Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1538/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün, onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-340/2018 saylı, 16 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş və məhkəmənin qətnaməsi ilə birgə nikahdan doğulmuş X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat alimenti vaxtı-vaxtında ödəmir və başqa heç bir maddi köməklik göstərmir. Hal-hazırda X4 18 (on səkkiz) yaşı bu ilin sentyabr ayında, X3 isə 16 (on altı) yaşı bu ilin noyabr ayında tamam olacaqdır. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Bütün bunlarla yanaşı, Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini belə həmin vaxtdan bəri gecikdirə-gecikdirə ödəyir. Uşağın bütün qayğılarını, ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, belində 12 mm yırtıq olmasına baxmayaraq 3 ildir ki, dərman anbarında işləyir. O, texniki şöbə üzrə fəhlədən tutmuş rəhbərliyə çay verməyə qədər hər işi edir. Onun əmək haqqısı 524 manatdır, əmək haqqısından çıxıldıqdan sonra kartla 450 manat əmək haqqı alır. O, iş yeri orada olduğu və uşağı orada təhsil aldığı üçün Buzovnada 350 manata kirayədə qalır. Qızının 3 ay sonra, bu ilin sentyabr ayında 18 yaşı tamam olacaqdıq. Qızı tibb kollecində ikinci kursda təhsil alır, bu il praktikaya gedəcək, digər övladı isə 9-cu sinfi bitirəcəkdir. O, uşaqları çətinliklə saxlayır, cavabdeh özü iki uşağı 235 və ya 300 manatla saxlaya bilərdimi? Cavabdeh özü də aylıq 400 manat kirayə haqqı ödəməklə kirayədə qalır. Lakin, uşağa evinin olduğunu demişdir. Cavabdeh nə vaxt uşaqla görüşmək istəmişdir ki, onu uşaqlarla görüşdürməmişdir? O, uşaqların ataları ilə görüşməsindən imtina etməmiş, əksinə uşaqlara ataları ilə görüşmələrini demişdir. Cavabdeh uşaqlara pul verir və həmin pulu halal etmədiyini deyir. O həmçinin qeyd etdi ki, oğlu Türkiyədə seriallarda və çəkilişlərdə iştirak edir, gələn ay çəkilişi olduğu üçün atasından ölkədən getməsi üçün etibarnamə istəyəndə cavabdeh aliment borcuna görə onu həbs etdirdiklərinə görə etibarnamə verməmişdir. O, işdən məzuniyyət götürüb Beyləqan rayonuna gedərək bu işi də həll edəcəkdir. Onun qızının başında 23 mm kista var, Röyala uşağı xaricə müailəcəyə aparması üçün etibarnamə verməsini demiş, cavabdeh də etibarnamə vermədiyi üçün qızını burada güclə “İstanbul NS” klinikasında əməliyyat etdirmiş, kistanı əritməyə vermiş, bunları cavabdehin yığılıb qalan aliment borcunun ödənilməsi nəticəsində etmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır. Röyalın atasına öz atası qədər hörməti var. Alimenti atası ödəyib. Cavabdeh fiziki cəhətdən sağlamdır. Alimentdən qaçmaq üçün etibarnamə vermir. Uşaq 3 gün bundan əvvəl yığıb etibarnamə verməsini istəyəndə niyə deyirdi ki, uşaqların atalığından imtina edəcəkdir . Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmamasını və əvəvlki aliment məbləğinin qüvvədə qalmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, işləmir, günəmuzd fəhlədir, fəhlə işi gedib-görür, malyar kimi də işləyir, lakin çatdıra bilmir. Onun ciyərlərində, nəfəs bronxlarında problem var, tozlu işlərdə işləyə bilmir. Atası ona kömək edirdi, atası təzəlikcə açıq ürək əməliyyatı olunmuşdur. O, aylıq 450 manat kirayə haqqı ödəyir. Qeyri-rəsmi olaraq 8 ildir ki, ailə qurmuşdur, lakin övladı yoxdur. O, 300 manat alimenti güclə ödəyir, hal-hazırda 980 manat aliment borcu vardır. Aliment borcunu hal-hazırda azaltmışdır. O, 8 ildir ki, övladımlarını görmür, bununla bağlı cavabdehə müraciət etmişdir. Onun ailəsi təndirdə işləyir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(007)-346/2014 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixindən başlayaraq İddiaçı xeyrinə hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3809/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək xx.xx.2006cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00532 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay 235 manat olmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etmiyərək, əvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 300 manat məbləğin dəyişdirilməməsini xahiş etdi. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının və cavabdehin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 470 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(007)-3809/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulan alimentin tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(007)-3809/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1538/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1538/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver