Məhkəmə qərarları › İş №2(007)-1527/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1527/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1527/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili- Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Borclu1 və Borclu2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Borclu1 və Borclu2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu1 və Borclu2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3588.31 ABŞ dolları əsas borc, 1217.46 ABŞ dolları faiz borcu və 223.26 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5029.03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və İddiaçı ASC ilə Borclu1 arasında bağlanmış xx.xx.2015-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ASC, əsl iddiaçı olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 31 faizlə 26 ay müddətinə 3800 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli 046-15/BK saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3588.31 ABŞ dolları təşkil edir. Borcun təminatı olaraq Borclu2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2016-cı ilədək Borclu1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3588.31 ABŞ dolları əsas borc, 1217.46 ABŞ dolları faiz borcu və 223.26 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 5029.03 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1858.79 ABŞ dolları əsas borc, 2988.87 ABŞ dolları faiz borcu, 4892.74 ABŞ dolları cərimə borcu, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 560.30 ABŞ dolları olmaqla ümumilikdə 10300.70 ABŞ dolları borcun və 112.54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddianın dəlillərini müdafiə edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, işlərin çoxluğu ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edib, iddia tələbinin yalnız əsas borcun tutulmasına aid hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə borcalan Borclu1 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Borclu1 26 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" ASC ilə borcalan Borclu1 arasında bağlanmış 046-15/BK saylı, 20 fevral 2015-ci il tarixli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana 3800 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 3588.31 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur. - "xxxx" ASC ilə borcalan Borclu1 və zamin Borclu2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli 170008418/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Borclu2 həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Borclu1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - Azərbaycan Respublikasının Mərkəzi Bankının 3 may 2023-cü il tarixli, 6-1-16/2- 2383/2023 saylı məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Borclu1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüş və cavabdehə cəmi 3102.99 manat kompensasiya hesablanmışdır. Fərmanın qüvvəyə mindiyi günə- xx.xx.2019-cu il tarixinə Borclu1 qeyd edilən kredit müqaviləsi üzrə 3588.31 ABŞ dolları (6100 manat) əsas kredit borcu, habelə digər kredit təşkilatlarına kredit müqavilələri üzrə müvafiq olaraq 182.5 manat, 397.1 manat və 1337.43 ABŞ dolları (2273.63 manat) əsas kredit borcu olduğundan, hesablanmış kompensasiya Fərmanın 2-ci hissəsinə əsasən həmin borcların ödənilməsinə yönəldilmişdir. Göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. - Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1164 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 15-16-cı vərəqlərində İddiaçı ASC ilə Borclu2 arasında olan xx.xx.2015-ci il tarixli **********/ZM nömrəli Zaminlik müqaviləsində “Zamin” qrafasındakı və “Müqaviləni oxudum. Şərtlərlə razıyam” əlyazmalarından aşağıda yerləşən imzalar; 20-ci vərəqində olan 046-15/BK/ZM saylı xx.xx.2015 tarixli Zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə sazişdə “3.2. Zamin Borclu2” qrafasından aşağıda yerləşən imza - Eyni Şəxs - Borclu2 tərəfindən icra olunmuşdur. - Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5260 nömrəli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə olan borc aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 1858.79 ABŞ dolları, faiz borcu üzrə 2410.15 ABŞ dolları, faiz borcu üzrə (5%-lə) 703.30 ABŞ dolları. - Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilən 06 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən Borclu1 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 30 may 2023-cü il tarixinədək 1858.79 ABŞ dolları əsas borc, 2988.87 ABŞ dolları faiz borcu, 560.30 ABŞ dolları gecikdirilmiş vaxt üçün borc və 4892.74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10300.70 ABŞ dolları borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Borclu1 arasında 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Borclu1 26 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdeh Borclu2 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, cavabdeh Borclu2 20 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əsas borclunun "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən əsas borclunun zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərilərinə götürmüşdür. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərilərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Bununla belə məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Borclu1 adına olan kredit Restrukturizasiya məbləğinə aid edilmişdir. İddiaçı borclunun Restrukturizasiya edilməsi məqsədi ilə dəvət edildiyinə və borclunun gəlib onlarla müqavilə bağlamadığına istinad edərək həm əsas, həm faiz, həm də cərimə borcunu tələb edir. Lakin məhkəmə hesab edir ki, borclunun Restrukturizasiya ilə bağlı müqavilə bağlamaması ondan əsas borcdan əlavə faiz və cərimə borcunun tələb edilməsinə əsas verə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmABŞ dollarıur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmaqdır. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin kreditorun təklifinə baxmayaraq borclunun təqsiri ucbatından bağlanıla bilməməsi, Borclunun dövlətin dəstəyindən istifadə etmək və ya Bankların qarşılaşdıqları maliyyə itkisini dövlətdən təmin etmək imkanından məhrum etmir, əksinə borclunu yalnız güzəştli şərtlərlə müqavilə bağlamaq imkanından məhrum edir. Yəni Borclu yeni güzəştli şərtlərlə müqavilə bağlamaqdan yayınırsa, onsuzda bu hal onun vəziyyətinin pisləşməsi ilə nəticələnir. Belə ki, borclu faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il müddətinə ödəmək imkanından (imtiyazından) imtina etmiş hesab olunur. Bu fakt isə banklara əsas borcdan əlavə faiz və cərimə borcunun da tələb edilməsi ixtiyarını vermir. Beləliklə, borclunun vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlamaması Fərmanın məqsədi və təyinatı nəzərə alınarsa onun ziyanına təfsir edilə bilməz. Odur ki, iddiaçı vaxtı keçmiş kredit müqaviləsi üzrə yalnız əsas borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada 1858,79 ABŞ dolları əsas borc (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 80,54 manat ödənilmiş dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 80.54 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun 32 manat hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-xətşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 238 (iki yüz otuz səkkiz) manat pul vəsaiti cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada 1858,79 (min səkkiz yüz əlli səkkiz ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları əsas borc (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 80,54 (səksən manat, əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 238 (iki yüz otuz səkkiz) manat pul vəsaiti cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar