Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1661/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə , İddiaçı BOKT MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC Cavabdeh2 və Cavabdeh1 qarşı borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24% olmaqla 4430 manat məbləğində kredit alıb. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında 07 sentyabr 2020-ci il tarixli, 01351/ZM saylı zaminlik müqaviləsi bağlanıb. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulan müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməyib və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməyib. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri 25.12.2020-ci il tarixədək həyata keçirib və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən borc alanın borc verən qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə-kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və borc alanın borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və lazımınca icra icra etməməsi nəticəsində borc verənə dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla –borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanan faizlər ödənilməyib kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2% dərəcəsi ilə hesablanan peniya ödəyir.Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, bunun heç bir nəticəsi olmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsinin, Cavabdeh1 ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli, 01351/ZM saylı zaminlik müqaviləsinin ləğv olunması,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə 3984,34 manat əsas, 327,18 manat adi faiz borcunun,23,80 manat vaxtı keçmiş borc üzrə hesablanmış cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4365,32 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 izahat verərərk göstərdi ki, həqiqətən də bankdan qeyd olunan məbləğdə pulu götürüb.İlk vaxtlar krediti qrafik üzrə ödəsə də, sonradan pulu qaytarmaq mümkün olmayıb. Ekspertizanın rəyində göstərilən məbləğlə razıdır.Lakin ona vaxt veriləcəyi təqdirdə borcunu qrafik üzrə ödəyə bilər. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın rədd olunmasını xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı BOKT MMC tərəfindən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24% olmaqla 4430 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli,01351/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 21.06.2021-ci il il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsi həmin tarixə 3984,34 manat əsas,661,87 manat adi faiz borcu,164,72 manat vaxtı keçmiş borc üzrə hesablanmış cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4810,93 manat borcu vardır. 16.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. 21 yanvar 2021-ci il tarixli 946 saylı məktubun məzmunundan görünür iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsi üzrə 4181,69 manat əsas,139,39 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24% olmaqla 4430 manat məbləğində kredit alıb.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka ödənilməmiş borcu qalmışdır.Digər Cavabdeh1 isə iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə götürdüyü zaminlik öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə əsas borcun məbləği 4181,69 manat müəyyən olunsa da cavabdehlərdən əsas borca görə 3984,34 manat tutulmalıdır.Belə ki,əsas borc hissəsində iddia tələbi 3984,34 manatdır.Lakin faiz hissəsində iddia qismən təmin olunmalıdır. İddia tələbi faiz hissəsində 327,18 manat olduğu halda ekspert rəyi ilə faiz məbləği 139,39 manat Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsi, Cavabdeh1 ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli, 01351/ZM saylı zaminlik müqaviləsi ləğv olunmalı,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə 3984,34 manat əsas, 139,39 manat faiz borcu,23,80 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanan 07 sentyabr 2020-ci il tarixli, 01351 saylı kredit müqaviləsi, Cavabdeh1 ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli 01351/ZM saylı zaminlik müqaviləsi ləğv olunsun. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə 3984,34 manat əsas, 139,39 manat faiz borcu,23,80 manat cərimə olmaqla cəmi 4147,53 manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. X3 və X1 müştərək qaydada 1798.11 manat əsas borc, 317.76 manat faiz borcu, 30 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1661/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1661/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver