Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1555/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2558/2018 saylı, 09.07.2018-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(007)-6728/2017 saylı qətnaməsi ilə müəyyən olunan aliementin miqdarı dəyişdirilərək, 17 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Tarıverdiyeva (Əbilova) Vəfa Mübariz qızının xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh hər ay oğlu X1 üçün onun xeyrinə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin artırılması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh maddi imkanının olmamasının nəzərə alınmasını, bu səbəbdən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 11.08.2018-ci il tarixdə Masallı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1983-cü ildə Masallı şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.1984cü ildə anadan olmuş Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2017-ci il tarixdə verilmiş AZ-İİİ 908356 №li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 17 iyul 2012-ci ildə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ 198072 №li nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən həmin tarixdə Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş, bu barədə akt qeydləri kitabına 225№ ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qaına Tarıverdiyeva soyadı verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2558/2018 №li, 09.07.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(007)-6728/2017 №-li qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 17 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Tarıverdiyeva (Əbilova) Vəfa Mübariz qızının xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 75.1. maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(007)-2558/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından doğulmuş 17 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan sabit pul məbləğində aliment artırılsın, tərəflərin birgə nikahından 17 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1555/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1555/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver