Məhkəmə qərarları › İş №2(007)-1577/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1577/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1577/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə “xxxx” ASC arasında 08.05.2019-cu il tarixdə imzalanan kredit müqaviləsinə əsasən borcluya 15000 manat məbləğində kredit verilib. Cavabdeh vaxtlı-vaxtında kredit borcunu ödəmədiyi üçün bank qarşısında borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınıb.Hal-hazırda cavabdehin 13398.40 manat əsas borcu, 2068.73 manat faiz borcu cəmi 15467.13 manat ödənilməmiş borcu vardır. Odur ki, qeyd olunanları nəzərə alıb Cavabdeh oğlundan “xxxx” ASC-nin xeyrinə 15467.13 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanan 08.05.2019cu il tarix tarixli, BPM**********25 nömrəli kredit müqaviləsindən görünür ki,Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat kredit verilməsi barədə tərəflər arasaında razılıq əldə olunmuşdur. 14 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 15467.13 manat borcu qalmışdır. Mədaxil qəbzindən görünür ki, məhkəmnədə iddia qaldırmaq üçün cavabdeh 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış 11.01.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,cavabdehdən borcun qaytarılması tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında 08.05.2019-cu il tarix tarixli, BPM**********25 nömrəli kredit müqaviləsi bağlanmış, Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat kredit verilmişdir. Bank öz öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də,sonuncu öz öhdəliklərin tam və layiqincə yerinə yetirməmişdir. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin 15467.13 manat borc qalığı mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh 13398.40 manat əsas borc, 2068.73 manat faiz borcu, cəmi 15467.13 manat kredit borcu və 30.40 manat dövlət rüsumu “xxxx” ASC -nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar