Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1481/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi, Məsləhətçi Ramil Firdun oğlu Qurbanovun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 04 may 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» QSC arasında bağlanmış 20.12.2019-cu iltarixli 061A********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 9000 manat məbləğində kredit verilmişdir.O kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış,kredit müqaviləsi üzrə 23.03.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz hissəsindən ibarət vəsaiti qaytarmamışdır.Cavabdeh götürdüyü kredit borcundan cəmi 359.53 manat ödəniş etmişdir.Onun iddiaçıya 8640.47 manat məbləğində əsas borcu və 1364.45 manat faiz borcu qalmışdır.Qeyd olunanlara əsasən Cavabdeh,iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 061A********** saylı kredit müqaviləsi üzrə 8640.47 manat məbləğində əsas borcu və 1364.45 manat faiz borcu və 2494.07 manat məbləğində cərimə borcu olmaqla cəmi 12498.99 məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, o bankdan kredit götürmüşdür. İlk vaxtlar borcumu vaxtlı vaxtında ödəmişdir, lakin sonradan pandemiya ilə bağlı ödəniş etmək imkanı olmayıb. Ona əlavə cərimələr hesablanıb, həmin cərimələrdən başqa borcunu ödəməyə razıdır. Xahiş edir ki, cərimə borcu silinsin, qalan borcu vaxtlı-vaxtında ödəyəcək. İddiaçı “xxxx” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmişdir. İddiaçının nümayəndəsi İsmayılova Gülnar Əlvan qızı məhkəməyə teleqram göndərərək 04.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş,onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 20.12.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 1.75% olmaqla, 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit verilmişdir Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə 341 manat ödəməyi öhdəsinə götürmüşdür. 20.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, cavabdehə 9000 manat pul ödənilmişdir. Maliyyə arayışından görünür ki, 061A********** saylı kredit müqaviləsi üzrə cavabdehin 8640.47 manat məbləğində əsas borcu,1364.45 manat faiz borcu və 2494.07 manat məbləğində cərimə borcu olmaqla cəmi 12498.99 məbləğində borcu qalmışdır. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o 20.12.2019-cu iltarixli 061A********** saylı kredit müqaviləsi üzrə yaranmış borc tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmişdir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu iltarixli 061A********** nömrəli kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 9000 manat kredit verilmişdir,lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka əsas borca görə 8640.47 manat məbləğində əsas borcu, 1364.45 manat faiz borcu və 2494.07 manat məbləğində cərimə borcu olmaqla cəmi 12498.99 məbləğində borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 20.12.2019-cu iltarixli 061A********** nömrəli kredit müqaviləsi üzrə razılaşma üzrə 2494.07 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 2494.07 manat məbləğində dəbbə pulu azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8640.47 manat məbləğində əsas borc, 1364.45 manat faiz borcu, 200 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8640.47 manat məbləğində əsas borc, 1364.45 manat faiz borcu, 200 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu cəmi 10234.92 manat "xxxx" QSC-nin xeyrinə tutulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1481/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1481/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver