Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1578/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakimi Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17500 manat məbləğində pulun və 143 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, təxminən 2024-cü ilin fevral ayında ona məxsus “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 ünvanda yerləşən Şahid Avil oğlunun istifadəsində olan dəmirçi sexində təmir olunması üçün saxlayıb. Lakin daha sonrakı aylarda səhhətində yaranmış problemlərlə əlaqədar avtomobili ilə maraqlana bilmədiyi üçün avtomobil həmin sexdə qalıb. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən dəmirçi sexinin yerləşdiyi ərazidə yanğın baş verdiyi barədə mənə məlumat verildi. Təxminən hadisədən 2 gün sonra hadisə yerinə getdim, bu zaman sexin yerləşdiyi ərazinin yandığını, nəticədə ona məxsus “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanaraq məhv olunduğunu görüb. Yanğın hadisəsinə səbəb hasarın digər tərəfindən yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icarəyə götürdüyü qeyriyaşayış obyektində ərazisində olan elektrik xətlərində yaranmış qısaqapanma olub. Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsinin baş müstəntiqi, baş leytenantı X4 tərəfindən 29 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib.
Cavabdehlərin etirazı və ona dəlilləri:
3. Cavabdehlər etirazla məhkəməyə müraciət edərək qeyd etmişlər ki, İddiaçı onlara qarşı irəli sürdüyü iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, nəzərə çatdırır ki, o, Cavabdeh2 həmin mülki iş üzrə cavabdeh ola bilməz. Həmin qeyri-yaşayış obyekti deyilən yeri oğlu Cavabdeh1 icarəyə götürüb, həmin yerdə də o, fəhlə kimi işləyirdi. Hadisə zamanı yanğının onların işlətdikləri qeyri-yaşayış obyektindən qaylandığı sübütu yoxdur. Həmin yanğın qısa qapanmadan baş verib və mənbəyini onların işlətdikləri qeyri-yaşayış obyektindən yarandığını güman edirlər. Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, baş leytenantı X4 tərəfindən 29 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7521 saylı məhkəmə yanğın və exnoloji partlayışların tətqiqi ekspertizasının rəyi ilə müəyyən olunub ki, yanğının mənbəyi, əraziyə girişdən uzaq sol küncdə Cavabdeh2 icarəsindəki sahədə yerləşən ofis otağında olub. Mənbə zonası hesab edilən ofis otağında taxta konstruksiyalardan olan hər iki divarının, döşəmə hissəsinin, eləcə də tavan-dam hissəsinin tamamilə yanıb-itdiyinə görə yanğının ofisin konkret olaraq hansı nöqtəsi sahəsindən başlandığını müəyyən etmək mümkün olmayıb. Bununla yanaşı, ofis otağından götürülmüş nümunələrdə (elektrik naqillərdə və ayırıcıda) elektrik qəza hallarına xarakterik əlamətlərin və yanğından sonrakı qalıqlardan götürülmüş nümunələrdə neft məhsullarının izlərin aşkar edilmədiyinə görə, yanğının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmayıb. ünvan 1 ünvanda yerləşən “X2” ASC-nin ərazisində baş vermiş bilavasitə səbəbini müəyyən etmək mümkün olmadığına görə, qərarın üçüncü sualı üzrə təhqiqat aparılmayıb. Lakin hadisənin bilavasitə səbəbini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin kimlər tərəfindən pozulması halı üzrə təhqiqat aparılması müəyyən olmayıb. Eyni zamanda nəzərə çatdırırlar ki, onların işlətdikləri qeyri-yaşayış obyektində baş vermiş yanğın nəticəsində onlara 21880 manat ziyan dəyib. Onlara dəymiş ziyanı heç kəsdən tələb edə bilmirlər. İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 1996-cı ilin buraxılışı olmaqda avtomobilin istifadəyə yararsız olaraq təmir üçün aylarla sexdə qalıb. O, həmin avtomaşını yararsız halda 4000 manata satmaq istəyirdi, çünkü avtomobil aşıb və yararsız halda idi. Hətta avtomaşın o halda idi ki, ustaya deyirdi ki, 2000 manat pul ver, motoru istifadə et. Lakin qiymətləndirilmə apararkən həmin avtomaşının qiyməti şişirdilərək, 17500 manat qeyd olunub, qiymətləndirilmə nə əsasında aparıldığını və kimin xeyrinə aparıldığı başa düşə bilmirlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişlər.
İş materialları:
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü ildə tarixdə, saat 00 radələrində ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4688 saylı ekspert rəyinin surətindən görünür ki, tətqiqata yanğından sonraki qalıq nümunə qismində təqdim olunmuş üzərlərində “Material № 0495 Cavabdeh2 istifadəsində olan sahədən götürülmüş yanğından sonrakı qalıq nümunələri..” yazıları olan bağıamada qablaşdırılmış yarıyanmış taxta parçasının, material və kül nümunələrinin üzəridə tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər aşkar edilmədi.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7521 saylı ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazisində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, əraziyə girişdən uzaq sol küncdə Elşən Mirəzyevin icarəsindəki sahədə yerləşən ofis otağında olmuşdur. Mənbə zonası hesab edilən ofis otağında taxta konstruksiyalardan olan hər iki divarının, döşəmə hissəsinin, eləcə də tavan-dam hissəsinin tamamilə yanıb-itdiyinə və ofisin daxilində yanğın izlərinin bütün sahəsi boyunca bərabərləşmiş vəziyyətdə olduğuna görə yanğının ofisin konkret olaraq hansı nöqtəvi sahəsindən başladığını müəyyən etmək mümkün olmadı. Bununla yanaşı, ofis otağından götürülüş nümunələrdə (elektrik naqillərində və ayırıcıda) elektrik qəza hallarına xarakterik əlamətlərin və yanğından sonrakı qalıqlardan götürülmüş nümunələrdə neft məhsullarının izlərinin aşkar edilmədiyinə görə, yanğının bilavasitə səbəbini müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazisində baş vermiş yanğının bilavasitə səbəbini müəyyən etmək mümkün olmadığına görə, üçüncü sualı üzrə tədqiqat aparılmadı.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7687 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertiza tətqiqatına təqdim edilmiş qüsur aktlarında göstərilən qiymətləndirilməsi mümkün olan məhv olmuş əşyaların təzə vəziyyətdə orta bazar qiyməti nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: İddiaçı məxsus mallar - 799 manat; Şahid məxsus 2006-ci il Hyundai sonata markalı avtomobilin ehtiyyat hissələri -1210,00 manat.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Ekspertiza təyini haqqında qərarda və qüsur aktında göstərilən, yanaraq sıradan çıxmış İddiaçı məxsus 1997-ci il buraxılışlı mühərrik həcmi 2800 f) m3 olan, “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17500 manat müəyyən olunur. Bir qayda olaraq hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli, texniki göstəriciləri, parametrləri, təyinatı, istifadəyə yararlılığı və yerli internet saytlarında həmin malların qiymətinə dair satış elanları və sair müəyyən edilməlidir. Bu səbəbdən də tətqiqata təqdim edilmiş qüsur aktlarında qeyd edilən İddiaçı digər mallar, X1 məxsus 37 adda mallar, Cavabdeh2 məxsus 22 adda mallar, Şahid məxsus 24 adda mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı.
8. “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyi və xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar və likvid qiyməti araşdırılmışdır. Qiymətləndirmə mövcud bazar məlumatları, fotoşəkillər və açıq satış platformalarında olan analoji avtomobillərin qiymət göstəriciləri əsasında aparılmış, nəticədə obyektiv və real dəyərin müəyyənləşdirilməsinə nail olunmuşdur. Beləliklə, beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq aparılmış tədqiqatlar nəticəsində nəqliyyat vasitəsinin xx.xx.2025-ci ildə (yararlı vəziyyətdə) bazar dəyəri 9832,7 (doqquz min səkkiz yüz otuz iki) manat, likvid dəyəri isə 8012 (səkkiz min on iki) manat təşkil edir. Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yanaraq yararsız hala düşmüşdür. Hazırkı vəziyyətdə avtomobilin yalnız utilizasiyaya yararlı qalıq hissələrinin dəyəri 1500 (bir min beş yüz) manat məbləğində qiymətləndirilir. Həmçinin, hesabatın tədqiqatın təsviri hissəsində texniki səhvə yol verilərək xx.xx.2024-cü il tarixi əvəzinə 2025-ci il tarixi göstərilmişdir. Həmin texniki yanlışlığın düzəliş edilərək doğru tarix olan xx.xx.2024-cü il edilməsini məhkəmədən xahiş edilmişdir.
9. xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, “X2” ASC tərəfindən 100 kv.m sahə Cavabdeh1 xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək icarəyə verilmişdir.
10. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 142,50 manat dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları:
11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus “Mitsubishi Pajero” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yerləşən dəmirçi sexinə təmir olunması üçün gətirib. Avtomobil uzun müddət təmir olunması üçün orada qalıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ona zəng edərək bildirib ki, avtomobilin olduğu sexdə yanğın baş verib. Oraya gedə bilmədiyindən qardaşını göndərib. Məlum olub ki, avtomobili yanıb. İstintaq aparılıb və müəyyən edilib ki, yanğın Cavabdeh2 işlətdiyi sexdən baş verib. Ona görə də, hazırki cavabdehlərə qarşı məhkəmədə iddia qaldırıb. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Səhətində problem olduğuna görə avtomobil təxminən 5-6 ay təmirdə qalıb. Avtomobilin təmiri demək olar ki, hazır vəziyyətə çamışdır. Avtomobili sexə verəndə qəzalı idi. Hazırda avtomobilim tam yararsızdır və yanmış vəziyyətdə sexdədir. Avtomobilimlə bərabər digər avtomobil də yanıb. avtomobilin “kuzov” hissəsinin dəmirində, rəngində təmir edilməsi üçün ustaya aparıb. 7 ay idi ki, avtomobil ustada idi, həmin vaxt səhhətində problem var idi. Avtomobilin motoru işlək idi, dəmirçi işinə 300 manat, molyar işinə 1000 manat pul verib. Maşının rəngi hazır deyildi, həm də əməliyyat olunduğundan, avtomobili götürməmişdir. Avtomobillə yolnəqliyyat hadisəsi olub, 1997-ci il buraxılışlı idi. Yürüş məsəfəsini dəqiq bilmir, indiki bazar qiyməti düzəldikdən sonra 10000-12000 manat olardı. Rəngə 600 manat verib, ustanın zəhmət haqqına görə 400 verməli idi. Avtomobili sığortasız olub, heç bir sığorta ödənişi almayıb. Avtomobili təmir üçün cavabdehlərə verməyib, lakin yanğın cavabdehlərin ərazisində baş verdiyi üçün məhz onlara qarşı iddia qaldırılıb.
12. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, avtomobilin hazırda bazar qiyməti 7000-8000 manat olar. Avtomobilin dəyəri 17500 manat ola bilməz. Həmin ərazidə üç obyektə yanğın olub, mühafizəçi deyir ki, yanğın onların ərazilərində olmayıb. Hadisə nəticəsində ən çox onlara ziyan dəyib. Əmlak onun icarəsində idi, icarə müqaviləsi onunla bağlanılıb. Ünvanda yanğın söndürən var, Fövqəladə Hallar Nazirliyi tərəfindən baxışlar keçirilir. Yanğının haradan başlandığı bilinmir, sadəcə mühafizəçi yanğının onun ərazisindən deyil, başqa ərazidən başlandığını deyir. Obyektin sığortalı olub-olmamasını bilmir, o, icarəçidir.
13. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, rəsmi sənədlərdə sexin icarəçisi oğlu Cavabdeh1dir, o isə həmin sexi işlədirdi. İddianın ona aidiyyəti yoxdur, onun sexindən 3 sex o tərəfdə yanğın başlayıb, sonra yanğın icarəsində olan sexə keçib. Yanğın nəticəsində ona 22800 manat məbləğində zərər dəyib. Ona dəymiş ziyan ödənilməyib. Hadisə zamanı həmçinin 5 nəfər şəxsin də obyekti yanıb. Avtomobil köhnə idi, hazırda avtomobil yanmış vəziyyətdə sexdədir. Avtomobil 7-8 ay sexdə qalıb, o, avtomobili götürməyib, onun işi başqadır, avtomobil rəngzas sexdə olub, orada yanğın olub və sonra yanğın onun sexinə keçib. O, avtomobil düzəltmir, onun işi başqadır.
14. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “İnşaat Konstruksiyaları” zavodunda dəmirçi vəzifəsində işləyir. İddiaçını uşaqlıqdan tanıyır, iddiaçı ona “Mitsubishi Pajero” markalı avtomobili üçün müraciət edib. Avtomobil əzilmiş vəziyyət idi, düzəlmişdi, rənglənməyə gedirdi. Avtomobil dam tərəfdən, əsasən sol damı əzilmişdi. Onun zəhmət haqqısı 500 manat idi. Qapını dəyişmişdi, o, damı düzəltməli idi, bir dənə dam qalmışdı.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublİkası Qanununun: 1-ci maddəsinin 4-cü hissəsinə əsasən yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır. 1-ci maddəsinin 6-cı hissəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinin pozulması yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir.
19. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın: 1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək; 1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq; 1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon X3 Xidmətinə məlumat vermək; 1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 1.10.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək; 1.10.6. X7 Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon X7 Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər.
İşin faktiki halı:
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12 sentyabr 2024-cü il tarixdə saat 00:00 radələrində ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazisində yanğın hadisəsi baş verib, nəticədə ASC-nin ərazisində bir damın altında yerləşən qeyriyaşayış obyektləri 130 kv.metr sahədə, İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, **-XZ- *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşüb və əmlaka maddi ziyan dəyib. Baxış zamanı yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilib ki, dərin termiki təsir izləri və dağılmalar Cavabdeh2 icarəsində olan sahənin ofis otağında yaranıb. Ofis otağının dikt təbəqədən olan divarları, o cümlədən taxta konstruksiyadan olan tavan hissəsi tamamilə yanaraq döşəmə hissəyə çöküb. Yanğın izlərindən görünür ki, yanğın qeyd olunan ofisdən inkişaf edərək sağ tərəfdə yerləşən Ramin Rüstəmovun icarəsində olan sahəyə keçib və inkişaf edərək R.Əfəndiyevə məxsus mebel anbarına keçib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, faktiki olaraq Cavabdeh2 istifadəsində olan sahənin icarəçisi oğlu Cavabdeh1dir. Cavabdehlər həmin halı təsdiq etməklə mübahisələndirməmişlər. Hazırda iddiaçı ona məxsus olan “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 qarşı iddia qaldırsa da, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2a aid hissədə əsassızdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7521 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazisində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilib ki, yanğının mənbəyi, əraziyə girişdən uzaq sol küncdə Elşən Mirəzyevin icarəsindəki sahədə yerləşən ofis otağında olub. Məhkəmə araşdırması zamanı cavabdehlərin izahatları və xx.xx.2025-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edildi ki, həmin sahə Cavabdeh2 deyil, onun oğlu Cavabdeh1 icarəsində olub. Bu səbəbdən məhkəmə hesab edir ki, Elşən Mirəzyev hazırki iddia üzrə cavabdehlik daşımır.
23. Məhkəmə qeyd edir ki, adı çəkilən rəylə ünvan 1 ünvanında yerləşən “X2” ASCnin ərazisində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına əsasən yanğının mənbəyi müəyyən edilsə də, mənbə zonası hesab edilən ofis otağında taxta konstruksiyalardan olan hər iki divarının, döşəmə hissəsinin, eləcə də tavan-dam hissəsinin tamamilə yanıb-itdiyinə və ofisin daxilində yanğın izlərinin bütün sahəsi boyunca bərabərləşmiş vəziyyətdə olduğuna görə yanğının ofisin konkret olaraq hansı nöqtəvi sahəsindən başladığını müəyyən etmək mümkün olmadı. Bununla yanaşı, ofis otağından götürülüş nümunələrdə (elektrik naqillərində və ayırıcıda) elektrik qəza hallarına xarakterik əlamətlərin və yanğından sonrakı qalıqlardan götürülmüş nümunələrdə neft məhsullarının izlərinin aşkar edilmədiyinə görə, yanğının bilavasitə səbəbini müəyyən etmək mümkün olmadı. Yəni, ünvan 1 ünvanında yerləşən “X2” ASC-nin ərazisində baş vermiş yanğının bilavasitə səbəbini müəyyən etmək mümkün olmayıb.
24. Bununla belə məhkəmə hesab edir ki, yanğın Cavabdeh1 icarəsində olan ərazidə başlayıb və o, yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğın söndürmə vasitələrini saz vəziyyətdə saxlamaq vəzifəsi daşımaqla, istifadə və sahibliyində olan ünvanda yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli idi.
25. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulub, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranıb. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir.
26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı ödəməlidir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7687 saylı ekspert rəyinə əsasən 1997-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17500 manat müəyyən edərək, həmin məbləğin ödənilməsini tələb etsə də, məhkəmə iclasında avtomobilin hazırki vaxta işlək vəziyyətdə dəyərinin 10000-12000 manat olduğunu bildirib. Cavabdeh1 də adı çəkilən rəylə razı olmadığından məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi aparılıb.
28. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Məhkəmə tərəfindən İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirilmə aparılıb və X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli hesabatına əsasən aparılmış hesablamalar nəticəsində “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri (yararlı vəziyyətdə) 9832,7 (doqquz min səkkiz yüz otuz iki) manat təşkil edir. Həmin nəqliyyat vasitəsi yanma nəticəsində tam yararsız hala düşüb. Hazırkı vəziyyətdə avtomobilin yalnız utilizasiyaya yararlı qalıq hissələrinin dəyəri 1500 (bir min beş yüz) manat məbləğində qiymətləndirilib.
30. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sexə aparılarkən tam yararlı vəziyyətdə olmayıb, iddiaçı avtomobilin təmir edilməsi üçün sexə aparıb, dediyinə əsasən səhhətində problemlər olduğu üçün avtomobil aylarla həmin ünvanda saxlanılıb.
31. Belə ki, iddiaçı məhkəmə iclasında avtomobilin motorunun işlək olduğunu, dəmirçi işinə 300 manat, molyar işinə 1000 manat pul verdiyini, maşının rənginin hazır olmadığını, rəngə 600 manat verib, ustanın zəhmət haqqına görə 400 verməli olduğunu qeyd edib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Rövşən Bayram isə dəmirçi olduğunu, zəhmət haqqı məbləğinin 500 manat olduğunu bildirib. Məhkəmə iddiaçının avtomobilin təmir edilməsi üçün 1300 manat vəsait ödədiyi ilə bağlı izahatını nəzərə alaraq hesab edir ki, avtomobilin saz vəziyyətə gətirilməsi üçün iddiaçı 1300 manat məbləğində xərc müəyyənləşdirib. Hazırda yanğın baş verməmişdən əvvəl “Mitsubishi Pajero” markalı, **- XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəqiq vəziyyətinin müəyyən edilməsi mümkün olmasa da, məhkəmə zamanı işin araşdırılan hallarına əsasən müəyyən edilir ki, avtomobil saz vəziyyətə gərilməsi üçün 1300 manat xərc müəyyənləşdirilib. Lakin iddiaçı həmin vəsaitinin ödənilməsinə dair məhkəməyə sübut təqdim etməyib, məhkəmə iclasında iştirak edən şahid də, zəhmət haqqı məbləğini qeyd etsə də, ona ödənilən məbləğ haqqında məlumat verməyib.
32. Məhkəmə qiymətləndirmə hesabatını və məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, yararlı vəziyyətdə “Mitsubishi Pajero” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri olan 9832,7 manatdan olduğundan avtomobilin qalıq hissələrinin dəyəri olan 1500 manat və avtomobilin təmir edilməsi üçün müəyyən edilən 1300 manat məbləği çıxılmaqla, iddiaçıya dəymiş ziyan müəyyənləşdirilməlidir.
33. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edərək, Cavabdeh1 iddiaçının xeyrinə 7032,7 (9832,7-1500-1300) manat məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri:
34. İddiaçı ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması tələbini irəli sürüb.
35. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 142,5 manat dövlət rüsumu ödənilib.
36. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57,3 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qalan 85,2 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
37. Həmçinin, “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən aparılmış tətqiqatın dəyərinin 175 manatı iddiaçı, qalan hissəsi isə cavabdehlər tərəfindən ödənilib. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin xərc hər bir tərəfin özünə aid edilməlidir.
Nəticə:
38. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 7032,7 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57,3 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 85,2 manatı iddiaçıya aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 7032,7 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57,3 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 85,2 manatı iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva