Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1521/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi markalı ** TY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 07 dekabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə mənə məxsus olub, X7 tərəfindən etibarnamə əsasında idarə edilən və yolun sağ hissəsində dayanmış vəziyyətdə olan “Lexus-LX570” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomaşının sol arxa qanad və təkər hissəsi ilə toqquşmuş, bundan sonra ikinci zolaqda hərəkət edən X1 idarə etdiyi “Toyoto Prius” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşmuş, nəticədə Taryel Məhhərəmov sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət almış, iddiaçıya məxsus nəqliyyat vasitəsinə isə maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-629/2023 saylı qərarına əsasən təqsirli bilinsə də, zərərçəkmiş Taryel Məhərrəmovla barışdığından cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilmişdir. Yol nəqliyyat vadisəsi nəticəsində iddiaçıya məxsus olan nəqliyyat vasitəsinə dəymiş maddi zərəri Cavabdeh istər ibtidai istintaq və istərsə də məhkəmə baxışı zamanı ödəyəcəyini dəfələrlə bildirsə də, barəsində olan cinayət işinə xitam verildikdən sonra vurulmuş zərəri ödəməkdən boyun qaçırmışdır. Yol nəqliyyat hadisəsindən sonra iddiaçıya məxsus olan “Lexus-LX 570” markalı nəqliyyat vasitəsi, zəruri ehtiyat hissələri alınmaqla tərəfindən təmir olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə 167738 saylı qaimə-faktura əsasında fiziki şəxs X2 2.650 manatlıq, fiziki şəxs X4 xx.xx.2022-ci il tarixli 000249 saylı qaimə əsasında 1.660 manatlıq, xx.xx.2022-ci il tarixli 000057 saylı qaimə əsasında 335 manatlıq, 05.01,2023-cü il tarixli 000061 saylı qaimə əsasında 140 manatlıq, xx.xx.2023cü il tarixli 000060 saylı qaimə əsasında 300 manatlıq, xx.xx.2023-cü il tarixli 000083 saylı qaimə əsasında 160 manatlıq olmaqla cəmi: 5.245 manatlıq ehtiyat hissələri alınmış, əmək haqqı olaraq “Gənclik” kiçik müəssisəsinin ustalarına 1.750 manat ödənilməklə iddiaçıya məxsus olan “Lexus- LX 570” markalı ** KK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 6.995 manat maddi zərər dəymişdir. Göstərilən nəqliyyat vasitəsi etibarnamə əsasında X5, ailə üzvlərini məktəbə, işə aparmaq və s. işləri görmək məqsədilə verilmişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinin təmiri yeddi ay çəkməli olduğundan həmin müddət üçün ayı 300 manat olmaqla başqa nəqliyyat vasitəsi tutulmuş, həmin nəqliyyat vasitəsinə də bu müddətdə cəmi 2.100 manat vəsait ödənilmişdir. Beləliklə Cavabdeh tərətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıya 9.095 manat maddi zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 629/2023 saylı qərarından görünür ki, “Mercedes BenzA160” markalı, 10TY918 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X6 tərəfindən ƏN-V 959548 saylı etibarnamə əsasında, xx.xx.2024-cü ilədək müddətə idarə etmək üçün Cavabdeh verilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının” xx.xx.2023-cü il tarixli 8/2339 saylı rəyinə əsasən “Mercedes Benz A160” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomoboilin sürücüsü Cavabdeh qıznın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi, Cavabdeh iddiaçının mülkiyyətində olan “Lexus-LX570” markalı ** KK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu 9.095 manat maddi zərərin və məhkəmənin hesabına ödənilmiş 111 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, qəza cavabdehin təqsiri nəticəsində törədilmiş və iddiaçıya maddi ziyan dəymişdir. Lexus markalı avtomobil servisdə deyil, başqa ustada təmir edilmişdir. Çünki servis xərcləri daha yüksək məbləğə başa gələcəkdi. Belə ki, servisdə avtomobilin ehtiyat hissələrinin qiyməti çox bahadır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, qəza 2 il öncə baş verib. O, qəza baş verən vaxtı iddiaçıya avtomobili təmir etməyi təklif etsə də, iddiaçı buna ehtiyac olmadığını bildirmişdir. Avtomobil Lexus servisində təmir edilməmişdir. Avtomobili qəza törədilən zaman başqası idarə etmişdir. Göstərilən məbləğ hədsiz yüksəkdir. Onun öz avtomobil ustası xərclərin cəmi 3000 manat olduğunu demişdir. O yalnız 3000 manat məbləğini hissə-hissə ödəyə bilər. Həmin təmir xərcləri heç 2000 manat da tutmayacaq. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, 000057 nömrəli qaimənin surətindən görünür ki, Toyota Parts avtomobil ehtiyat hissələrindən **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün, Qurbanov Zahid adından “amortizator”- 2 ədəd, 200 manat, “solnik”- 3 ədəd, 60 manat, “yağ 2.5 l” 1 ədəd, 65 manat, “germetika”- 1 ədəd, 10 manat olmaqla cəmi 335 manat məbləğində ehtiyat hissələri alınmışdır. - xx.xx.2022-ci il tarixli, 000249 nömrəli qaimənin surətindən görünür ki, Toyota Parts avtomobil ehtiyat hissələrindən **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün “bufer arxa”- 1 ədəd, 600 manat, “stop sol”- 1 ədəd, 350 manat, “radar” 1 ədəd, 200 manat, “stanqa”- 2 ədəd, 440 manat, “link arxa”- 1 ədəd, 40 manat olmaqla cəmi 1660 manat məbləğində ehtiyat hissələri alınmışdır. - xx.xx.2022-ci il tarixli, 167738 nömrəli qaimə-fakturanın surətindən görünür ki, **- KK-*** dövlət qeydiyyat nişanlı, Lexus 5.7- qara avtomobil üçün, Qurbanov Zahid adından “arxa most”- 1 ədəd, 1200 manat, “şarlota bufer”- 1 ədəd, 400 manat, “palos zbor” 1 ədəd, 1050 manat olmaqla cəmi 2650 manat məbləğində ehtiyat hissələri alınmışdır. - xx.xx.2023-cü il tarixli, 000061 nömrəli qaimənin surətindən görünür ki, Toyota Parts avtomobil ehtiyat hissələrindən **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün, Qurbanov Zahid adından “arxa stop soloska”- 2 ədəd, 140 manat məbləğində ehtiyat hissəsi alınmışdır. - xx.xx.2023-cü il tarixli, 000060 nömrəli qaimənin surətindən görünür ki, Toyota Parts avtomobil ehtiyat hissələrindən **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün, Qurbanov Zahid adından “hava çıxan yer”- 1 ədəd, 170 manat, “arxa saloska”- 2 ədəd, 110 manat, “buferin kanti” 2 ədəd, 70 manat olmaqla cəmi 300 manat məbləğində ehtiyat hissələri alınmışdır. - xx.xx.2023-cü il tarixli, 000060 nömrəli qaimənin surətindən görünür ki, Toyota Parts avtomobil ehtiyat hissələrindən **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün, Qurbanov Zahid adından “bufer kant”- 1 ədəd, 35 manat, “radar yuvası”- 2 ədəd, 30 manat, “kalpak” 2 ədəd, 80 manat, “knopka”- 1 ədəd 15 manat olmaqla cəmi 160 manat məbləğində ehtiyat hissələri alınmışdır. -“X9” tərəfindən verilmiş 35 nömrəli defekt aktının surətindən görünür ki, Lexus 570 markalı, 2010-cu il buraxılışlı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlər, elektrik və armaturçunun əmək haqqı 300 manat, motorçu və çilingərin əmək haqqı 400 manat, dəmirçinin əmək haqqı 500 manat, rəngsazın əmək haqqı 550 manat olmaqla 1750 manat təşkil etmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətdən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. -AB seriyalı, 399005 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KK *** dövlət qeydiyyat nişanlı, Lexus-LX 570 minik markalı, universal tip, buraxılış ili 2010-cu il olan, qara rəngli, 3UR3056997 mühərrikli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. -xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 111 manat dövlət rüsumu ödəmişdir. -Cavabdeh məxsus BA seriyalı, 030559 nömrəli sürücülük vəsiqəsinin surəti, qəzanı əks etdirən foto şəkil və foto-cədvəl iş materiallarına əlavə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Lexus LX 570” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil haqqında hər hasnı məlumat tapılmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh texniki cəhətdən saz və xüsusi mülkiyyətində olan “Mersedes Benz” minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili “BA030559" nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi ilə 07 dekabr 2022ci il tarixdə saat 11-də 60 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə əvvəlcə X3 yolun sağ tərəfində dayandırdığı “Lexus-LX 570” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa qanad və təkər hissəsi ilə toqquşduqdan sonra 2-ci zolaqda hərəkətdə olan X1 idarə etdiyi “Toyoto Prius” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Taryel Məhərrəmova sağ əlin V daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. 16 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərara əsasən X3 istifadəsində olan “LEXUS LX570” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olmasının izah edilməsi və qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “LEXUS LX570” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil AB seriyalı, 399005 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətində olmaqla, etibarnamə əsasında X5, ailə üzvlərini məktəbə, işə aparmaq və s. işləri görmək məqsədilə verilmişdir. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün, Qurbanov Zahid adından “amortizator”- 2 ədəd, 200 manat, “solnik”- 3 ədəd, 60 manat, “yağ 2.5 l” 1 ədəd, 65 manat, “germetika”- 1 ədəd, 10 manat, “bufer arxa”- 1 ədəd, 600 manat, “stop sol”- 1 ədəd, 350 manat, “radar” 1 ədəd, 200 manat, “stanqa”- 2 ədəd, 440 manat, “link arxa”- 1 ədəd, 40 manat, “arxa most”- 1 ədəd, 1200 manat, “şarlota bufer”- 1 ədəd, 400 manat, “palos zbor” 1 ədəd, 1050 manat, “arxa stop soloska”- 2 ədəd, “hava çıxan yer”- 1 ədəd, 170 manat, “arxa saloska”- 2 ədəd, 110 manat, “buferin kanti” 2 ədəd, 70 manat, “bufer kant”- 1 ədəd, 35 manat, “radar yuvası”- 2 ədəd, 30 manat, “kalpak” 2 ədəd, 80 manat, “knopka”- 1 ədəd 15 manat olmaqla cəmi 5245 manat məbləğində ehtiyat hissələri alınmışdır. “X9” tərəfindən verilmiş 35 nömrəli defekt aktına əsasən Lexus 570 markalı, 2010-cu il buraxılışlı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlər, elektrik və armaturçunun əmək haqqı 300 manat, motorçu və çilingərin əmək haqqı 400 manat, dəmirçinin əmək haqqı 500 manat, rəngsazın əmək haqqı 550 manat olmaqla 1750 manat təşkil etmişdir. Hazırda İddiaçı ona dəymiş 9.095 manat (6995 manat maddi ziyan+2100 manat taksi ödənişləri) maddi zərərin və məhkəmənin hesabına ödənilmiş 111 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası CPM-nin 65.4-cü və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya 6995 manat maddi ziyan dəymişdir. Belə ki, işdə olan sübutlarla da təsdiq olunur ki, sözügedən 6995 manat ziyanın 5245 manat hissəsi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsinin təmiri məqsədilə yuxarıda sadalanan ehtiyat hissələrinin alınmasına sərf edilmiş, habelə usta haqqı qismində 1750 manat təmir xərci olmuşdur, ümumilikdə isə yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin bərpası üçün (5245+1750=6995) 6995 manat pul vəsaiti xərclənmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi dəymiş 6995 manat ziyanın cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin başqa nəqliyyat vasitəsinin tutulması üçün ödənilmiş 2100 manat hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cavabdehin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdehin izahatında göstərdikləri iddianın rədd edilməsi üçün mütləq əsas kimi qəbul olunub qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı avtomobilinə dəymiş ziyana görə 6995 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 111 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 11 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6995 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 11 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1521/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1521/2024
17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver