Məhkəmə qərarları › İş №2(007)-1582/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1582/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1582/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iddia icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən onun xeyrinə 2032 manat ödənilməmiş hissə, 156,06 manat cərimə, ümumilikdə 2188,06 (iki min yüz səksən səkkiz manat altı qəpik) manat borc, 30 manat ödənilməmiş dövlət rüsumunun və həmin rüsumun ödənilməsinə görə 0,40 manat xidmət haqqının, cəmi 2218,46 (iki min iki yüz on səkkiz manat qırx altı qəpik) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh 2442 manat dəyərində aldığı malın 410 manat məbləğini ilkin olaraq ödəmiş, qalan 2032 manat məbləğini isə 10 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx"xxxx"xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh olan 2032 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Bununla bağlı alıcıya bildiriş göndərilmişdir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Onun müqavilə üzrə 2032 manat ödənilməmiş hissə, 156,06 manat cərimə, ümumilikdə 2188,06 (iki min yüz səksən səkkiz manat altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 04.03.2020-ci il tarixli Cavabdeh aid iddiaçı tərəfindən təqdim olunmuş Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, cavabdehin 05.11.2019-cu il tarixli WM000313 saylı müqavilə üzrə cəmi 2188,06 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli WM000313 saylı nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh MMC-dən kredit yolu ilə 410 manat məbləğində ilkin ödənişlə 2442,00 manat məbləğində Apple İphone 11 64Gb Blak markalı telefon əldə etmiş və həmin məbləği aylıq 204 manat, sonuncu ayda isə 196 manat olmaqla 10 ay ərzində - "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 05.11.2019-cu il tarixli WM000313 saylı nömrəli müqaviləyə əsasən Apple İphone 11 64Gb Blak markalı telefon tam qüsursuz halda təhvil almışdır. - "xxxx"xxxx"xxxx" MMC arasında imzalanan 17 avqust 2019-cu il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh olan 2032 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. - "xxxx" MMC tərəfindən verilmiş Cavabdeh imzası ilə təsdiq edilmiş bildirişdən görünür ki, sonuncunun borcunu "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə güzəşt edilməsi bildirilmiş və müqavilə üzrə ödəmənin hansı qaydada aparılması ona izah edilmişdir. - 10.03.2020-ci il tarixli məktubdan görünür ki, Ferrum Capital” MMC tərəfindən Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməyəcəyi halda məhkəməyə müraciət olunancağı barədə xəbərdar edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 13.03.2020-ci il tarixdə 30,0 manat dövlət rüsumu və bununla bağlı 0,40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh MMC-dən 2442 manat məbləğində Apple İphone 11 64Gb Blak markalı telefonu 410 manat ilkin ödənişlə, aylıq ödənişi 204 manat, sonuncu ödənişi isə 196 manat olmaqla, 10 ay müddətinə ödəmək şərti ilə almışdır. "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehı aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2032 manat ödənilməmiş hissə, 156,06 manat cərimə, cəmi 2188,06 (iki min yüz səksən səkkiz manat altı qəpik) manat borc, 30 manat ödənilməmiş dövlət rüsumunun və həmin rüsumun ödənilməsinə görə 0,40 manat xidmət haqqının əvəzi, ümumilikdə 2218,46 (iki min iki yüz on səkkiz manat qırx altı qəpik) manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2032 manat ödənilməmiş hissə, 156,06 manat cərimə, cəmi 2188,06 (iki min yüz səksən səkkiz manat altı qəpik) manat borc, 30 manat ödənilməmiş dövlət rüsumunun və həmin rüsumun ödənilməsinə görə 0,40 manat xidmət haqqının əvəzi, ümumilikdə 2218,46 (iki min iki yüz on səkkiz manat qırx altı qəpik) manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar