Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1492/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızının iştirakı ilə, İddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 yanında qalan yetkinlik yaşına çatmamış xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ona qulluğa görə Cavabdeh hər ay sabit pul məbləğində 100 manat olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə el adəti ilə ailə həyatı qurmuş və xx.xx.2017-ci il tarixdə Bakı 5 saylı Asan Ximət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçmişdir. Bu rəsmi nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı 2 övladları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da aralarında narazılıqların artması onların tamamilə başqabaşqa adamlar olmalarını sübut etmişdir. İddiaçı olaraq o, cavabdeh X5 qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və onun iddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2546/2021 saylı qətnaməsinə əsasən qismən təmin edilərək nikahları pozulmuş, Cavabdeh, xx.xx.2021-ci il tarixdən başlanılmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, eyni zamanda X6 və X7 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 40 manat olmaqla, ümumilikdə 80 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşaqları onun himayəsində qalmışdır. Uşaqlarını özü saxlamış və cavabdeh olan X8 məhkəmənin təyin etdiyi alimenti gecikdirməklə ödüyür. Uşaqların maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onların gündəlik təlabatlarını, sağlamlıqları və ümumiyyətlə cəmiyyətə layiqli bir insanlar kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalmışdır. Halbuki, uşaqlarının saxlanılması üçün onların tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. İndi həmin miqdarda olan pula uşaqları saxlamaq və onların təlabatını ödəmək çox çətindir. Uşaqlarının tələbatını ödəməyə çətinlik çəkir. O,bir ana kimi onların arzularını həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikahdan 2 övladı var. Əvvəl aldığı məbləğ artıq övladlarının saxlanılması üçün kifayət deyildir. Cavabdeh ilə bir neçə ildir ki, əlaqəsi yoxdur. Əvvəl işlədiyi barədə məlumatı olsa da indi gəliri və iş yeri ilə bağlı məlumatı yoxdur. Əvvəl cavabdeh restoranda ofisiant, sonra adminstrator işləyirdi. Cavabdeh borclarını ödəyir, lakin alimenti ödəmir. Hal-hazırda aliment borcuna görə axtarışdadır. Uşaqlar körpə olduğu üçün işləyə bilmir. Ailəsi ona maddi cəhətdən kömək edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2546/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Kərı̇ mova Cəmı̇ lə Yaşar qızının yanında saxlanılması, Cavabdeh, xx.xx.2021-ci il tarixdən başlanılmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 40 manat olmaqla, ümumilikdə 80 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər uşaq üçün hər ay 220 manat olmaqla 440 manat və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək 100 manat olmasını xahiş edir. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 440 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan, məhkəmə qətnaməsi ilə təyin edilmiş 40 manat aliment uşağın saxlanılması üçün kifayət etmədiyindən, hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X10 üç yaşına çatanadək Cavabdeh Kərı̇ mova Cəmı̇ lə Yaşar qızının xeyrinə hər ay 40 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat məbləğində aliment tutulub, Kərı̇ mova Cəmı̇ lə Yaşar qızına ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2546/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 200 manat olmaqla 400 manat, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutulub, Kərı̇ mova Cəmı̇ lə Yaşar qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2546/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 200 manat olmaqla, 400 manat, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutulub, Kərı̇ mova Cəmı̇ lə Yaşar qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Kərı̇ mova Cəmı̇ lə Yaşar qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin.Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1492/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1492/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver