ödəməkdən azad olduğu 40 manat dövlət rüsumu cavabdeh Xəlı̇ lov Bakı̇ r Rövşən oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1479/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1479/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver