Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1580/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə 23 yanvar 2013-cü il tarixdə rəsmi nikaha girmədən ailə həyatı qurub birgə yaşayıblar.15 avqust 2018-ci il tarixdə xasiyyətləri uyğun gəlməməsi səbəbindən bir ailə kimi yaşamaları mümkün olmamış və ayrılmışlar. Ailə kimi yaşadıqları dövrdə iddiaçının adına Quba rayonu, Cağacuq kəndində 0,8 ha torpaq sahəsi var idi və o, həmin torpaq sahəsini satıb Bakı şəhərində ev tikmək üçün torpaq sahəsi və ya ilkin ödəniş etməklə kreditlə ev almaq istəyirdi. 18 may 2016-cı il tarixdə iddiaçıya məxsus olan Quba rayonu, Cağacuq kəndində yerləşən 0,8 ha torpaq sahəsini Sumqayıt ASAN Xidmət mərkəzində yerləşən notariat ofisində alan şəxsin adına ümumi etibarnamə verməklə 8500 manata satıb. Torpaq sahəsinə görə ödənilən 8500 manat məbləğində pulu həmin gün cavabdehə verib və həmin pula iddiaçının adına ev tikmək üçün torpaq sahəsi və ya ilkin ödəniş etməklə kreditlə ev almasını cavabdehə tapşırıb. Cavabdeh həmin pulla ilkin ödəniş edib iddiaçının adına ev alacağını bildirib. Səhərisi gün isə həmin pulla ev almaq üçün Xırdalan şəhərinə gedib. Qayıtdıqda cavabdeh Xırdalan şəhərində yerləşən AAF Park-da ilkin ödəniş kimi 8500 manat ödəyib kreditlə 2 otaqlı ev aldığını, lakin evin sənədləri hazır olmadığına görə hələlik iddiaçının adına sənədləşdirməyin mümkün olmadığını bildirib. İddiaçının həmin evi görmək istəyini bildirəndə isə cavabdeh evin təmir olunduğunu, hazır olanda aparıb göstərəcəyini bildiririb. İddiaçı onun ev almaq adı ilə iddiaçını aldadıb 8500 manat pulu mənimsədiyini, əslində isə heç bir ev almadığını 2018-ci ilin avqust ayında bilib. Belə ki, həmin vaxt onlar Xəzər rayonunun Binə qəsəbəsində kirayədə yaşayırdılar. Cavabdeh kirayə haqqını ödəyə bilmədiyinə görə evin sahibi onlardan evdən çıxmağı tələb edəndə, iddiaçı AAF Park-dakı ev hazır olmasa belə köçüb orda yaşamağı israrla cavabdehdən tələb etmişdir. Cavabdeh isə artıq heç bir bəhanə gətirə bilmədiyindən pula ehtiyacı olduğuna görə həmin evi satdığını və pulu öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Cavabdeh eyni zamanda, 8500 manat məbləğində pulu tez bir zamanda iddiaçıya qaytaracağına söz vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh həmin pulu iddiaçıa qaytarmadığına görə və hər dəfə pulu tələb edəndə tezliklə qaytaracağına vəd verib əməl etmədiyinə görə 03 aprel 2019-cu il tarixdə cavabdehin iddiaçını aldatma və etibarından sui-istifadə etməklə ona məxsus pulu ələ keçirib ona əmlak ziyanı vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi isə 13 aprel 2019-cu il tarixli məktubla mübahisənin mülki xarakterli olduğunu qeyd etməklə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişdir. Hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi və qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyan məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Qeyd olunanlara əsasən Cavabdeh öhdəliyi icra etməməsi və qanuna zidd hərəkətləri nəticəsində vurduğu zərərə görə 8500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həqiqətən də cavabdeh iddiaçıdan 8500 manat məbləğdə pulu götürmüş və həmin pulun bir hissəsinə birgə nikahda yaşadıqları dövrdə Sumqayıtda kreditə mənzil götürüb ilkin ödəniş etmişdir. Müəyyən hissəsinə Binədə ev almışlar və orada yaşamışlar. Qalan pula isə evə məişqət texnikası,mebellər almışlar. İddiaçı ona demişdir ki, ailəsi ona cehiz vermədiyi üçün həmin pula cehiz almaq niyyəti vardır.Sonra krediti ödəyə bilmədiyi üçün mənzili qaytarmış və oradan verilən pula Binədə olan evi təmir edib əlavə məişət avadanlıqları almışdır.İddiaçı ilə aralarında olan münasibətlər pozulduğu üçün ayrılmışlar və evdə olan əşyaları avtqomobilə yükləyib ona göndərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Cavabdeh Sumqayıt şəhər polis idarəsində verdiyi 03 aprel 2019-cu il tarixli izahatdan görünür ki,cavabdeh iddiaçıdan 8500 manat pul aldığını etiraf etmiş və iddiaçı ilə birlikdə müxtəlif məqsədlər üçün xərclədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 77.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki,tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və iddiaçı cavabdehə onun üçün Xırdalan şəhərindəki AAF yaşayış kompleksində ev alması üçün 8500 manat vermişdir.İşin bu halını həm təhqiqat araşdırması zamanı,həm də məhkəmə iclasında cavabdeh təsdiq etmişdir. Cavabdeh həmin pulun bir hissəsinə birgə nikahda yaşadıqları dövrdə Sumqayıtda kreditə mənzil götürüb ilkin ödəniş etdiyini,müəyyən hissəsinə Binədə ev aldıqlarını və orada yaşadıqlarını,qalan pula isə evə məişqət texnikası, mebellər aldığını bildirsə də bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təsdiq etməmişdir. Ona görə də məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətlənndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 8500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu X1 xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1580/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1580/2021
18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver