Məhkəmə qərarları › İş №2(007)-1739/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1739/2019

04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1739/2019 04.07.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi məhkəmə iclas katibi Rzayeva Zeynəb Azad qızının katibliyi iddiaçılar Musayeva Gülnar Möhübbət qızının və İddiaçı Möhübbət qızının, cavabdeh Sadıqov Vidadı Xasay oğlunun iştirakı ilə, İddiaçılar Musayeva Gülnar Möhübbət qızının və İddiaçı Möhübbət qızının cavabdeh Sadıqov Vidadı Xasay oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar X13 qızının və İddiaçı Möhübbət qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 5000 (beş min) manat məbləğində borcun, ondan 3000 manat İddiaçı Möhübbət qızının xeyrinə, 2000 manat X4 xeyrinə və 30 manat ödənilmiş dövlət rüsümün hər ikisinin xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar X8 və İddiaçı Möhübbət qızı iddia tələblərini belə əsaslandırmışlar ki, 2015ci ildə şifahi borc müqaviləsi bağlayaraq və üzərinə qaytarmaq şərti öhdəliyi götürməklə, Cavabdeh hər ikisindən cəmi 5000 manat borc pul götürmüşdür. Həmin puldan, o, X3 2000 manat, İddiaçı Möhübbət qızından isə, 3000 manat borc götürmüşdür. Lakın, cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş və borcu geri qaytarmamışdır. Bu səbəbdən onlar Bakı şəhəri, Nizami RPİ-nə şikayət etmişlər. Bakı şəhəri Nizami RPİdən məhkəməyə müraciət edilməsi onlara tovsiyyə edilmişdir. Ona görə də, onlar borcun qaytarılması tələbinə dair, müvafiq iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasındaiddiaçı X8 iddianımüdafiəedib izahatında göstərmişdir ki, cavabdeh Sadıqov Vidadi Xasay oğlu ondan 2000 manat, onun bacısı X2 isə 3000 manat, cəmi 5000 manat borcu pul onlardan götürmüşdür. Bu pulları cavabdeh onlardan 2015-ci ildə şifahi razılaşma əsasında qaytarmaq şərti ilə borc almışdır. Lakın, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən onlar müxtəlif inzibati orqanlara müraciıət etsələr də, onlara məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə baxışı zamanı o bildirmişdir ki, cavabdeh həmin pullardan bir hissəsini onlara qaytarmış, X6 cəmi 600 manat, bacısı İddiaçı Möhübbət qızına isə, 3000 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı Möhübbət qızı eyni mətnində izahat verərək, cavabdehin ona 3000 manat, bacısı X5 2000 manat, cəmi 5000 manat borcu olduğunu bildirmişdir. Hazırda cavabdehin ona 3000 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qısmən qəbul etmiş və bildirmişdir ki, X1 pul verir və onun ehtiyacı olduğuna görə o, Svetlanadan sələmə pul götürmüşdür. Sələmə götürdüyü həmin pulların bir hissəsini o, qaytarıbdır. Qalan hissəsini isə, borclu qalmışdır. Sonuncu məhkəmə iclasında Cavabdeh, İddiaçı Möhübbət qızına 3000 manat, iddiaçı X6 isə 600 manat borclu olduğunu etiraf etmişdir. Bu səbəbdən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı X9 tərəfindən Cavabdeh yazılmış məktubun mətnindən görünür ki, cavabdehin ona və onun bacısı İddiaçı Möhübbət qızına ümumi məbləğdə 5000 manat borcunun cavabdeh tərəfindən ödənilmədiyi halda, onlar tərəfindən cavabdehə qarşı məhkəməyə müraciət ediləcəkləri barədə xəbərdar edilmişdir. İş materiallarında olan, Bakı şəhəriu Nizami RPİ-si tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE Seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1961-ci ildə Gürüstan Respublikasında anadan olan İddiaçı Möhübbət qızı hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan, Asan xidməti 2 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE Seriyalı, 17606472 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1965-ci ildə Azərbaycan Respublikası Tərtər rayonunda anadan olan cavabdeh X12 hazırda Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsi ev 13, mənzil 16 ünvanda qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş DYİ Seriyalı, ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilməsi vəsiqəsindən görünür ki, xx.xx.1984-cü ildə Gürcüstan Respublikasında anadanolan iddiaçı X6 ünvan 3 ünvanda xx.xx.2021-cı il tarixə qədər yaşamaq icazə verilmişdir. İş materiallarında olan, Bakı şəhəriu İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Deartamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 10 saylı MKİS-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 680 nömrəli arayışdan görünür ki, cavabdeh X12 hazırda Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsi ev 13, mənzil 16 ünvanda qeydiyyatda olaraq orada yaşayır. Göründüyü kimi, Cavabdeh iddiaçılar İddiaçı Möhübbət qızından 3000 manat və iddiaçı X3 2000 manat borc alması və həmin borcdan İddiaçı Möhübbət qızına 3000 manat və iddiaçı X6 600 manat məbləğində borcunun qalması, iddiaçı X4 izahatından və işdə olan digər sübutlardan başqa, cavabdehin özünün etirafı ilə də, tam təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildiki,iddiaçılar İddiaçı Möhübbət qızın tərəfindən 3000 manat və iddiaçı X8 tərəfindən 600 manat borc Cavabdeh verilmişdir. İş üzrə iddiaçılar həmin məbləği cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçılardan almış olduğu pulları vaxtında onlara qaytarmamış, bununla da aralarında bağlanmış şifahi razılaşmanın şərtlərini pozmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddianın cavabdeh tərəfindən etiraf edilən hissəsi təmin olunmalı qalan hissəsi, yəni 1400 manat hissəsi isə iddiaçılar tərəfindən sübut olunmadığından rədd edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçı qarşısında 3600 manat dəyərində borcun qaytarılması barədə öhdəlik götürməsi onun tərəfindən etiraf edilmişdir. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh qeyd edilən məbləği iddiaçılara təqdim etməməkləmüqaviləninşərtlərini,o cümlədən müqavilə üzrə götürdüyü öhdəliyipozmuşdur.İddiaçı X8 tərəfindən 600 manat məbləğin qaytarılması etiraf edilmiş, digər 1000,00 manat məbləğin verilməsini sübuta yetirə bilməmiş, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, isdə istirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh yaranmış borca görə 3000 (üç min) manat məbləğində İddiaçı Möhübbət qızının, 600 manat məbləğində pul vəsaiti X4 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçıların xeyrinə tutulmalı qalan hissəsi bərabər şəkildə onlara aid edilməlidirdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 3000 (üç min) manat İddiaçı Möhübbət qızının, 600 manat məbləğində pul vəsaiti X4 xeyrinə və ödənilmiş dövlət rüsumu hər birinə 10 manat olmaqla cəmi 20 manat hissəsi müvafiq olaraq hər iki iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar