Məhkəmə qərarları › İş №2(007)-1662/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1662/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1662/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci madəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olarsa, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə tərəflərə dair məlumatların yoxlanılması zamanı İddiaçı və Cavabdeh qeydiyyatda olduqları ünvanın Naxçıvan MR, ünvan 1ası müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Eyni zamanda, məhkəmə iddia ərizəsində iddiaçının ünvanının ünvan 2si barədə bildirir ki, iddiaçı bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli məktubunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsini sübut olaraq qoysa da, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 79, mənzil 122 ünvanında kirayədə yaşamış, bununla baqlı qətnamədə xx.xx.2014-cü il tarixli arayışa istinad etmişdir. Halbu ki, həmin vaxtdan uzun müddət keçmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda isə iddiaçının hazırda yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94-"xxxx" MTK olaraq qeyd edilmişdir. Beləliklə, iddiaçı özünün və cavabdehin qeydiyyat yeri üzrə, və ya iş materiallarına yaşadığı faktiki ünvan barədə sübut əlavə etməklə aidiyyəti üzrə yaşadığı ünvanın məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya Şərur Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar