Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1626/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin dəyişdirilməsi" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il tarixdə anadan olmuş qızları X1 üçün onun xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “alimentin artırılması” kimi deyil, “alimentin dəyişdirilməsi” kimi oxunmasını, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il tarixdə anadan olmuş qızları X1 üçün onun xeyrinə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçərək el adəti ilə ailə qurmuşdular. Birgə nikahdan 1 uşaqları anadan olmuşdur: xx.xx.2016-cı il təvəllüdlü X11. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da qızı onun yanında qalmışdır. O, Bakı Şəhər Xətai Rayon Məhkəməsinə cavabdehə qarşı nikahın ləğvi və aliment tələbinə dair iddia qaldırmışdı. Onun tələbi Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-3220/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək aralarında olan nikah pozulmuşdur və Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan qızının saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Sonradan Cavabdeh ilə o, Mediasiyada razılığa gələrək alimentin miqdarının 220 manata artırılması ilə bağlı razılığa gəlmişdilər. Hal-hazırda cavabdeh hər ay 220 manat sabit məbləğdə aliment ödəyir. İndi həmin miqdarda olan pula qızlarını saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Qızının tələbatını ödəməyə çətinlik çəkir. O, bir ana kimi onun arzusunu həyata keçirə bilmir. Cavabdeh alimenti gecikdirmələrlə ödəyir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Cavabdeh hal-hazırda Azərbaycan Dəmir Yolları QSC-nin nəznində "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir və aylıq əmək haqqı yüksəkdir. Buna görə də hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının 1/4 hissəsi tutularaq ona ödənilməlidir. Ona görə də alimentin dəyişdirilməsi üçün məhkəməyə müraciət etməli oldu.
Tərəflərin izahatları:
4. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil ərizə verərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Övladı 09 iyul 2016-cı il təvəllüdlü X3 üçün hazırda 235 manat məbləğində aliment ödəyir. Hazırda ailəlidir və bir övladı var. "xxxx" Şirkətində işləyir və vəzifə maaşı 1500 manatdır. Ondan başqa gəlir yeri yoxdur. Həyat yoldaşı da analıq məzuniyyətindədir. Bu səbəbdən iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İş materialları:
6. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 16 mart 2024-cü il tarixli, MŞB/9/2024-00318 saylı arayışdan görünür ki, hər iki tərəf 16 mart 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)- 3220/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” X7 bağlanmış 2208 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 09 iyul 2016-cı il təvəllüdlü X8 anası X4 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq 09 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir.
8. xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı ilə birgə nikahdan olan övladı 09 iyul 2016-cı il təvəllüdlü X11 üçün aliment məbləğinin 154 manatdan 220 manata artırılmasına razılıq verir və hər ayın sonuncu günü nağd şəkildə 220 manat məbləğində aliment ödənişinin etməsini öhdəlik götürür.
9. AZ-İİİ seriyalı, 797594 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09 iyul 2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. “AEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “şöbə rəisi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 1699 manatdır.
11. “AEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı “Bakı Şəhəri üzrə Təhsil İdarəsində “müəllim” vəzifəsində işləyir. Aylıq əmək haqqı 715.55 manatdır.
Tətbiq edilən hüquq:
12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:
8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşin faktiki halları:
18. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 09 iyul 2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)-3220/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” X7 bağlanmış 2208 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 09 iyul 2016-cı il təvəllüdlü X8 anası X4 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq 09 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh İddiaçı ilə birgə nikahdan olan övladı 09 iyul 2016-cı il təvəllüdlü X11 üçün aliment məbləğinin 154 manatdan 220 manata artırılmasına razılıq verir və hər ayın sonuncu günü nağd şəkildə 220 manat məbləğində aliment ödənişinin etməsini öhdəlik götürür. Hazırda ana uşağın saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir.
Məhkəmənin mövqeyi:
19. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Göründüyü kimi cavabdeh "xxxx" MMC-də işləyir və 1699 manat əmək haqqı alır. İddiaçı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyir və 715.55 manat əmək haqqı alır. Göründüyü kimi iddiaçının maddi durumu cavabdehin maddi durumundan aşağıdır. Odur ki, məhkəmə tərəflərin və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir.
21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
Məhkəmə xərcləri:
24. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 65 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən çox olduğundan, 15 manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 iyul 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan 15 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova