Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1575/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nizami oğluna,Cavabdeh3 Cavabdeh5 və Cavabdeh4 qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 Nizami oğluna,Cavabdeh3 Cavabdeh5 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ”Yelo Bank” ASC-dən illik 21 faizlə 24 ay müddətinə 25000 AZN kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 ilə 22 sentyabr 2020-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2022-ci il martın 31-dək Cavabdeh1 banka 22 sentyabr 2020ci il tarixli kredit müqaviləsi üzrə 10724.2 AZN əsas borc, 800.88 AZN faiz borcu və 360.15 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 11885.23 AZN borcu vardır. Cavabdeh1 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 360.15 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 90.04 manat məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunanları nəzərə alıb xahiş edir ki,Cavabdeh1 ilə bağlanan 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, eyni zamanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4dan müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 10724.2 AZN əsas borc, 800.88 AZN faiz borcu və 90.04 AZN cərimə borcu olmaqla, cəmi 11615.12 AZN borcun və 124.85 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 Nizami oğlu,Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şıxsin izahatınl dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli müqavilələsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 25000 AZN kredit götürüb. İddiaçı ASC ilə Cavabdeh2 Nizami oğlu,Cavabdeh3 Cavabdeh5 və Cavabdeh4 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki,zaminlər həmin kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh1 22 sentyabr 2020-ci il tarixli il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5207 manat əsas, 57.73 manat faiz,409.24 manat cərimə olmaqla cəmi 5674.8 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 125.25 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki borclulara pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir.Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Digər cavabdehlər isə müqavilə ilə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişlər. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini qismən əsaslı hesab edir.Belə ki,iddiaçı tərəfindən təqdim olunmuş sonuncu, xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh1 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5207 manat əsas, 57.73 manat faiz,409.24 manat cərimə olmaqla cəmi 5674.8 manat borcu vardır. Ona görə də iddia tələbi qismən, 5674.8 manat hissədə təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1, Cavabdeh2 Nizami oğlundan,Cavabdeh3,Cavabdeh5 və Cavabdeh4 müştərək qaydadaİddiaçı ASCnin xeyrinə 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5207 manat əsas, 57.73 manat faiz,409.24 manat cərimə olmaqla cəmi 5674.8 manat kredit borcu və 124.85 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yelo Bank” ASC Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 Nizami oğlundan, Cavabdeh3,Cavabdeh5 və Cavabdeh4 müştərək qaydadaİddiaçı ASC-nin xeyrinə 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5207 manat əsas, 57.73 manat faiz,409.24 manat cərimə olmaqla cəmi 5674.8 manat kredit borcu və 124.85 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1575/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1575/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver