Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1648/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Nizami Rayon Məhkəməsinin 2(007)- 2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir övladları dünyaya göz açmışdır. Cavabdeh ailə qurduqdan sonra bir müddət mehriban yaşamış, lakin sonradan ailə münasibətləri pozulmağa başlamışdır. Elə bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2012-ci il tarixli qətanaməsi ilə aralarında olan nikah pozlmuşdur. Nikah pozulduqdan sonra övladı xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında qalmış və onun saxlanılması üçün hər ay cavabdehdən 87 manat aliment tutlaraq ona ödənilməsi qərara alınmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2012-ci il tarixli qətanaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş və Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 118 manat onun xeyrinə sabit pul məblğində aliment tutlması qət edilmişdir. Yenidən alimentin artırılması ilə bağlı müraciət etmiş və Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(007)- 2033/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilrək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Övladı Jalənin tələbatı günü-gündən artır. Bu səbəbdən də uşağın məktəb ləvazimatlarını və gündəlik xərclərini ödəyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolaşıq xərci Respublikada 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslnadırmışdır ki, sabit məbləğdə alimentin təyin edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən borclu olan valideynin qazancı qeyri-müntəzəm və dəyişən olduğu hallarda təyin edilir. O, konkret olaraq aylıq əmək haqqına işləyir (rəsmi olaraq). Odur ki, onun barəsində sabit pul məbləğində alimentin tutulması tətbiq edilə bilməz. O, bir neçə ildir ki, "xxxx" MMC-də laborant vəzifəsində çalışır və aylıq əmək haqqısı 450 manat təşkil edir. Ona görə də Ailə Məcəlləsinin 761.1-ci maddəsinə əsasən aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Eyni zamanda, onun iddiaçıya ödədiyi aliment pulundan başqa himayəsində iki azyaşlı uşağı vardır. Onlardan biri ikinci dərəcəli əlildir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1313/2021 saylı qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün 350 manat (hər birinə 175 manat olmaqla) aliment ödəməlidir. Ödədiyi aliment pulu iddiaçının nümayəndəsi tərəfindən mənimsənilir və uşağına çatmır. Hal-hazırda azyaşlı uşağı X4 və İddiaçı Azər qızı dövlətlər arası axtarışdadır. Yəni, iddiaçının nümayəndəsi əslində mənimsədiyi vəsaitin artırılmasını istəyir. Azyaşlı uşağı ilə ünsiyyət hüququna dair məhkəmə qətnaməsi olmasın baxmayaraq iddiaçıı uşağı ondan qaçırır və məhkəmə qərarını məcburi olaraq icra etmir. Bu cinayət məsuliyyətinə səbəb olsa da aidiyyəti orqan heç bir tədbir görmür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı işləmir, bir uşağı var. Qiymətlərin qalxdığı bir zamanda məktəb və hazırlıq xərcləri də daxil olmaqla, uşağın saxlanması üçün məsrəflər çoxdur. Uşağın saxlanmasına o kömək edir. İddiaçı və onun övladı cavabdehin dediyi kimi qanunsuz olaraq deyil, məhkəmənin qərarı əsasında qanuni olaraq ölkəni tərk etmişdir. Hazırda uşaq buradadır. Cavabdeh uşaqla bir ata kimi maraqlanmır. O digər uşaqları ilə birlikdə yaşadığı halda aliment az ödəmək məqsədi ilə həmin uşaqlara aliment təyin etdirmişdir. Uşaq onun himayəsindədir. Cavabdeh qeyd edir ki, guya aliment mənimsənilir. Əgər mənimsənilirsə cavabdeh bunu sübut etsin. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianı qəti şəkildə qəbul etmədiyini, Ailə Məcəlləsinə görə bir uşaq üçün alimentin onun əmək haqqısının ¼ hissəsinə şamil edilməli olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, əmək haqqısı 450 manatdır. Ümumilikdə isə vergi çıxılsa yerdə qalan əmək haqqısının məbləği 403 manatdır. İlk növbədə sabit pul məbləğinin tutulması Ailə Məcəlləsinin tələblərinə uyğun deyildir. O, əmək haqqı əsasında çalışan insandır. Əgər 220 manat iddiaçıya ödəyəməli olsa o, yerdə qalan 183 manat pulla ailəsini dolandıra bilməyəcəkdir. O, yenidən ailə qurmuşdur və 2 övladı var. Uşaqlarından biri də autizmdən əziyyət çəkir. O, 450 manatla ümumilikdə 3 uşağa baxır. Elə onların hərəsinə 220 manat aliment ödəsə, ümumilikdə 660 manat pul edir, bu isə onun əmək haqqısından yüksəkdir. Uşaq anasının yanında saxlanırsa xərcləri ata çəkməli deyil. Ata və ana uşağı eyni dərəcədə saxlamağa borcludurlar. 2018-ci ildə məhkəmə qətnaməsi ilə aliment 154 manat olaraq müəyyən edilmiş, 2020-ci ildə isə məhkəmə tərəfindən aliment məbləği haqlı olaraq artırılmamış və eyni məbləğ qalmışdır. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçı işləmir. Əgər iddiaçı əmək qabiliyyətlidirsə bu zaman iddiaçı işləməlidir. Əgər işləyə bilmirsə Əmək və Əhalinin Sosial Nazirliyinə sosial yardım üçün müraciət etməlidir. Lakin xüsusilə vurğulamalı olduğu bir məsələ vardır ki, iddiaçı və onun uşağı dövlətlərarası axtarışdadırlar. Onun icazəsi olmadan onlar ölkə xaricinə çıxıblar. İcra məmuru və polis onları axtarışa verib. Bunun halhazırda olan məsələyə çox aiddiyyəti vardır. O, ölkədə olmayan uşağa görə alimenti niyə ödəsin? İddiaçının və uşağının 17 iyun tarixində ölkəyə daxil olması ilə bağlı sənədlər mövcuddur. Haqsız olaraq onun ödədiyi aliment də mənimsənilir. Məhkəmə, işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması və hər ay cavabdehdən 87 manat aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)- 2033/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilrək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni alimentin hər ay 220 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu qərarın 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1110/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılaraq 170 manat həddində müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən isə görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayışın çıxarışı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda cavabdeh "xxxx" MMC-də laborant vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. Eyni zamanda yaşayış minimumu, uşağın tələbatı və xərcləri artmış, 2020-ci ildən bəri tərəflərin maddi vəziyyəti də dəyişmişdir. Məhkəmə həmçinin cavabdehin “Ailə Məcəlləsinin 761.1-ci maddəsinə əsasən aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalı olması, himayəsində ikinci dərəcəli əlil uşağının olmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1313/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək alimentin tutulması qət edilməsi” dəlilləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndini nəzərə alaraq qeyd edir ki, iddiaçı aliment tələbini yaşayış minimumuna uyğun olaraq sabit pul məbləğində tələb etmişdir. Hazırda alimentin miqdarı cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsinə uyğun olaraq müəyyən edilsə aliment məbləğində artım müşahidə olunmayacaq, əksinə alimentlə bağlı qüvvədə olan qətnaməyə zidd olaraq aliment məbləği azaldılmış olacaqdır. Həmçinin cavabdehdən başqa nikahdan olan övladlarının saxlanılması üçün aliment tutulsa da, onun nikahı pozulmamamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 55 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 45,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 55 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 45 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1648/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1648/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver