Məhkəmə qərarları › İş №2(007)-1693/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1693/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1693/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 250 (yüz əlli) manat sabit pul məbləğində aliment, əlavə xərclərə görə 50 manat vəsait və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdidaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh oğlu 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment, xəstəlikləri ilə bağlı müalicəsinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3150/2019 saylı qətnaməsi Cavabdeh uşağın əlavə xərclərinə görə 20 manat vəsaiti artıraraq 50 manat vəsait məhkəmə tərəfindən onun əlavə xərclərində iştirakına cəlb olunması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahda olarkən bir övladları 01 oktyabr 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Ailə münasibətləri pisləşdiyindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi "Cavabdeh əlavə xərclərə görə 20 (iyirmi) manat vəsait tutularaq İddiaçı verilsin" hissəsində dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair məhkəmədə yenidən iddia irəli sürərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən bir uşağa görə tutulmuş 193 manat aliment məbləğinin 220 manatadək, əlavə xərclərinin isə 20 manatdan 50 manatadək artırılmasını xahiş etmişdir. Aşağıda gətirilən əsaslara görə cavabdeh həmin iddiaya etiraz edir və hesab edir ki, həmin iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçının sonuncu dəfə alimentin artırılması tələbinə cəmisi 6 (altı) ay bundan öncə məhkəmədə baxılmışdır və sözü gedən qətnamə ilə aşağıdakılar müəyyən edilmişdir: 1) Cavabdeh 3-cü qrup əlildir; 2) Cavabdeh 2-ci dəfə rəsmi ailə qurubdur; 3) Cavabdehin 2-ci nikahdan əlavə olaraq 2 azyaşlı uşağı vardır; 4) Cavabdeh Ucar rayonunun Yuxarı Şilyan kəndində yaşayır və heç bir yerdə işləmir. 5) Hazırda cavabdehin anası, ikinci həyat yoldaşı və 2 azyaşlı uşaqları olmaqla hamısı cavabdehin himayəsindədirlər. Göstərilənlərlə bağlı cavabdeh tərəfindən vaxtilə də Nizami Rayon Məhkəməsinə rəsmi sübutlar təqdim edilmişdir və bu haqda məlumatlar 12 oktyabr 2022ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Hazırda da cavabdeh bu faktları təsdiq edən rəsmi sübutlarını hazırki etiraza bir daha əlavə edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, cavabdehin maddi qazancının dəyişməsi (artması) barədə iddiaçı altı aydan sonra yeni heç bir sübut məhkəməyə təqdim etmədiyi halda, birdən-birə bir uşağa görə onun xeyrinə tutulan alimentin miqdarının 193 manatdan 250 manatadək artırılmasını tələb etməsi yolverilməzdir və belə bir iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bundan əlavə iddiaçı bir daha hazırki iddiasında əlavə xərc kimi cavabdehdən bir uşağa görə tutulan 20 manat alimentin məbləğinin də 50 manatadək artırılmasını tələb etməsinə baxmayaraq, yenə də məhkəməyə uşağın müalicəsi üçün çəkilən xərclərin artırılmasına dair yeni sübutlar təqdim etməmişdir. Halbuki, məhkəməyə bu haqda rəsmi sübutlar təqdim edilməlidir. Ona görə də cavabdeh tərəf iddianın bu hissəsinə də etiraz edir və məhkəmədən xahiş edir ki, iddiaçının ümumiyyətlə hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qət etsin. Belə ki, bir daha bildirir ki, geridə qalmış müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşması barədə məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Əksinə cavabdehin maddi durumunun yaxşı olmaması barədə cavabdehin özü məhkəməyə sübutlar təqdim edir. Göstərilənlərə və MPM-nin 154-cü maddəsinə əsasən, iddiaçının iddiasına cavabdeh hazırki etirazını təqdim edərək, məhkəmədən bütünlüklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, uşaq anadangəlmə ürək xəstəsidir. Daimi olaraq müalicə alır. 2-ci dəfə əməliyyat olunacaq və ürəyinə aparat qoyulacaq. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh 3-cü qrup əlildir, ikinci dəfə ailə qurub, himayəsində anası və iki azyaşlı uşağı vardır. Cavabdeh əməliyyat xərcini birdəfəlik xərc kimi ayrıca icraatda verə bilər. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 620654 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı 11720377 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01 oktyabr 2015-ci tarixdə Ucar rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 03 may 23-cü il tarixli, MŞB/10-00194 saylı arayışdan görünür ki, hər iki tərəf 03 may 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesinə davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2642/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçüm hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi "Cavabdeh əlavə xərclərə görə 20 (iyirmi) manat vəsait tutularaq İddiaçı verilsin" hissəsində dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı, 282837 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə 05 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Abbasova soyadı verilmişdir. - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X18 stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 uşaq AUD:PS ciddi diaqnozu ilə doğulub. Kardioloq, kardiocərrah tərəfindən nəzarətdədir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə 90 manat, 40.21 manat və 54.10 manat məbləğində vəsait ödənilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 17 nömrəli Uşaq Poliklinikasının 30 iyun 2018-ci il tarixli, 134 nömrəli məktubundan görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 poliklinikada “Perinatal hipoksik ensefalopatiyanın qalıq nəticəsi, febril qıcolmalar” diaqnozu ilə nevropatoloqda, “Anadangəlmə ürək qüsuru, İİ-İİİ dərəcəli qan dövranı çatışmazlığı” diaqnozu ilə kardioloqda dispanser nəzarətindədir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh 150 manat pensiya alır. - Ucar Rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 may 2023-cü il tarixli, 333 nömrəli arayışının surətindən görünür ki, 1990-cı il təvəllüdlü, 3-cü qrup əlil Cavabdeh Ucar rayonunun Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla Yuxarı Şilyan kəndində anasına məxsus təsərrüfatda yaşayır, heç bir işdə işləmir və ailə tərkibi aşağıdakı kimidir: anası X9, arvadı X6, oğlu X7, qızı X8. - AZ-İİ seriyalı, 362893 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 30 noyabr 2019-cu il tarixdə Zərdab Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 175 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Abdurəhimova” soyadını qəbul etmişdir. - AZ-İV seriyalı, 472219 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 avqust 2020-ci tarixdə Ucar şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. - AZ-İV seriyalı, 645398 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 noyabr 2021-ci tarixdə Ucar şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından 01 oktyabr 2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2642/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçüm hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi "Cavabdeh əlavə xərclərə görə 20 (iyirmi) manat vəsait tutularaq İddiaçı verilsin" hissəsində dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. 01 oktyabr 2015-ci il təvəllüdlü X5 anadangəlmə ürək qüsurludur daima müalicə olunur və əməliyyat olunmalıdır. Cavabdeh uşağa verilən alimentin artırılması ilə bağlı razı deyildir. Cavabdeh 3-cü qrup əlildir, ailəlidir, iki azyaşlı övladı vardır. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin və əlavə xərcin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə 01 oktyabr 2015-ci il təvəllüdlü X2 müalicə xərci üçün ödənilən xərcin artırılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 anadangəlmə ürək qüsurludur və poliklinikada dispanser nəzarətdədir. Bu səbəbdən uşağın saxlanmasında və onun müalicə xəclərinin ödənilməsində hər iki valideyn iştirak etməlidir. Odur ki, iddia bu hissədə təmin olunmalı, 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin miqdarı dəyişdirilərək 50 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə cavadehin 3-cü qrup əlil olmasina münasibətdə bildirir ki, 3-cü qrup əlil əmək qabiliyyətlidir və işləyə bilər. Cavabdeh məhkəməyə bunun əksini təsdiq edəcək heç bir sənəd təqdim etməmişdir. Əlavə olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış sorğudan cavabdehin 150 manat pensiya alması da məyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməmişdir. İddia tələbinin 60 manat mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə, iş materiallarına əlavə olunmuş 03 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı 10 saylı Medasiya Təşkilatına 60 manat mediasiya xərci ödəmişdir və cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı mediasiya xərcini tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2642/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 220 manat, 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin miqdarı dəyişdirilərək 50 manat müəyyən olunmalı, Cavabdeh 60 manat mediasiya xərci tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 2642/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 220 manat müəyyən olunsun. 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin miqdarı dəyişdirilərək 50 manat müəyyən olunsun. Cavabdeh 60 manat mediasiya xərci tutulub İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar