Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1670/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunub.xx.xx.2017-ci il tarixli 439-K saylı əmrlə administrator vəzifəsinə keçirilib və onunla “X1" haqqında müqavilə imzalanıb. xx.xx.2020-ci il tarixli 552-K saylı əmrlə işdən azad edilib.Cavabdeh Fərəcov. Fuad İbadət oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verib. Belə ki, xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “Oba Market" MMC-nin - OBA Radiozavod 3 və OBA Bakıxanov 2 mağazalarında çalışdığı zaman aparılan inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilib. xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə’' dair Aktlara əsasən yekun ziyan məbləği 7525,58 manat məbləğində müəyyən edilib. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 590.59 manat hissəsi şirkət tərəfindən güzəşt edilib. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6934,99 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməyib.Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanan əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməyən 6934.99 manat, mediasiya xərci üçün ödənilən 50 AZN və dövlət rüsumunun ödənilməsi üçün 40 AZN məbləğində pulun vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1, iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiaçıya 6934,99 manat maddi ziyan dəydiyini, ziyanın ödənilməsi dəfələrlə tələb olunsa da, qarşı tərəf ziyanı ödəmədiyini,cavabdehə həm yazılı həm də şifahi xəbərdarlıqlar olunsa da pulun ödənilməsindən yayındığınl bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı MMC-nin nümayəndəsi işə qiyabi icraat qaydasında baxılması barədə ərizə vermiş məhkəmə həmin ərizəni nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasın mümkün hesab etmiş, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan İddiaçı MMC-nin 15 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2018-ci il tarixində 2525.14 AZN, xx.xx.2020-ci il tarixində 3822.25 AZN, xx.xx.2020-ci il tarixində 978.19 AZN və ümumi olaraq 7525.58 AZN çatışmazlıq müəyyən edilmişdir, ziyandan 590.59 AZN hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 6934.99 AZN təşkil edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin hallarından görünür ki, İddiaçı MMC-də xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsində çalışan Cavabdeh OBA Market” MMC-yə maddi ziyan vurmuş və 15 noyabr 2021-ci il tarixli maliyyə arayışı əsasında OBA Market” MMC-yə 6934.99 AZN azn borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən, Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 6934.99 manat borc, 50 manat mediasiya xərci və 40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 6934.99 manat borc, 50 manat mediasiya xərci və 40 manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1670/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1670/2022
10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver