Məhkəmə qərarları › İş №2(007)-1480/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1480/2022

27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1480/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı Heydərəli qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı cavabdeh Osmanov Rəşad Rafiq oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmi iclasında İddiaçı Heydərəli qızı iddia tələbini onunla əsaslandırdı ki, 11.09.2017-cü il tarixdə 2 saylı “Asan Xidmət” mərkəzi tərəfindən 2279 akt qeydi ilə onunla Cavabdeh oğiu arasında nigah bağlanıb. Birgə nigahdan bir övladları,21.07.2018-ci il təvəllüdlü X3 anadan olub. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşadıqdan sonra aralarında fikir ayrılığı yaşanıb və Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulub və 21.07.2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi hər ay 160 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilib. Cavabdeh uşağın saxlanılmasında ona köməklik göstərmədiyi üçün məcbur qalıb cavabdehdən alimentin tutulması ilə bağlı Nizami rayon məhkəməsinə müraciət etmişdir. 160 manat həcmində aliment uşağın təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Bundan başqa,cavabdeh uşağın saxlanılmasına heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Övladı ilə birlikdə yaşayır, onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, heç olmasa bunun yarışı da cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh isə nə uşağın maddi durumu ilə maraqlanır, nə də ki, uşağın mənəvi cəhətdən qayğısına qalır. Onu da qeyd edir ki, yaşadığı evin kommunal xərclərin ödənişləri və uşağın böyüməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşağın normal yaşaması üçün hər il geyim əşyaları, normal qidalanma tələb olunur.Bütün bunları uşağı üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyri-mümkündür.Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona 2022-ci il tarixdən köməklik göstərmir. Buna görə də uşağı X1 üçün Cavabdeh aliment tutulmalıdır. Alimentin tutulmasını Mediasiyaya ərizə verdiyi gündən yəni fevral 2022-ci il tarixdən hesablanmasını və mediasiyaya ödədiyi 50 manat dövlət rüsumunun Cavabdeh tutulmasımı xahiş edir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)1790/2019 saylı iş üzrə qəbul etdiyi 20.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması, Cavabdeh 21.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin tutulması,alimentin tutulmasını və alimentin tutulmaının mediasiyaya müraciət etdiyi tarixdən hesablanması,eləcə də mediasiyaya ödədiyi 50 manat məbləğində mediasıya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)1790/2019 saylı iş üzrə qəbul etdiyi 20.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 21.07.2018-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh (Osmanova) İddiaçı xeyrinə tutulması qət edilmişdir. 29.03.2022-ci il tarixli qəbzdən görünür ki,26 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki,iddiaçı mediasiya xidməti üçün 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı Heydərəli qızının himayəsində qalmış uşağın mənafeyini, eləcə də alimentin artırılmış miqdarının qətnamə qanuni mindiyi gündən hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)1790/2019 saylı iş üzrə qəbul etdiyi 20.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, Cavabdeh 21.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı,alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddiaçının mediasiyaya sessiyasında iştirak etmək üçün ödədiyi 50 manat məbləğində mediasıya xərci Cavabdeh İddiaçı Heydərəli qızının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(003)1790/2019 saylı iş üzrə qəbul etdiyi 20.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Cavabdeh 21.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,00 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının mediasiyaya sessiyasında iştirak etmək üçün ödədiyi 50 manat məbləğində mediasıya xərci Cavabdeh İddiaçı Heydərəli qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar