Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1665/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, ondan 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(007)-1073/2022 saylı qətnamə ilə iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)-11907/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(007)-1073/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçının iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, ondan 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin 100 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda oğlu Məhərrəmli Pilağa Zamin oğlunun 12 yaşı var. Uşağı beyin iflici və gözdən əlildir. Məktəbə getmir. Uşağı saxlamaqda çətinlik çəkir. Onu da qeyd etmək istəyir ki, bu günə qədər cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmayıb, uşağın bütün qayğısı ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və təlabat artsada cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi, müalicələri, həm də maddi tələbatlarını ödəməklə tək qadın olaraq ona çox çətindir. Buna görə o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cürə ödəmir. 09 dekabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üzrə 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən ona 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçiln hər ay 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Dövlət tərəfindən bir uşağın saxlanması üçün nə qədər aliment müəyyən olunubsa, o, da həmin məbləği tələb edir. O, bu günə qədər cavabdehdən heç bir əlavə xərc tələb etməmişdir və indi də tələb etmir. Uşağını 12 yaşına qədər özü saxlamışdır. Uşağın 12 yaşına qədər cavabdehdən 40 manat, 75 manat və 100 manat almışdır. 3 ildir ki, ödənilən alimentin miqdarı artırılmışdır. Onun tələbi yalnız alimentdir. Uşağın gözündə problem var. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, Artıq aliment ödəyə bilmir. Cavabdeh 303 manat pensiya alır və 300 manat Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən təqaüddür. Həmin pul cavabdehin dərmanlarının xərclərini çətinliklə ödəyir. Cavabdehin başında problem var, indi də baş üçün olan dərmanlar çox bahadır. O, hamsını bir arada çatdıra bilmir. Cavabdehin ikinci ailəsi də var. Həmin ailəni də o, saxlayır. Cavabdehin ikinci ailəsindən olan uşağının biri də xəstədir. Həmin uşağın adı Nihatdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz: H47.2, Görmə sinirinin atrofiyası, Vis OD=0.04 k/e (yüzdə dörd), Vis OS=üz önündə əl hərəkəti. Ağırlaşma H54.0 Binokulyar korluq. Gözdən əlildir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2206/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutulması tələbinə dair iddiası rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11907/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2206/2019 saylı işi üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh tutulan alimentin miqdar artırılmaqla, ondan 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği 100 (bir yüz) manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami 28 Zona Tibbi Sosial Ekspert Komissiyası TSEK-də müayinə aktından çıxarışın kötüyünün surətindən görünür ki, X9 İ qrup əlildir; - 3 saylı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-M-22952/2023 saylı arayışından görünür ki, Məhərrəmova Dürsədəf qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonundan 1-c dərəcə əlilliyi olan şəxs – Cavabdeh qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır; - 3 saylı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-M-20341/2023 saylı arayışından görünür ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondudan İ dərəcə əlilliyə görə 303,74 manat əmək pensiyası alır; - AZ-İV seriyalı, 250796 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 avqust 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r; - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh 300 manat (ümumi səbəbdən İ dərəcə gözdən əlillii olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü) və 303,74 manat (ƏG-2 qrup) olmaqla pensiya alır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 12 fevral 2011-ci-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin оğlu adlı uşaqları doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11907/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdar artırılmaqla, ondan 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği 100 (bir yüz) manat müəyyən edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq, uşaq üçün 220 manat məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, 2023-cü il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın gözdən əlil olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019-cu ildə müəyyən edilmiş alimentlə Məhərrəmli Pilağa Zamin oğlunu saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə dəyişdirililməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 220 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 fevral 2011-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlu gözdən əlildir. Həmçinin, cavabdeh də İ qrup gözdən əlildir. Belə ki, cavabdeh ikinci dəfə nikahda daxil olmuş və həmin nikahdan Nahid və Nihad adlı övladları olmuş, övladı Nihadda yüngül kəmağıllılıq müəyyən olunmuş, ağıreşitmə təsbit edilmişdir. Hazırda cavabdeh pensiya alır, lakin işləmir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, 2019-cu il tarixdə müyyən edilmiş aliment artan tələbata və yüksələn minimum dolanacaq xərclərinə mütənasib artırılmalı, həmçinin, cavabdehin maddi və sağlamlıq vəziyyəti nəzərə alınmaqla, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 130 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, cavabdehin əlil olduğunu, başqa nikahdan övladlarının olduğu və artıq aliment ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Başqa ailə üzvləri qarşısında olan vəzifələr valideynin öz övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12 fevral 2011-ci-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11907/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 fevral 2011-ci-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənil ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 fevral 2011-ci-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11907/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 fevral 2011ci-ci il təvəllüdlü Məhərrəmli Pilağa Zamin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1665/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1665/2023
06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver