Məhkəmə qərarları › İş №2(007)-1710/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1710/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1710/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən birgə nikahdan olan övladları 07 may 2007-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat (iki yüz əlli) sabit pul məbləğində alimentin Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məmmədəliyeva (Abdullayevə) Aygün Hamil qızı Cavabdeh ilə 13 noyabr 2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 07 may 2007-ci ildə X6 anadan olmuşdur. Nikahları Nizami rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsi pozulmuş və birgə nikahdan olan oğulları X3 anası Abdullayevə (Məmmədəliyeva) Aygün Hamil qızının yanında saxlanılması qət olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-491/2011 saylı, 19 aprel 2011-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan X3 yetkinlik yaşına çatana qədər hər ay 76 manat (yetmiş altı) sabit pul məbləğinin Cavabdeh tutularaq Abdullayevə (Məmmədəliyeva) Aygün Hamil qızına ödənilməsi qət olunmuşdur. Daha sonra Nizami rayon Məhkəməsinin 2(007)-1439/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 170 manat olmuşdur. Hal-hazırda X3 15 yaşı var. təyin olunana aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin, son vaxtlar qiymətlərin artması çox çətinlik yaradır və uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməktək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə də o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 16 may 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ilə nikahları pozulduqdan sonra xx.xx.2012-ci il tarixində Abdullayeva (Mustafayeva) Nərmin Sabir qızı ilə nikahlarını rəsmi olaraq qeyd etdirməklə, ailə qurmuşlar və birgə nikahlarından iki övladları vardır. Sağlamlıq vəziyyəti ilə bağlı bildirir ki, İİ qrup əlildir və əlilliyinə görə hər ay təqribən 273 manat pensiya alır, iş qabiliyyəti yoxdur, əlilliyi ömürlükdür. Həyat yoldaşı işləmir, dörd nəfərdən ibarət olan ailə üzvləri onun pensiyası ilə dolanır, ailənin başqa gəlir yeri yoxdur. Onun pensiyasından hər ay 170 manat aliment tutulur, yerdə qalan puldan ailə üzvlərinin hərəsinə 25 manat düşür. Bu da bir uşağın saxlanılması üçün verilən alimentdən dəfələrlə azdır. O, alimentin azaldılmasını tələb etməkdənsə, əksinə iddiaçı alimentin artırılmasını tələb edir. Onun ailəsi hal-hazırda maddi cəhətdən çox ağır vəziyyətdədir. Əgər iddiaçının iddiası məhkəmə tərəfindən təmin olunarsa, onda ailəsi maddi məhrumiyyətlər içərisində yaşamağa məhkum olacaqdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı qızİ iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, övladını saxlamaqda çətinlik çəkir, əvvəl 170 manat alırdı, o işləmir, övladına valideynlərimnin köməkliyi ilə baxır, atanın gəlib uşağı görməsinə maneə olmur, cavabdehin mağazası var, maddi imkanı aliment ödəməyə yetərlidir. Uşaq hazırlıqlara gedir, bu səbəbdən alimentin artırılmasını və hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, o, cavabdehin anasıdır, oğlu işləmir, İİ qrup əlilidir və 265 manat pensiya alır, oğlunun yeni ailəsi var və o ailəsindəndə 2 övladı vardır. Məhkəmədən 170 manat məbləğində alimentin saxlanılmalıdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 07 may 2007-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-491/2011 saylı, 19 aprel 2011-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan X3 yetkinlik yaşına çatana qədər hər ay 76 manat (yetmiş altı) sabit pul məbləğinin Cavabdeh tutularaq Abdullayevə (Məmmədəliyeva) Aygün Hamil qızına ödənilməsi qət olunmuşdur. Daha sonra Nizami rayon Məhkəməsinin 2(007)-1439/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda 07 may 2007-ci il təvəllüdlü X1 üçün iddiaçı, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat (iki yüz əlli) məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli MŞB/6-1681 nömrəli “X5 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 250 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə, Cavabdeh 07 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 193 manat sabit pul məbləğində alimentin müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 7 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, Məmmədəlı̇ yeva Aygün Hamı̇ l qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 7 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, Məmmədəlı̇ yeva Aygün Hamı̇ l qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Məmmədəlı̇ yeva Aygün Hamı̇ l qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar