Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-159/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı, X1 tərcüməçiliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Nizami Rayon MKTB-i müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzilə istifadə hüququnun tanınması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Nizami Rayon MKTB-i mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 11 may 1979-cu il tarixdə Cavabdehlə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1983-cü ildə İddiaçı3 və xx.xx.1986-ci il tarixdə İddiaçı2 dünyaya gəlmişdir. xx.xx.1989-cu il iddiaçının həyat yoldaşı Cavabdeh mənzili dəyişdirmə orderi ilə Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 45 mənzil 19 ünanlı mənzili əldə etmişdir. Həmin dövrdə İddiaçı1 uşaqları və həyat yoldaşı ilə həmin ünvanda yaşamışlar. Hazırda İddiaçı1 konstitusyon hüquqlarını həyay keçirə bilmir hətta həmin ünvana qeydiyyatı belə yoxdur. O həmin ünvanda 1989-cu il tarixdən bü günə qədər qeydiyyatsız yaşayır. Birincisi, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırki Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Odur ki, onun həmin ünvana istifadə hüququnun tanınması labüddür. İddiaçı1 Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 45 mənzil 19 ünanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı X4 ilə yanaşı İddiaçı2 və İddiaçı3 da iddiaçı qismində tanınması və ünvan 1 ünvanına istifadə hüquqlarının yaranması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X4 iddianın dəlillərini müdafiə edib izahatında əlavə olaraq bildirdi ki, o, 1991-ci ildən mübahisə predmeti olan evdə yaşayır. Cavabdeh isə uzun müddətdir ki, Azərbaycanda yaşamır. O, 1991-ci ildən Azərbaycan Respublikasını tərk etmişdir. O, sonuncu dəfə 1995-ci ildə Azərbaycana gəlmişdir.Ailə qurduqları vaxtdan o və qızları həmin evdə yaşayırlar. Onların nikahı pozulmamışdır, lakin o eşitmişdir ki, cavabdeh Rusiyadadır və orada ailə qurub. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddianın dəlillərini müdafiə edib izahatında əlavə olaraq bildirdi ki, iddia ərizəsində texniki yanlış olaraq iddiaçıların mənzildə yaşamaları 1989-cu il qeyd edilmişdir, lakin iddiaçılar 1991-ci ildən orada yaşayırlar. İddiaçı cavabdehlə ailə quraraq, özünə aid olan evi satmış və yoldaşına orderlə məxsus olan evə köçmüşdür. Buna görə də iddiaçıların ünvan 2 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı2 iddianın dəlillərini müdafiə edib izahatında əlavə olaraq bildirmişdir ki, o və bacısı bu evdə böyümüşlər, ataları isə illərdir ki, burada deyil. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 Möhlud oğlu izahatında göstərmişdir ki, mübahisə predmeti olan mənzil Nizami Rayon MKTN-nin balansındadır və dövlət mənzil fonduna aiddir. Order yalnız Konstantinin adına verilmişdir. Cavabdehin ölübqalması barədə məlumat yoxdur. Onlar araşdırma aparmışlar və məlum olmuşdur ki, iddiaçılar həqiqətən o mənzildə yaşayırlar. Bu səbəbdən iddia tələbinə etiraz etmilər. İddiaçı3 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 1980-ci ildən 96 nömrəli poçtda işləyir, iddiaçı Yevgeniyanı 1991-ci ildən tanıyır, onlara hər zaman Ukrayna və digər yerlərdən məktublar gəlir və o da aparıb məktubları iddiaçıya verir. O, iddiaçıları tanıdığından bəri həmin ünvanda yaşayırlar. O, məktubları aparan zaman qapını Yevgeniya və ya qızları açmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.1975-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.1979-cu ildə nikaha daxil olmuşlar və nikah Nəsimi rayon qeydiyyat şöbəsində 266 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2024-cü il tarixli DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1956-cı ildə doğulmuşdur və qeydiyyat və yaşayış ünvanı haqqında məlumat yoxdur. -Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərindən görünür ki, kommunal xidmət xərcləri ünvan 1 ünvanı üzrə Cavabdeh adına yazılmışdır. -122040 saylı, xx.xx.1991-ci il tarixli order kötüyündən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh verilmişdir. - 26 saylı Mənzil-Kommunasl istismar sahəsinin xx.xx.2024-cü il tarixli, 47 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin sahibi xx.xx.1989-cu il tarixli, 122040 saylı orderə əsasən Cavabdeh məxsusdur. İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin ünvanda qeydiyyatsız yaşayırlar. -AZ-İ seriyalı, 692183 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3 atası Cavabdeh, anası X3. -AZ-T seriyalı, 227600 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 atası Cavabdeh, anası X3. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. -Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu əsasında əldə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat mövcud arxiv materialların əsasən aşkar edilməmişdir. -Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu əsasında əldə edilmiş, Azərbaycan Respublikasının DSX İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. -Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu əsasında əldə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil 122040 saylı, xx.xx.1991-ci il tarixli orderlə Cavabdeh verilmişdir və halhazırda da həmin mənzil K.Pavloviçə məxsusdur. Mənzil Nizami Rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. -AG Telekom MMC-nin mədaxil qəbzlərinin kötüklərindən görünür ki, ünvan 1 ünvanı üzrə abunə haqqı Neçeyeva Yevgeniya adına yazılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə X4 xx.xx.1979-cu ildə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3 və xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 doğulmuşlar. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 45, 19 saylı mənzil xx.xx.1991-ci il tarixli, 122040 saylı order əsasında Cavabdeh verilmişdir və həmin mənzil Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Hazırda iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində qeyd edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır. Belə ki, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 45, 19 saylı mənzil mənzil Nizami Rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır, dövlət mənzil fonduna aiddir və orderlə Cavabdeh verilmişdir. Belə ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri iddiaçı X4 ilə Cavabdeh 1979-cu il tarixdə nikaha daxil olmasından və 1991-ci il tarixli order əsasında mənzilin Cavabdeh verilməsindən yarandığından, hazırki mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İddiaçı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 1991-ci ildən hazırki vaxtadək iddiaçı olan qızları ilə birlikdə o mənzildə yaşayırlar. Hazırkı halda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir. Məhkəmə qeyd edilənləri, iddiaçıların mənzildən istifadə hüququnun olmasını, onların başqa yaşayış yerlərinin olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 45 ünvanında yerləşən 19 saylı mənzilə dair istifadə hüquqları tanınmalı və məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 5 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının tanınması barədə qətnamə, onların həmin ünvanda qeydiyyata alınmaları üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 45 ünvanında yerləşən 19 saylı mənzilə dair istifadə hüquqları tanınsın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-159/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-159/2025
17.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver