Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1513/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı X8 Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini onunla əsaslandırdı ki, 23.08.2021-ci il tarixdə Bakı şəhəri,Nizami rayon məhkəməsinin 2(007)-3212/2021 saylı qətnaməsinə əsasən cavabdeh X5 onun xeyrinə övladları, 29.06.2018-ci il təvəllüdlü X3, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaqa görə 120 manat,ümumlikdə 360 manat sabit pul məbləğində aliment tutulması qət edlib. Həmin vaxtdan başlayaraq cavabdeh övladlarının saxlanılması üçün heç bir maddi kömək göstərməyib.Tənha ana olduğundan övladlarının saxlanması üçün 360 manat aliment onların tələbatını ödəmir.Bakı Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunan aliment məbləği uşaqlarının heç bir tələbatının ödənilməsinə yetmir.Onu da qeyd etmək istərdi ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqlarının bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki,uşaqlarının saxlanması üçün əlavə xərclərə görə aliment pulunun cavabdehdəh alınmasını və ona verilməsini istəyir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.Buna görə də o, aliment məbləğinin artırılması və əlavə xərclərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən cavabdeh X5 onun xeyrinə yetkinlik yaşına çatmayan övladları, 29.06.2018-ci il təvəllüdlü X3, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X1 üçün hər ay,hər uşaqa görə 200 manat, ümumlikdə 600 manat sabit pul məbləğində alimentin, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 eləcə də 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat ümumilikdə 800 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,İddiaçı ilə 25.05.2017 tarixində aralarında bağlanan nikah münasibətinə ötən ilin avqust ayında xitam verilib. Birgə nikahdan olan övladları 29 iyun 2018-ci il təvəllüdlü X10, 29 iyun 2019 təvəllüdlü X12 və 30 aprel 2021-ci il təvəllüdlü X11 analarının himayəsində saxlanılması və hər biri yetkinlik yaşına çatana qədər 2021-ci ilin iyul ayından hesablanmaqla hər bir uşaq üçün 120 manat cəmi 360 manat, 3 yaşına çatmayan iki uşaq üçün isə əlavə olaraq hər biri üçün 50 manat olmaqla 100 manat, cəmi 460 manat sabit pul miqdarında aliment tutulması barəsində Nizami Rayon Məhkəməsinin qətnaməsi qəbul olunub.Lakin məhkəmənin qərarı ilə uşaqları hər həftənin 1-ci gunu görməli olduğu halda qarşı tərəf müəyyən bəhanələr gətirərək uşaqları ona göstərmir, bununla da məhkəmənin qətnaməsini heçə saymış olur. O, özü ikinci Qarabağ müharibsinin iştirakçısı olub və müharibədən gəldiyi müddətdən isə ailədə əbəs yerə söz-söhbətlər, münaqişələr və problemlər baş verir. Müharibədən sonra səhhətində də problemlər yaranıb. Müharibənin abu-həvası üzərindən getməyib gəldiyii andan ailəni də itirmək, uşaqlarından da ayrı qalmaq onun üçün ağır təcrübə idi. Müharibə bitdikdən sonra isə işşiz qalmışdır. İşə düzəlmək üçün Dövlət Məşğulluq Xidmətinə də müraciət etmişdir. Lakin hal-hazıda iş tapa bilmir. Onu da bildirmək istəyir ki, yaşlı atası və anasına da o, baxır. İşləmək üçün müraciət etməsi ilə bağlı müvafiq sənədləri qoşmaya əlavə edəcək. Dövlət Məşğulluq Xidmətinə müraciət etməyinə baxmayaraq hələ vakansiya çıxmamış və o, hələ işaxtaran kimi qeydiyyatdadır. Hal-hazırda gündəlik iş olduğu zamanlarda işləyir. Belə vəziyyətdə alimenti ödəməklə yanaşı yaşlı atasına və anasına da o, baxır. Alimentin daha da artırılması onun üçün icrası mümkün olmayan öhdəlik yaradacaq. Özü də də çox istərdi ki, övladlarının sağlam gələcəyi və inkişafı üçün onlara daha yüksək miqdarda maddi kömək göstərə bilsin, lakin mövcud şərait bunu qeyri-mümkün edir. Ona görə yazıb xahiş edir ki iddia təmin edilməsin Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri,Nizami Rayon Məhkəməsinin 2(007)-3212/2021 saylı iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnaməyə əsasən iddiaçı X7 cavabdeh X9 qarşı nikahın pozulması və aliment tələbinə dair vb iddiası qismən təmin olunmuş, tərəflər arasında bağlanmış nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 29.06.2018-ci il təvəllüdlü X3, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 anaları X7 yanında saxlanması və uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay, hər uşaqa görə 120 manat,ümumlikdə 360 manat sabit pul məbləğində alimentin X7 xeyrinə tutulması, eləcə də 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay hər uşağa görə 50 manat,cəmi 100 manat X5 X7 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və iddiaçı X7 himayəsində qalmış uşaqların mənafeyini, eləcə də cavabdehin işləmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-3212/2021 saylı iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, 29.06.2018-ci il təvəllüdlü X3, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay,hər uşaqa görə 193 manat manat,ümumlikdə 579 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-3212/2021 saylı iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. 29.06.2018-ci il təvəllüdlü X3, 29.06.2019-cu il təvəllüdlü X6 və 30.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay, hər uşaqa görə 193 manat manat, ümumlikdə 579 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1513/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1513/2022
02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver