Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1549/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 30020 (otuz min iyirmi) manat pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-246/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması və pul” tələbi barədə iddiası üzrə e-2(007)-352/2025 saylı mülki işə Saatlı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası üzrə 2(055)-246/2025 saylı mülki iş birləşdirilməsi qərara alınmışdır. Həmin iş xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiasına dair 2(007)-1549/2025 saylı mülki iş və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X1 qarşı “alğı-satqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması və ya pul” tələbinə dair e-2(007)-352/2025 saylı mülki işin bir-biri ilə əlaqəli olduğundan onların bir icraatda birləşdirilməsi məsələsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkilinin fikrini öyrənmiş, etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər bir biri ilə əlaqəli olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, MPM-nin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair 2(007)-1549/2025 saylı mülki iş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X1 qarşı “alğısatqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması və ya pul” tələbinə dair e-2(007)-352/2025 saylı mülki işlə birləşdirilməli, 2(007)-1549/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair 2(007)-1549/2025 saylı mülki iş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X1 qarşı “alğısatqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması və ya pul” tələbinə dair e-2(007)-352/2025 saylı mülki işlə birləşdirilsin. 2(007)-1549/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1549/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1549/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver