Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1575/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 1248/19 saylı qətnaməsi ilə hər ay bir uşağa görə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 (altmış) manat mediasiya haqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2009-cu ildə X2 anadan olmuşdur. Aralarındakı nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-2063/15 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş qızı Zəhra himayəsində saxlanmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 109 manat alimentin sabit məbləğdə tutulması qət olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2063/2017 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehdən tutulan alimentin miqdarı 137 manat müəyyən olunmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1248/2019 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehdən tutulan alimentin miqdarı 160 (yüz altmış) manat müəyyən olunmuşdur. Cavabdehlə birgə nikahdan doğulmuş övladları X1 yaşa dolduqca saxlanması üçün xərcləri artır, əlavə xərclər tələb olunur, cavabdeh fərdi əməklə məşğul olmaqla kifayət qədər qazanc əldə etməsinə baxmayaraq uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən yayındığından və əlavə xərclərdə iştirak etmədiyindən müəyyən çətinliklər yaranır, cavabdeh isə alimentin miqradını könüllü artırmaq istəmir və bunun üçün edilmiş cəhdlər nəticəsiz qalmışdır. Ona görə də məsələ ilə bağlı yenidən məhkəməyə müraciət etməyə məcbur olmuş, məsələ ilə bağlı Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin məsələ öz müsbət həllini tapmadığından məhkəməyə müraciət etməli olmuş, 60 manat mediasiya xidmək haqqı tərəfindən ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, işləmir, İİ dərəcə əlilliyi vardır və uşağın məktəb, geyim və qidası ilə bağlı xərclərini çatdıra bilmir. Cavabdeh iki il ərzində 4 dəfə ailə qurmuş, birgə övladlardan başqa 5 övladı daha vardır. Bunu deməklə onun imkanı olduğunu vurğulamaq istəyir. Cavabdehin 6000 manat ödənilməmiş aliment borcu vardır, aliment ödənişlərini 20-30 manat olaraq verir. Lakin bununla bağlı şikayət etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 2063/2015 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2063/2017 saylı qətnaməsi ilə alimentin miqdarının dəyişdirilərək 137 manat olması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1248/2019 saylı qətnaməsi ilə isə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək 160 manat sabit pul məbləğində olması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2023-00097 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını xahiş edir. Cavabdehə məxsus (055)-914- 67-15 mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman cavabdeh iddianı qəbul etdiyini, övladı üçün alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019-cu ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1248/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsaiti tələb etdiyindən və iddia tələbi təmin edildiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1248/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1575/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1575/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver