Məhkəmə qərarları › İş №2(007)-162/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-162/2022

10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-162/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X1 kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 1514,37 (bir min beş yüz on dörd manat 37 qəpik) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20.03.2021-ci il tarixdə içərisində onun da avtomobili olmaqla 3 avtomobilə və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “EL” marketə çırpılaraq, yol nəqliyyat hadisəsi törətmiş, digər avtomobillərlə bərabər ona məxsus “Mercedes” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2200 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən aktlaşdırılmışdır. Ziyanın 685.63 manat məbləği "xxxx" ASC tərəfindən ödənilmişdir. 1514,37 manat isə onun üzərində qalmış və həmin xərci o, özü çəkmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Bağçalı evlər y/k, ev 4B, mənzil 11-də yaşayan Cavabdeh 20.03.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək həmin tarixdə idarə etdiyi “Hyundai” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Masazır qəsəbəsində YNH törətməsi və özünün xəsarət alması barədə məlumat vermişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilmiş, yol nəqliyyat hadisəsi barədə sxem tərtib olunmuş, bu barədə müvafiq protokol tərtib olunaraq materiala əlavə edilmişdir. İzahatı alınmış Cavabdeh idarə etdiyi “Hyundai” markalı **-UZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə 20.03.2021-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə saatda təxminən 80-90 km/saat sürətlə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan avtomobilin uzaq işıqlarını yandıraraq ona tərəf gəlməsi səbəbindən yolu görə bilməmiş, həmin avtomobillə toqquşmadan yayınmaq üçün sükanı sağa döndərmiş, nəticədə idarə etdiyi avtomobil yolun sağında yerləşən “EL” marketin qarşısında dayanmış “Ravon” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydikdən sonra, onun yanında saxlanılmış “Mercedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra isə bir qədər qarşıda saxlanılmış “Mercedes” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub geriyə çevrilərək səkinin üzərində dayanmışdır. Nəticədə həmin avtomobillərə və “EL” marketə müəyyən miqdarda maddi ziyan dəymiş, o, avtomobillərdə xəsarət alan şəxslərin olmasını ehtimal edib DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, sonra isə hadisə zamanı heç kimin xəsarət almadığını bilmişdir. Ziyan dəymiş avtomobillərin sahibləri mən və digərləri cavabdehin izahatına uyğun izahat verərək, hadisəni təsdiq etdik. Cavabdeh hadisəni törətdikdən sonra vurduğu ziyanı ödəyəcəyini dəfələrlə bildirmiş və üstəlik xəsarət alanın olmamasını sevindiyini qeyd etmişdir və təqsiri olduğunu etiraf etmişdir. 2021-ci ilin mart ayından cavabdeh törətdiyi hadisədə ona vurmuş olduğu ziyanı ödəməkdən boyun qaçırır. Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X2 icraatında olan Cavabdeh xəsarət alması barədə toplanmış HK-1/1925 nömrəli materialı nəzərdən keçirmiş və 30 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın surətini o, iddia ərizəsinə əlavə edir. Cavabdeh ona vurduğu ziyanı ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər 08 iyun 2022-ci il tarixli və hazırki məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Belə olan halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə baxış iclasına təkrar gəlmədiklərindən, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar