Məhkəmə qərarları › İş №2(007)-1643/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1643/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1643/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, X3 Yefimoviçin iştirakı ilə, İddiaçı X2 cavabdehlər 23 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,qeydiyyat vəsiqəsinin ləğv edilməsi, yeni qeydiyyat şəhadətnaməsinin verilməsinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X4 cavabdehlər 23 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,qeydiyyat vəsiqəsinin ləğv edilməsi,yeni qeydiyyat şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasnda iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, eyni tərəflər arasında, eyni mübahisəyə dair eyni əsaslarla məhkəməminin qanuni qüvvəyə minmiş qətnaməsi və işə xitam verilməsinə dair qərarı vardır,ona görə də hazırkı işin icraatına xitam verilməlidir. Cavabdehlər 23 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq,natoriat kontoru nümayəndəsin göndərməmiş, Cavabdeh3 isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materialların araşdıraraq hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(007)-1405/2020 saylı qətnaməsi ilə iddiaçı X1 qəyyumu X2 cavabdehlər 23 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,qeydiyyat vəsiqəsinin ləğv edilməsi,yeni qeydiyyat şəhadətnaməsinin verilməsi barədə iddia üzrə işin icraatına xitam verilmişdir. İcraata xitam verilməsi onunla əsaslandırılmışdır ki,Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə analoji işə baxılaraq iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, predmet və əsaslar üzrə məhkəmə qətnaməsi olduğundan hazırkı işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X2 cavabdehlər 23 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,qeydiyyat vəsiqəsinin ləğv edilməsi,yeni qeydiyyat şəhadətnaməsinin verilməsinə dair 2(007)-1643/2021 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar