Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1574/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” ASC-nin cavabdeh X2 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” ASC cavabdeh X2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1020 (min iyirmi) manat əsas, 0,57 (əlli yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1020,57 (min iyirmi manat əlli yeddi qəpik) manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin “ASAN 1 şöbəsi” ilə X6 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, BPM**********54 saylı Kredit müqaviləsinə əsasən X5 16 ay müddətinə, illik 20% dərəcəsi ilə hesablanmaqla, 1020 (min iyirmi) manat məbləğində kredit verilmişdir. X6 15 iyun 2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 miras əmlakdan tay hissədə paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə X6 arasında bağlanmış 14 iyun 2019cu il tarixli, BPM**********54 saylı Kredit müqaviləsindən və ona əlavə sənədlərdən görünür ki, “Bank” X5 16 ay müddətinə, illik 20% dərəcəsi ilə hesablanmaqla, 1020 (min iyirmi) manat məbləğində kredit verməyi, borc alan S.D.Həsənov isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 09 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” ASC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 18 iyun 2019-cu il tarixli, AZ-İİ seriyalı, 025718 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 iyun 2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 yanvar 2021-ci il tarixli, 60 saylı məktubundan görünür ki, 15 iyun 2019-cu il tarixdə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 vərəsəlik işinin açılmasına dair mərhumun ünvan 1 ünvanında qeydiyyatda olan, 01 noyabr 1960-cı il təvəllüdlü arvadı- X3 müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 14 iyun 2019-cu il tarixli, BPM**********54 saylı Kredit müqaviləsi əsasında 1020 (min iyirmi) manat əsas, 0,57 (əlli yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1020,57 (min iyirmi manat əlli yeddi qəpik) manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi cavabdeh X1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1574/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1574/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver