Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-152/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Pənahəliyev Eldar Cəmil oğlunun, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Pənahəliyev Eldar Cəmil oğluna və Cavabdeh2 qarşı “qeyriyaşayış sahəsinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Pənahəliyev Eldar Cəmil oğlunun cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Pənahəliyev Eldar Cəmil oğluna və Cavabdeh2 qarşı “qeyriyaşayış sahəsinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Pənahəliyev Eldar Cəmil oğlu və Cavabdeh2 onun xeyrinə maddi zərər kimi 2000 manat məbləğində pul vəsaitinin, 1600 manata ustaya yığdırdığı rəflərin və yaxud onların dəyər qiymətinin və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3636 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehlərlə İcarə müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb və parfumeriya məhsullarının satışı ilə məşğul olub. Həmin qeyri-yaşayış sahəsində ticarətlə məşğul olduğu zaman icarə haqqını vaxtlı-vaxtında ödəyib və qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına 2000 manat məbləğində təmir işləri gördürüb. xx.xx.2021-ci il tarixədək göstərilən ünvanda fəaliyyət göstərib, lakin xx.xx.2021-ci il tarixdə cavabdehlər tərəfindən zorla qeyri-yaşayış sahəsindən çıxarılıb. Halbuki, İcarə Müqaviləsinin 4.2-ci bəndinə əsasən müqaviləyə xitam vermək istəyən tərəf qarşı tərəfi 1 ay qabaqcadan xəbərdar elməlidir. Hazırda, o, həmin qeyri-yaşayış sahəsində işləmir, cavabdehlər isə onun qeyri-yaşayış sahəsinə çəkdiyi 2000 manat məbləğində xərci və həmin qeyri-yaşayış sahəsində taxta, güzgü və şüşə materialından 1600 manata ustaya yığdırdığı rəfləri ona qaytarmaq istəmirlər. Ona görə də, cavabdehlərə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun xeyrinə, yararsız hala saldığı sahənin bərpası zamanı vurulmuş maddi zərər 1300 manat pul vəsaitinin, icarə haqqı ödəməməsi səbəbindən vurulan maddi zərər 1200 manat pul vəsaitinin, cavabdehin təqsiri üzündən pozulmuş sağlamlığın bərpası zamanı vurulmuş maddi zərər 1000 manat pul vəsaitinin, 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 3567 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 5 m2 sahəsi cavabdehə verilib, bu barədə icarə müqaviləsi bağlanıb. Göstərilən sahədə fəaliyyət göstərdiyi müddətdə cavabdeh icarə müqaviləsinin 2.6, 4.3.1-ci maddələrinin tələbini pozub, ona təmirli vəziyyətdə verilmiş sahəni yararsız hala salıb. Həmin sahənin bərpa edilməsi nəticəsində ona 1300 manat maddi zərər vurulub. Cavabdeh icarə müqaviləsinin 2.4-cü maddələrinin tələbinə əsasən vaxtı-vaxtında icarə haqqı ödəməli olduğu halda, ödəməyib, bu səbəbdən ona 1200 manat maddi zərər vurub. O, işlədiyi sahəni tərk etdikdən sonra uzun müddət yaşlı və xəstə olan atası Eldar Cəmil oğlu Pənahəliyevi təhqir və təhdid etməsi səbəbindən onun sağlamlığına zərər vurub, onun sağlamlığı pozulub. Cavabdehin təqsiri üzündən atasının pozulmuş sağlamlığını bərpa edərkən ona 1000 manat maddi zərər dəyib. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin ondan tutularaq xeyrinə alınması məqsədi ilə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müracəiət edərək, Cavabdeh2 Pənahəliyev Eldar Cəmil oğlu ilə əvəz edilməsini xahiş etmiş, Pənahəliyev Eldar Cəmil oğlu buna etiraz etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 qarşılıqlı iddia üzrə əsl iddiaçı Pənahəliyev Eldar Cəmil oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddianı qismən, yəni 1200 manat icarə haqqının ödənilməsi hissəsində qəbul edir. Əlavə olaraq bildirdi ki, mütəxəssis ünvana baxış keçirmədən rəy verib. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Pənahəliyev Eldar Cəmil oğlu qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mütəxəssis rəyinə etiraz etmir. Lakin İddiaçı 5 il əvvəl icarə obyektini tərk edib və 5 il əvvəlki qiymətlərlə indiki qiymətlər eyni deyil. İddiaçı polis bölməsindəki izahatında bütün əşyalarını çıxardığını və açarı könüllü təhvil verdiyini qeyd edib. Məhkəmə prosesi başlanmamışdan əvvəl də özü məhkəməyə ərizə ilə müraciət etmiş və ərizəsində icarə obyektinin boş olduğu və cəmi iki taxta olduğunu qeyd edib. Bundan başqa, İddiaçı dəfələrlə zəng edərək, onu təhqir etməklə sağlamlığına 1000 manat həcmində zərər vurub. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qəbul etməyib, ilkin iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı polis pölməsində verdiyi izahatda icarə obyektində ona məxsus olan bütün əşyaları götürdüyünü qeyd edib, ona məxsus heç bir əşya cavabdeh tərəfindən götürülməyib. Mütəxəssis rəyi də fotoşəkillər əsasında aparılıb, rəylə razı deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ümumi sahəsi 30,6 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2nın adına qeydiyyata alınmışdır. - İcarəyə verən Pənahəliyev Eldar Cəmil oğlu və icarəçi İddiaçı arasında xx.xx.2019cu il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyəverən Pənahəliyev Eldar Cəmil oğlu ünvan 3 ümumi sahəsi 30,60 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 5 kv.m sahəsini icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı icarə ayı üçün 100 manat müəyyən edilir. - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, müraciət müəllifləri İddiaçı və Pənahəliyev Eldar Cəmil oğluna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, "xxxx" MMC-nin direktoru İddiaçı ətir satışı məqsədi ilə xx.xx.2019-cu ildə ünvan 3 Cavabdeh2a məxsus mağazanın bir hissəsini icarəyə götürüb. Bu barədə icarə müqaviləsi bağlanıb. Uzun müddət icarə haqqını ödəyə bilməyib. Ha-hazırda bu günə 1200 manat borcu vardır. Həmin məbləği icarə verən Cavabdeh2a xx.xx.2021-ci ilə kimi ödəməyi söz vermişdir. - Məhkəməyə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 1 ədəd disk və fotoşəkillər təqdim edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-112/2024 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 Pənahəliyev Eldar Cəmil oğluna məxsus qeyri-yaşayış binasının mebel hissəsinin hazırkı bazar qiyməti 1050 manat, likvid qiyməti isə 950 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İcarəyə verən Pənahəliyev Eldar Cəmil oğlu və icarəçi İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyəverən Pənahəliyev Eldar Cəmil oğlu ünvan 3 ümumi sahəsi 30,60 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 5 kv.m sahəsini icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı icarə ayı üçün 100 manat müəyyən edilmişdir. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Pənahəliyev Eldar Cəmil oğlu və Cavabdeh2 onun xeyrinə maddi zərər kimi 2000 manat məbləğində pul vəsaitinin, 1600 manata ustaya yığdırdığı rəflərin və yaxud onların dəyər qiymətinin və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını, qarşılıqlı iddia üzrə iddiaçı Pənahəliyev Eldar Cəmil oğlu isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız hala saldığı sahənin bərpası zamanı vurulmuş maddi zərər 1300 manat pul vəsaitinin, icarə haqqı ödəməməsi səbəbindən vurulan maddi zərər 1200 manat pul vəsaitinin, cavabdehin təqsiri üzündən pozulmuş sağlamlığın bərpası zamanı vurulmuş maddi zərər 1000 manat pul vəsaitinin, 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 3567 manat məbləğində pul vəsaitinin tutulması xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbinin “maddi zərər kimi 2000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində icarə obyektində 2000 manat məbləğində xərc çəkdiyini göstərmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə icarə obyektinin təmir edilməsi şərtləri və qaydası müəyyən edilməmişdir. İddiaçı icarə obyekti üzrə 2000 manat xərc çəkdiyini qeyd etsə də, obyektdə görülmüş işlərə dair məhkəməyə heç bir məlumat təqdim etməmiş, görülmüş işlər üzrə çəkilmiş xərclərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7.
1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir; Maddə 9.
4. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur;
6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir;
7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, MM-in: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən sifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən hissədə iddia tələbini sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi “maddi zərər kimi 2000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin “1600 manata ustaya yığdırdığı rəflərin və yaxud onların dəyər qiymətinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh tərəf Yüksəl Mehmətin Sumqayıt ŞPİ-nin 4-cü PB-də vermiş olduğu izahatına istinad edərək, Yüksəl Mehmətin icarə obyektindəki mallarını yığdığını və dükanı tərk edərək, dükanın açarını verdiyini qeyd edərək, iddianın bu hissədə təmin edilməməsi xahiş etmişlər. Buna baxmayaraq, Eldar Pənahəliyev Sumqayıt ŞPİ-nin 4-cü PB-də izahat verən zaman Yüksəl Mehmətin mağaza üçün düzəldirmiş olduğu rəfləri tullağını qeyd etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh Eldar Pənahəliyev icarə obyektində bir neçə rəf qaldığını, həmin rəflərin götürülməsini tələb etsə də, iddiaçının kirayədə qaldığını bildirərək rəfləri götürmədiyini, onun da rəfləri atdığını bildirmişdir. Göründüyü kimi, ilkin iddiaçı məhkəmə baxış iclasında inkar etsə də, daha əvvəl iddiaçıya məxsus rəflərin icarə obyetində qalmasını və tərəfindən atıldığını qəbul etmişdir. Bu səbəbdən məhkəmə iddianı hazırkı hissədə əsaslı hesab edir. MM-in: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfində xx.xx.2024-cü il tarixdə icarə obyekti olan ünvan 3 ünvana baxış keçirilmişdir. Məlum olmuşdur ki, icarə obyekti hazırda başqa şəxsə icarəyə verilmiş və iddiaçıya məxsus heç bir əşya həmin ünvanda yoxdur. Bu səbəbdən məhkəmə iş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə əsasən rəflərin dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyinin alınmasını təmin etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-112/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 Pənahəliyev Eldar Cəmil oğluna məxsus qeyri-yaşayış binasının mebel hissəsinin hazırkı bazar qiyməti 1050 manat, likvid qiyməti isə 950 manat təşkil edir. Məhkəmə rəflərin istifadə olunduğunu nəzərə alaraq hesab edir ki, rəflərin dəyəri kimi ilkin iddia üzrə cavabdeh Pənahəliyev Eldar Cəmil oğlundan 950 manat məbləğində pul tutularaq ilkin iddia üzrə X2 ödənilməlidir. Məhkəmə iddianın Cavabdeh2 aid hissəsində əsassız hesab edərək, icarə müqaviləsinin subyektlərinin icarəverən Pənahəliyev Eldar Cəmil oğlu ilə icarəçi X1 olduğunu nəzərə alır. Məhkəmə qarşılıqlı iddia tələbinin “yararsız hala salınmış sahənin bərpası zamanı vurulmuş maddi zərər 1300 manat pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbindən icarəçinin istifadəsinə verilmiş sahəsinin yarasız hala salındığını və həmin sahənin bərpa edilməsi üçün 1300 manat vəsait sərf edildiyi qeyd edilsə də, göstərilənlərə dair (dəymiş ziyan, təmir xərci və s.) məhkəməyə heç bir sübut təqdim edilməməmişdir. Bu səbəbdən məhkəmə iddiaçı həmin hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “icarə haqqı ödəməməsi səbəbindən vurulan maddi zərər 1200 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 100 manat təşkil edir. Qarşılıqlı iddia üzrə cavabdeh Yüksəl Mehmet tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli iltizama əsasən isə o, 1200 manat icarə haqqı borcunun olduğunu etiraf etməklə, xx.xx.2021-ci il tarixinədək icarə haqqını qaytaracağına söz vermişdir. Həmçinin, məhkəmə iclasında da, qarşılıqlı iddia tələbini “1200 manat icarə haqqının ödənilməsi hissəsində” qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 1200 manat məbləğində pul tutularaq Pənahəliyev Eldar Cəmil oğluna ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehin təqsiri üzündən pozulmuş sağlamlığın bərpası zamanı vurulmuş maddi zərər 1000 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin onun təhqir və təhdid etməsini və bununla da onun sağlamlığına zərər vurduğunu, sağlamlığının bərpa edilməsi üçün 1000 manat məbləğində xərc çəkdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müxtəlif klinikalarda müayinə olunmasına dair məhkəməyə sənədlər təqdim etsə də, onun tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə cavabdehin onun təhqir və təhdid etməsi və ya qeyd edilənlərlə onun sağlamlığına vurulmuş ziyanla səbəbli əlaqə, salamlığına vurulmuş zərərin bərbası üçün çəkdiyi xərclər və s. ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qarşılıqlı iddia tələbini cavabdehin təqsiri üzündən pozulmuş sağlamlığın bərpası zamanı vurulmuş maddi zərər 1000 manat pul vəsaitinin ödənilməsi” hisəsində əsassız hesab edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Pənahəliyev Eldar Cəmil oğlundan 950 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı ilə Pənahəliyev Eldar Cəmil oğluna arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı kimi 1200 manat məbləğində pul cavabdeh İddiaçı tutularaq Pənahəliyev Eldar Cəmil oğluna ödənilməli, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməldir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, ilkin iddia üzrə iddiaçı X3 tərəfindən məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 67 manat ödənilib. İlkin iddia üzrə iddiaçı 3600 manat iddia tələbinə münasibətdə 56 manat dövlət rüsumu və qarşılıqlı iddia üzrə iddiaçı 3500 manat iddia tələbinə münasibətdə 55 manat dövlət rüsumu ödəməli idi. Məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 21 manatı iddiaçıya aid edilməli, əlavə ilkin iddia tələbi üzrə ödənilməli olan 20 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyinə görə aparılmış əmlakın qiymətləndirilməsinin dəyəri olan 200 manat məbləğində pul vəsatinin 118,75 manatı cavabdehə, qalan 81,25 manatı iddiaçıya aid edilməli və "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı Cavabdeh2 aid edilməli və artıq ödənilmiş 32 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh2 qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Pənahəliyev Eldar Cəmil oğlundan 950 manat məbləğində pul və ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 21 manatı İddiaçı aid edilsin və ilkin iddia üzrə ödənilməli olan əlavə 20 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 118,75 manatı Pənahəliyev Eldar Cəmil oğlundan, qalan 81,25 manatı İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı idda qismən təmin edilsin. İddiaçı ilə Pənahəliyev Eldar Cəmil oğluna arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı kimi 1200 manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 19 manat məbləğində pul cavabdeh İddiaçı tutularaq Pənahəliyev Eldar Cəmil oğluna ödənilsin. Məhkəmə xərclərinə aid olan qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı Cavabdeh2 aid edilsin və artıq ödənilmiş 32 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh2 qaytarılsın (FİN: xxxxxxx, X4, qəbz nömrəsi: **********, tarix və vaxt: xx.xx.2023, 12:49:50). Qarşılıqlı idda qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva