Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1618/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)-2440/2015 saylı qətnaməsinə əsasən tərəflərin rəsmi nikah münasibətlərinə xitam verilmiş, himayəsində olan qızı Nurayın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 108 manat miqdarda aliment tutulması qət edilmişdir. Sonra isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)-4461/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)-2440/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh 06 noyabr 2018-ci ildən başlayaraq, 06 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hazırki dövrə qədər cavabdeh öz uşağının saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ilə onların nikahı 2015-ci il tarixdə pozulmuşdur və o həmin tarixdən etibarən aliment ödəyir. Hazırda Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)- 4461/2018 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində aliment ödəyir. O, Qazaxda yaşayır və Bakı şəhərinə gələrkən iddiaçı ona uşağıyla görüşməyə imkan vermir. Bildirir ki, o, 2016-cı ilin 27 aprel tarixində yenidən ailə həyatı qurmuşdur. Bu nikahdan bir ovladı vardır. Həyat yoldaşının da bir övladı onun himayəsində yaşayır. Ərizəyə əlavə etdiyi 11-17/472 saylı arayışdan da göründüyü kimi, o Qazax Mənzil İstismar Sahəsində elektrik montyoru vəzifəsində işləyir və aylıq əmək haqqı 312 manat təşkil edir. Başqa heç bir yerdə işləmir və təəssüf ki, buna vaxtı da qalmır. Maddi vəziyyətində heç bir dəyişiklik yoxdur. Maddi vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilmir. Qeyd edilənlərə əsasən, məhkəmədən qətnamə çıxarılarkən himayəsində iki azyaşlı uşağın olmasının və aylıq gəlirinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, heç bir yerdə işləmir, heç yerdən gəliri yoxdur və ona valideynləri kömək edir. Cavabdehin işləyib işləməməsi ilə bağlı məlumatı yoxdur, lakin onunla birlikdə yaşayanda işləyirdi. Cavabdehin ikinci nikahından himayəsində olan uşaqlar onun doğma uşaqları deyildir, sadəcə olaraq onlara atalıq vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin 10 iyun 2022-ci il tarixdə məhkəmə ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq, himayəsində iki azyaşlı uşağın olmasının və aylıq gəlirinin nəzərə alınaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 229922 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. - AZ-İİİ seriyalı 735998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 sentyabr 2009-cu il tarixdə anadan olmuşdur. Ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X1 qeyd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)- 2440/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh Mustafayeva (hazırda Mehrəliyeva) Aytən Nizami arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə 295 akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 06 sentyabr 2009-cu il təvəllüdlü X4 cavabdeh Mustafayeva (Mehrəliyevə) Aytən Nizami qızının yanında saxlanılması, 06 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutuluraq cavabdeh Mustafayeva (Mehrəliyevə) Aytən Nizami qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)- 4461/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)-2440/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh 06 noyabr 2018-ci ildən başlayaraq 06 sentyabr 2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. -xx.xx.2022-ci il tarixli MŞB/1-0099 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmiş, X6 mediasiya sessiyasında iştirak etmiş və tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 06 sentyabr 2009-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində Cavabdeh “nikahın ləğv edilməsi” tələbinə dair idda qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)-2440/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə 295 akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 06 sentyabr 2009-cu il təvəllüdlü X4 cavabdeh Mustafayeva (Mehrəliyevə) Aytən Nizami qızının yanında saxlanılması, 06 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutuluraq cavabdeh Mustafayeva (Mehrəliyevə) Aytən Nizami qızının xeyrinə ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı 229922 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə iddiaçı X5 ilə Cavabdeh arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)-4461/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli 2(011)-2440/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh 06 noyabr 2018-ci ildən başlayaraq, 06 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimenti tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 193 manat olmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06 sentyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)-4461/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait iddiaçıya aid edilməli iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(007)-4461/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 sentyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait iddiaçıya aid edilsin. İddiaçı ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1618/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1618/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver