Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1673/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh 2019-cu il tarixdə ondan 12.000 manat məbləğində pul almış, bundan 4.000 manatını qaytarmışdır. Qalan 8.000 manat məbləğində pulu dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onu aldatmışdır. Belə ki, bu barədə 2019-cu il tarixdə bacısı X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə müraciət etmişdir. Müraciətin araşdırılması Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin təhqiqatçısı polis mayoru Məmməd Əliyevə həvalə edilmişdir. Qeyd edir ki, təhqiqat araşdırması zamanı cavabdeh həqiqətən də ona 8.000 manat məbləğində borcunun olduğunu etiraf etmiş, həmin məbləği hissə-hissə hər ay 300 manat olmaqla ödəyəcəyinə söz vermiş, öz xətti və imzası ilə bunu təsdiq etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən xx.xx.2019-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, Cavabdeh bu günə kimi borcundan cəmi 3.000 manat qaytarıb, 5.000 manat isə borcu qalmışdır. Dəfələrlə borcunu könüllü olaraq qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina edir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 5.000 (beş min) manat məbləğində pulun alınaraq özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və bildirdi ki, cavabdehə mobil telefon alqı-satqısı məqsədilə 12000 manat borc pul verib. Borcundan 4000 manatı qaytarmışdır. Polisə şikayət etdikdə 8000 manat borcu vardı. Hissə-hissə ödəyib 3000 manatı da qaytarmışdır. Hal-hazırda cavabdehin ona 5000 manat borcu qalmışdır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı müraciəti üzrə toplanmış materialla bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, tərəflər bir-birilərini 5 ildir tanıyırlar, dostluğunun və iş birliklərinin olduğunu, İddiaçı 12000 manat borc aldığını, 4000 manatını qaytardığını, hazırda 8000 manat borcunun qaldığını etiraf etmiş, borcunu iyul ayına kimi qaytaracağını bildirmişdir. - Cavabdeh yazılı iltizamından görünür ki, o, 3 ay bundan öncə İddiaçı 8000 (səkkiz min) borc almışdır. Ona görə həmin məbləği hər ayın axırı 300 manat olmaqla hissə-hissə 1 il yarım ərzində ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mobil telefon alqı-satqısı məqsədilə təxminən 2019-cu ilin aprel ayında Cavabdeh ümumilikdə 12000 manat borc pul vermişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh borcundan 4000 manat, daha sonra 3000 manat qaytarsa da, qalan 5000 manat borcu iddiaçıya qaytarmamışdır. İddiaçının etdiyi müraciətlərə və əlavə möhlət almasına baxmayaraq, cavabdeh borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı cavabdehə nağd olaraq ümumilikdə 12.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almış və 7000 manat qaytarsa da, qalan 5000 manat borcu qaytarmamışdır. Müddət başa çatdıqdan sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, habelə sonuncu dəfə 2019-cu ilin iyul ayında 3 ay əlavə müddət götürməsinə baxmayaraq, bu müddətdə də öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin şifahi borc müqaviləsi ilə iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə, cavabdehin Bakı şəhəri Suraxnı RPİ-nin 32-ci PB-də verdiyi izahatlarda və yazılı iltizamında iddiaçıya 8000 manat borcunun qalması barədə göstərdiklərini cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1673/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1673/2022
21.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver